Hava
booked.net
InvestAZ
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
05 noy 11:55Biznes

Azəri-Çıraq-Günəşlidən hasilat 2 milyon ton azalıb

Azəri-Çıraq-Günəşlidən hasilat 2 milyon ton azalıb

2019-cu ilin birinci üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə 418 milyon dollardan artıq əməliyyat məsrəfləri və 1 milyard 34 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.



Xebermen.info-nun verdiyi məlumata görə bu barədə marja-ya BP şirkətindən bildirilib.



“2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verilib. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.



Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmışdır. Tikinti işləri iyul ayında başlanmış və ilin üçüncü rübü ərzində genişlənməyə davam etmişdir”, - BP-nin məlumatında deyilir.



HASİLAT



2019-cu ilin üçüncü rübündə AÇG-dən stabil hasilat davam etmişdir. Üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (133 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (92 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin üç rübü ərzində AÇG-dən hasilat təqribən 161 milyon barel, yəni 22 milyon ton olumuşdu.



Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.



Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb.



SƏMT QAZI



2019-cu ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən artıq, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.



Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.



AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
SON XƏBƏRLƏR
Beynəlxalq birjalarda dolların bahalaşması sürətlənib10:29ABŞ və Çin əlavə gömrük tariflərini qarşılıqlı olaraq ləğv edəcək10:26Azərbaycan neftinin qiymətindən nə xəbər?10:24AZN məzənnələri açıqlanıb10:20Maykl Ceksonun corabları fantastik qiymətə satışa çıxarıldı10:198 noyabrda gözlənilən hava şəraiti10:17Sevgilisinə görə 100 min bağışladı10:15Şeyma bu dəfə də açıq-saçıq fotosu ilə gündəmdə10:13Qarabağ məğlub oldu10:0935 yaşlı nazir agentlik prezidenti seçildi10:08Müalicəvi Diaqnostika Mərkəzində intihar - Xəstə özünü pəncərədən atdı10:07İtkin düşmüş çoban hələ də tapılmayıb və axtarılır10:05Belarusiya prezidenti ciddi xəstəlikdən əziyyət çəkir10:03Türkiyədə bələdiyyə sədri atəşə tutuldu10:02Müsavat partiyası icazəsiz aksiya keçirəcək10:00Xarici İşlər Naziri Litva parlamentinin sədri ilə görüşüb09:58AZN məzənnələri açıqlanıb11:57Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:54Azərbaycan bu ölkədən avtomobil idxalına görə 4-cü yeri tutub11:53Neftin qiymətini 5 dollar azaldıb, büdcəni 966 milyon manat artırırıq11:49Yastığın altına sarımsaq qoymağın faydaları11:40Türkiyəli aparıcı xəstəxanalıq oldu09:48Adriana Lima cazibədar libasda+fotolar09:47AVRO-2020-nin rəsmi topu təqdim edildi09:45Qalatasaray böyük hesabla məğlub oldu09:44Azərbaycanlı nazir Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşdü09:42Azərbaycanda dördəm dünyaya gəlib09:41Kliçko və müavinlərinə qarşı cinayət işi açıldı09:39Ərdoğanla Trampın telefon danışığı oldu09:37Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı09:34Müsavat partiyasının mitinqinə icazə verildi09:32"ABŞ-da durğunluq ehtimalı aşağıdır"10:55AZN məzənnələri açıqlanıb10:53OPEC/Barkindo: Neft bazarı üçün 2020 proqnozu daha parlaqdır10:52Azərbaycan neftinin qiymətindən nə xəbər?10:49Dünyanı dəyişən 10 kitab10:396 noyabrda gözlənilən hava şəraiti10:35Tanınmış cütlük ayrıldı10:32Xərçəngə qalib gələn model ərə gedir10:31Zenit məğlub oldu10:24İcra başçılarına xəbərdarlıq edildi10:14Olimpiya oyunlarının iştirakçısı həbs edilib10:09Bu qurumlar birləşdirildi10:04Rafael Cəbrayılov məhkəməyə məcburi gətiriləcək10:03Rusiya Britaniyaya yeni səfir göndərdi09:42Türkiyədə zəlzələ baş verib09:41Bu ölkə Azərbaycana yeni səfir göndərir09:28Müxalifət dəyirmi masa keçirdi09:27Azəri-Çıraq-Günəşlidən hasilat 2 milyon ton azalıb11:55Əhali banklara qısamüddətli etibar edir11:49Azərbaycan neftinin qiymətindən nə xəbər?11:38Azərbaycanda dollar kreditləri yenidən artır11:37197 kq arıqlayan qadın özünə sevgili tapdı11:365 noyabrda gözlənilən hava şəraiti11:34Serdar Ortaç özünə yeni sevgili tapdı11:25Qırmızı xalının cazibədarları..11:23Keçmiş baş məşqçi vəfat etdi11:19