Hava
booked.net
InvestAZ
Təqvim
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
16 yan 11:58Biznes

Azərbaycanda “Üzümçülük vadisi” salınır

Azərbaycanda “Üzümçülük vadisi” salınır

Xebermen.info-nun verdiyi məlumata görə “Az-Granata” MMC tərəfindən 2009-cu ildə Şamaxı rayonunda 25 hektar ərazidə üzüm bağları salınıb və hazırda 375 hektar ərazini əhatə edir.



Bu barədə üzüm bağının baş aqronomu Metin Altın bildirib ki, onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağlarıdır:



“Dünyanın 17 ölkəsində üzümçülük sahəsi üzrə çalışmışam. Lakin Şamaxıda olan əlverişli mühit, iqlim şəraiti heç bir ölkədə yoxdur. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Hətta üzümçülük bağlarında ziyanverici həşəratlara qarşı Rusiya və digər ölkələrdən gətirilən dərmanları biz geri qaytardıq. Bu gün dünyada üzümçülük təsərrüfatlarında ziyanverici həşəratlara qarşı çoxlu dərman vasitələri istifadə olunur. Şamaxının üstünlüyü isə budur ki, burada ziyanverici həşəratlar çox azdır. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir”.



"KİŞMİŞ İSTEHSAL EDƏCƏYİK"



M.Altın əlavə edib ki, üzüm bağları yalnız içkilərin hazırlanması üçün deyil: “Bir çox hallarda üzümçülüyün inkişafını yalnız şərab istehsalının artırılması üçün nəzərdə tutulduğu kimi başa düşülür. Lakin bu heç də belə deyil. Burada süfrə üzümləri də becərilir.



Bundan başqa, Azərbaycanda süfrələrin bəzəyi olan nemətlərdən biri də kişmişdir. Biz daxili bazarı araşdırarakən Azərbaycana kişmişin xarici ölkələrdən gətirildiyini və bir kilosunun qiymətinin 8-15 manat arasında dəyişdiyini gördük. Lakin Azərbaycanda kişmiş üzümünün yetişdirilməsi və istehsalı üçün münbit şərait var. Bu gün Azərbaycanda kişmiş istehsal edən müəssisə yoxdur. “Az-Granata”nın gələcək planlarından biri də ölkə ərazisində kişmiş istehsal etməkdir. Kişmiş üzümü, əsasən, “Sultan” sortundan hazırlanır. Ona görə də bu sortu artırmaq və sahələrini genişləndirmək üzərində iş aparırıq. Azərbaycanda spirtli içkilərin istehlakında araq birinci yeri tutur. Bu göstərici Rusiya və bir çox MDB ölkələrində eynidir. Araq elə bir içkidir ki, bir çox meyvələrdən, hətta çorəkdən almaq mümkündür. Lakin çaxır yalnız üzümdən hazırlanır. Yerli üzümlərdən alınan çaxırların keyfiyyəti də yüksək olur. Yalnız üzümdən hazırlanan içkilərdən biri də rakıdır. Rakının istehlakı Azərbaycanda çox aşağıdır. “Az-Granata” MMC Azərbaycanda ilk dəfə rakı istehsalına başladı və gözləmədiyimiz dərəcədə istehlak olunmağa başladı. Əsas məhsulun keyfiyyətidir. Məhsul nə qədər keyfiyyətli olarsa, bir o qədər istehlak gücü artar”.



Baş aqronom qeyd edib ki, Şamaxı rayonunda “Üzümçülük vadisi” salınmağa başlanılıb: “Burada məqsədlərimizdən biri də yerli və əcnəbi turistləri cəlb etmək üçün xüsusi üzüm bağlarının salınmasıdır. “Üzümçülük vadisi” adlandırılacaq bu ərazidə üzümün bütün sortlarından nümunə kimi əkiləcək. Burada üzümün bir çox, xüsusən də yerli “Mədrəsə” sortu nümayiş etdiriləcək. Bu da Şamaxı üzümünün əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlərdən biri olacaq. Biz qısa müddət ərzində 5 000 hektar ərazidə üzüm bağının salınmasını planlaşdırmışıq”.



"NAR ŞANPANLARININ İSTEHSALINA HAZIRLAŞIRIQ"



Üzüm bağlarından yığılan məhsul emal olunmaq üçün "Az-Granata" MMC şirə və şərab emalı zavoduna gətirilir.



Zavodun direktor müavini, texniki elmlər doktoru, professor Vüqar Mikayılov bildirib ki, zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanır: "Az-Granata" MMC Azərbaycanda yeni yaradılan zavod olsa da bir çox yeniliklərə imza atıb. Azərbaycanda ilk dəfə sənaye üsulu ilə abqora istehsalı bizim müəssisədə olub. Əvvəllər abqora yalnız kustar üsullarla hazırlanıb.



Bundan başqa, ilk dəfə olaraq Azərbaycanda viski istehsalına başlamışıq. Çünki əcnəbi turistlər daha çox yerli içkilərə önəm verirlər. Azərbaycana idxal edilən viskinin 30 faizini bizim zavod təmin edir. Bu da xaricə valyuta axınını qarşısını almaqda mühüm əhəmiyyət kəsb edir. Daha sonra zavod Azərbaycanda ilk dəfə türk rakısı istehsal etməyə başladı. Azərbaycanda sənaye üsuli ilə meyvə araqlarının istehsalını da ilk dəfə "Az-Granata" başlayıb. Azərbaycanda yeni texnologiya ilə milli içkilərimiz olan zoğal və tut araqlarını istehsal etdik. Biz dünyada ilk dəfə klassik sənaye üsulu ilə nar şanpanlarının istehsalına hazırlaşırıq. Dünyanın heç bir ölkəsində nar şanpanı istehsal olunmur”.



"KEÇİ SÜDÜNDƏN İSTİFADƏ EDİRİK"



V.Mikayılov qeyd edib ki, "Az-Granata"nın fəaliyyətə başlaması Azərbaycana şərab idxalını nəzərə çarpacaq dərəcədə aşağı salıb: "Azərbaycanda sənaye üsulu ilə şərab istehsalında əsaslı yeniliklər etdik. Araq Azərbaycana əsasən Finlandiya, Polşa, Ukrayna və Rusiyadan ixrac olunur. Bu araqların yumuşaqlıq dərəcəsini yüksəltmək üçün quru süddən istifadə olunur. Lakin "Az-Granata" MMC ilk dəfə olaraq bunu təbii keçi südü ilə əvəz etdi.



İDXAL AZALIB



Bundan başqa, biz ilk dəfə istehsal prosesində gümüş ionlarını arağın trkibinə qatdıq. Düzdür, xarici ölkələrdə araq filtirdən keçirilir, lakin gümüş ionları arağın tərkibinə qatılmır. Buna görə də istehsal etdiyimiz araqların keyfiyyəti xarici ölkələrdən ixrac edilən araqların keyfiyyətindən daha yüksək olur. Bu da xarici ölkələrdən araq idxalnın həcmini demək olar ki, nəzərə çarpacaq dərəcədə aşağı salıb".



Report
SON XƏBƏRLƏR
Azərbaycanda bu yolda tır partladı14:49Rusiyanın bu aviaşirkəti Azərbaycana uçuşlara başlayır11:55Azərbaycan radiator istehsalı müəssisəsi yaradılır11:53Azərbaycan neftinin son qiyməti11:51Avro yenidən ucuzlaşıb11:50Neftin qiyməti bahalaşıb11:48AZN məzənnələri açıqlanıb11:46Əhmədinejat Xameneiyə məktub göndərib11:43Mahmud Abbas xəstəxanaya yerləşdirilib11:40ABŞ-ın dəniz piyadaları rus qışına hazırlaşır11:38“Lokomotiv” 1/8 final mərhələsinə vəsiqə qazandı11:36Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib11:35Cengiz Ünder ÇL-in tarixinə düşüb11:32İnternetdə evlənmək mümkün olacaq11:22Tanınmış model reklama çəkildi+fotolar11:15Türkiyəli müğənni mədəsini kiçiltdi11:03Azərbaycanda bu film yayımdan qaldırıldı+video11:01Qəbələ rayonunda ev yanıb10:42Prezidentin fərdi təqaüdü artırıldı10:38Bu şəxslərin aylıq təqaüdü 100 manat artırıldı10:33ABŞ-dan Şərqi Quta ilə bağlı açıqlama10:312019-cu ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək?10:19Rene van der Linden:“Münaqişənin həlli ilə bağlı nikbin yanaşmalar görürük10:16Tanınmış model gecə klubuna alt paltarsız gəldi+fotolar09:58Neftçala rayonunda istehsal ediləcək avtomobillərin adı nə olacaq?13:24Azərbaycan neftinin son qiyməti13:20Yeni avtomobil yolu ödənişli olacaq13:18Sabaha gözlənilən hava şəraiti13:17Şenol Güneş Bavariya-Beşiktaş oyunu barədə danışıb13:12Azərbaycan idmançısında dopinq aşkar edildi13:10Real səfərdə qələbə qazandı13:07"Çılpaq olanda rahatam" deyib soyundu + fotolar13:06Kök modeldən cəsarətli fotolar13:04Azərbaycanlı aktrisa qarlı havada çılpaq fotosessiya etdirdi13:02Valyuta hərracında dollar bahalaşıb sabit qalıb yoxsa ucuzlaşıb?12:59Şahin Mustafayevdən Misir şirkətlərinə çağırış12:57Fed protokollarının dərc edilməsindən sonra, dollar bahalaşdı12:27Ölümsüzlük mümkün olur?12:23ABŞ prezidenti ABŞ-da müəllimlərə silah verilməsini təklif edib12:19Saakişvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq12:16ABŞ səfirliyinə əl qumbarası atdı, sonra intihar etdi12:14Məzahir Pənahov Yankauskasla görüşüb12:12YAP imzatoplama kompaniyasını yekunlaşdırıb12:09Rusiya prezidenti Azərbaycan nümayəndə heyəti ilə görüşəcək09:27Bakının bu rayonlarında 100 yaşdan yuxarı insan yoxdur09:24Bakının bu ərazisində su olmayacaq09:22Türkiyəyə qatarla gedə biləcəksiniz09:20Neftin qiyməti ucuzlaşıb10:40Qızılın qiyməti xeyli ucuzlaşıb10:38”Qəhrəmanlarımızı Tanıyaq” adlı layihənin açılış tədbiri keçirilmişdir10:34Netanyahu Mahmud Abbası bu məsələdə günahlandırıb10:26Tanınmış aktyor bu videosu ilə sağ olduğunu bir daha sübut edib+video10:23Cazibədar aktrisanın bu fotosu çoxlarını təəccübləndirdi10:20Tanınmış modeldən cazibədar foto10:18Mərkəzi Bank notlarını satır10:16Cari ilin yanvar ayında ölkədə ümumi daxili məhsulun istehsalında artım olub10:14Azərbaycan neftinin qiymətindən nə xəbər?10:12