XEBERMEN.info
 Valyuta məzənnəsi

Bu ölkədən Azərbaycana avtomobil ixracı artıb

Tarix:13-01-2020, 12:50

Bu ölkədən Azərbaycana avtomobil ixracı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137 milyon 543 min dollar təşkil edib.



Xebermen.info-nun verdiyi məlumata görə bu barədə Türkiyənin Ticarət Nazirliyindən bidiriblər.



Nazirlikdən qeyd ediblər ki, dekabr ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44,65 faiz artıb və 11 milyon 20 min dollar təşkil edib.



Qeyd edək ki, 2019-cu ildə Türkiyədən avtomobil ixracı 2018-ci ilin yekunları ilə müqayisədə 3,5 faiz azalaraq 30 milyrd 594 milyon dollar və ya Türkiyənin ümumi ixracının 17 faizini təşkil edib.


Xatırladaq ki, Türkiyə avtomobil istehsalı üzrə Avropada altıncı yeri tutur. Ölkədə "Ford", "FIAT", "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes-Benz" və "MAN" avtomobil markaları yığılır. Bundan əlavə, Türkiyədə yerli markalı avtobuslar da istehsal olunur - "BMC", "Temsa" və "Otokar".

trend

Oxunub: 33



XƏBƏR LENTİ