Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
04 okt 09:57Biznes

Yağın qiyməti həddindən artıq qalxıb

Yağın qiyməti həddindən artıq qalxıb

“Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...” Bu sözləri Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.

“Xebermen.info” musavat.com-a istinadən xəbər verir ki, bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: “Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb?

Qəzet əməkdaşları məsələ ilə bağlı bazardakı qiymətlərlə maraqlanıblar. “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, “President” yağı 18.50, “Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.

Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır: “İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35 faiz əlavə xərcin gəlməsinə səbəb olur. Qiymətlərin tənzimlənməsi üçün dövlətin edə biləcəyi çox şey var”.

Ekspertin sözlərinə görə, dövlətin növbəti addımı bu sahədə ciddi rəqabətin yaradılması olmalıdır: “Əgər araşdırma aparsaq görərik ki, Azərbaycana kərə yağını gətirən bir-iki şirkət var. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Əgər insan yağı satış məqsədi ilə gətirmirsə, niyə bu cür məhdudiyyətlər olmalıdır? Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə ciddi rəqabətli mühitin yaradılması üçün şərait yaratmaqla dövlət ədalətli hakim rolunu oynaya bilər. Bu baş vermir deyə, inhisarçılıq meyilləri yaranır. Əgər gömrükdə bir iş adamına yaşıl koridor, digərinə isə maneələr yaradılırsa, inhisarçılığın kökü oradan başlayır. Bu da qiymətlərin artmasına səbəb olur. Yağla bağlı məsələ bununla əlaqəlidir. Lojistik olaraq Gürcüstanla Azərbaycana Yeni Zelandiyadan, Avstraliyadan gətirilən yağın dəyəri eyni olmalıdır. Çox ciddi bir məsafə fərqi yoxdur. Amma qiymətlər bu qədər ciddi şəkildə fərqlənirsə, bu, vergi və gömrük siyasəti ilə, inhisarçılığın Gürcüstanda olmaması, Azərbaycanda isə uzun illərdir bir bəla kimi iqtisadiyyatı sıxmasından irəli gəlir”.
SON XƏBƏRLƏR
Hacı Əliyev məğlub oldu, Cəbrayıl Həsənov isə finala vəsiqə qazandı10:27Türkiyəli müğənni 200 min dollara yeni villa aldı10:25Madonna tədbirə makiyajsız qatıldı09:57Tanınmış türkiyəli aktrisa ana olacaq09:51Sürüşmə zonasında yeni çatlar yaranıb09:49Azərbaycanda bir ailənin 7 üzvü qidadan zəhərlənib09:45Həyətimizdə olan ağacı hansı halda kəsə bilərik?09:44Kanadanın bu ölkədəki səfirliyinə hücum edilib09:42İranda istefa verən nazirlərin yerinə namizədlər məlum oldu09:41İdlibdə baş verən partlayışda 4 nəfər ölüb09:40Bu ölkələr Səudiyyəyə dəstək verdi09:38ABŞ nüvə sazişindən çıxır09:36ABŞ prezidentinin müşaviri Rusiyadadır09:34Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlanıb11:25Yaşıl çay yarpağı istehsalı 30%-ə yaxın artıb11:22İlham Əliyev: Azərbaycan STAR NEZ-ə əlavə 700 mln. dollar yatıracaq11:20STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edildi11:18Aİ-92 benzinin idxalı gömrük rüsumlarından azad edilib11:17İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu11:13Tanınmış aktrisa sevgilisindən ayrıldı11:11Hülya Avşardan cəsarətli fotolar11:09Bu türk serialı satışa görə rekord qırır11:08Devid Bekhemdən həyat yoldaşı ilə bağlı etiraf..11:06Kərim Benzema insan oğurluğunda günahlandırılır11:05Qalatasaray xal itkisi ilə üzləşdi11:03Bakıda avtobus yolu keçməyə çalışan piyadanı vuraraq öldürüb11:01Lənkəranda ilbizlərə qarşı mübarizə tədbirləri aparılır10:59Badamdardakı sürüşmə zonasında son vəziyyət..10:58ABŞ bu şəxsi ittiham edir10:51ABŞ prezidentindən yeni Qaşıqçı açıqlaması: Hələ tezdir!10:50Qatarın relsdən çıxması nəticəsində 61 nəfər ölüb10:44Kosovo ordu yaradır10:42“Azərbaycan torpaqlarının işğal altında qalması qəbul edilə bilməz” - Türkiyə prezidenti10:40ABŞ və Rusiya prezidentləri gələn ay görüşə bilərlər10:38Qızıl bahalaşıb10:46"Yerli hektara 30-35, İtaliyadan gətirilən isə 60 sentner məhsul verir10:39Növbəti depozit hərracı nə vaxt keçiriləcək?10:38Azərbaycan neftinin qiyməti ucuzlaşıb10:36AZN məzənnələri açıqlanıb10:35Sovetin məktəbli formaları niyə qulluqçu geyiminə bənzədilmişdi?10:33Oktyabrın 19-u gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti10:28MTRŞ-dan Mehriban Xanlarova ilə bağlı açıqlama10:26Cazibədar modeldən yeni fotolar10:25Türkiyəli şoumen xəstəxanaya yerləşdirilib10:24“Azərbaycanla sanki həndbol oynayırdıq”-Baş məşqçi10:21Mayvezer Makqreqorla rinqə çıxmaq istəyir10:19Həbibib atası Makqreqoru Dağıstana dəvət edib10:17Direktorlarla bağlı əmr verildi10:12Sürüşmə zonasında yeni çatlar əmələ gəlib10:11Salyan rayonunda iki raket tapılıb10:04Türkiyədə zəlzələ baş verib10:02Krımda baş nazirin müavini həbs edildi10:01Ukrayna əhalisi sürətlə azalır10:00Fransa prezidentinin Səudiyyə Ərəbistanına səfərləri təxirə salındı09:52İlham Əliyev Türkmənistanın XİN rəhbərini qəbul edib09:50ABŞ bu ölkələrlə müharibəyə başlaya bilər09:49Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı17:45