Hava
booked.net
InvestAZ
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
13 fev 11:02Biznes

Yaşıl çay yarpağı yığımı artırılacaq

Yaşıl çay yarpağı yığımı artırılacaq

Xebermen.info-nun verdiyi məlumata görə Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.



Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə, ölkənin ümumi aqrar potensialını gücləndirəcək.



Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.





Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir



1. Giriş



Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.



“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir.



2. Azərbaycanda çayçılığın mövcud vəziyyəti



Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir.



Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.



Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır.



Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır.



Dövlət Proqramı ölkədə çay əkini sahələrinin genişləndirilməsi sahəsində aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcəkdir.



3. Dünyada çayçılığın inkişaf meyilləri



Dünyada çay istehsalının tarixi qədimdir və eramızdan əvvəllərə təsadüf edir. Hazırda Çin, Hindistan, Keniya, Şri-Lanka, Türkiyə və İndoneziya dünyanın çay istehsal edən ən böyük ölkələridir. Bu ölkələrdə istehsal edilmiş çay məhsullarının təxminən 60-65 faizi daxili tələbatın ödənilməsinə, 35-40 faizi isə ixraca yönəldilir. Hazırda beynəlxalq bazarlarda bir kiloqram quru çay yarpağının qiyməti 2,65 ABŞ dolları səviyyəsindədir.



Çay istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan olan Çin Xalq Respublikası hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədi ilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.



Dünyada çay istehsalının həcminə görə ikinci yerdə qərarlaşmış Hindistanda yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 faizi daxili tələbatın ödənilməsinə yönəldilir və beynəlxalq bazarlara təxminən 200 min ton çay çıxarılır.



Keniyada çay istehsalçılarının 90 faizinin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə bu ölkə dünya bazarına 370 min ton çay ixrac etmişdir.



Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada “Seylon çayı” brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.



Türkiyə Respublikasında çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Yerli bazarın qorunması məqsədi ilə ölkəyə idxal olunan çaylara 145 faiz gömrük rüsumu tətbiq edilir.



4. Dövlət Proqramının məqsədi və vəzifələri



4.1. Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.



4.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:



4.2.1. çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;



4.2.2. çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;



4.2.3. çayçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;



4.2.4. çay emalı potensialının artırılması;



4.2.5. çayçılıq sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;



4.2.6. çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;



4.2.7. çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;



4.2.8. çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracının dəstəklənməsi və təşviqi;



4.2.9. çayçılıqda kooperasiyanın inkişaf etdirilməsinin təşviqi.



5. Çayçılığın inkişafının əsas istiqamətləri



5.0. Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:



5.0.1. çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;



5.0.2. toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;



5.0.3. çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;



5.0.4. çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;



5.0.5. mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;



5.0.6. çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.



6. Dövlət Proqramının maliyyələşmə mənbələri



6.0. Dövlət Proqramında öz əksini tapmış tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:



6.0.1. dövlət büdcəsi;



6.0.2. büdcədənkənar fondlar;



6.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;



6.0.4. yerli və xarici investisiyalar;



6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.



7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr



7.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını gücləndirəcəkdir.



7.2. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.

marja
SON XƏBƏRLƏR
Paytaxtda “İsveçrə Məhsulları” şirkəti fəaliyyət göstərəcək10:27Arıçılıq məhsullarının emalı və qablaşdırılması sexi tikilir10:26AZN məzənnələri açıqlanıb10:24Neftdə dron hücumundan sonra rekord bahalaşma10:22Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşandı?10:2116 sentyabrda gözlənilən hava şəraiti10:20Arka Sokaklar serialının aktyoru hücuma məruz qaldı10:18Tanınmış aktrisanı it dişlədi10:16Real 3 xal qazandı10:13“Komandam hər dəfə qol buraxandan sonra ayılır” - Bordin10:09Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır10:08Yeni tədris ili başladı10:05AKP-dən növbəti istefalar10:04Kliçkonun vəzifəsi ləğv oluna bilər10:03Prezident yeni səfirləri qəbul etdi10:01Xarici Işlər Naziri Avropaya səfərə yola düşdü09:59Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib13:57Azərbaycan neftinin qiymətindən nə xəbər?13:53Ölkədən çıxarılan kapital azalıb13:53Hökumət Manat/Dollar məzənnəsi ilə bağlı proqnozunu açıqladı13:50Beləsini heç yerdə görməmisiniz: dünyanın ƏN QƏRİBƏ avtomobilləri13:44İstirahət günlərində gözlənilən hava proqnozu13:42Ahmet Kural evlənir13:40Rusiyada 28 yaşlı çempion məşq zamanı dünyasını dəyişdi13:38Mingəçevirdə fəhlə yıxılıb öldü13:37ABŞ bu ölkəyə qarşı sanksiyaları artırdı13:24İlham Əliyev meksikalı həmkarını təbrik edib13:23Rusiyanın neft şirkəti törəməsi Azərbaycanda filial açıb17:50Mərkəzi Bank faiz qərarını açıqladı17:45Gələn ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu17:41Qızıl örtüklü paxlavanın SİRRİ: dilimi 1000 dollara satılır17:3714 sentyabrda gözlənilən hava şəraiti17:31Türkiyəli aktyor aparıcılıq edəcək17:26Beş illik münasibət bitdi17:25FİFA-nın keçmiş vitse-prezidenti ömürlük futboldan kənarlaşdırıldı17:20Yurgen Klopp birinci oldu17:19Sumqayıt və Xırdalandan Bakıya gələnlərə şad xəbər17:07Sahibkarlara müraciət!14:54Lavrovdan Suriya ilə bağlı önəmli açıqlama14:41Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi olacaq14:27Əli Kərimli və İlqar Məmmədov debata çıxacaq14:23“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”14:21Bu gün Lirənin dəyərini dəyişə biləcək kritik qərar açıqlanacaq11:12Tramp Çinə tətbiq olunacaq əlavə 5 faiz gömrük vergisini "xoş niyyət" əlaməti kimi təxirə saldı11:10AZN məzənnələri açıqlanıb11:07Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:06İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı11:0012 sentyabrda gözlənilən hava şəraiti10:59"Çukur"dan çıxıb, "Şampiyon"a getdi10:57Aktrisa çılpaq yoqa etdi10:55Həbibin növbəti rəqibi odur10:46Azarkeş irqçi şüara görə həbs edildi10:45Sabunçu sakinlərinin diqqətinə!10:41Kanada parlamenti buraxılıb10:34İsveçrədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək10:33“Paşinyan odla-su arasında qalıb” - Vüqar Rəhimzadə10:32“Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin10:30