Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
28 fev 11:49Biznes

“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçirilib

“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçirilib

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

Xebermen.info "Qafqazinfo"-ya istinadən xəbər verir ki, konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli sosial müdafiə sisteminin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin tərkib hissəsi olduğunu və əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, özünüməşğulluq proqramı çərçivəsində qurulan ailə təsərrüfatlarının ölkədə kiçik biznesin genişlənməsinə yeni imkanlar yaratdığını qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova özəl bölmənin inkişafında qadınların rolu, qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər, ölkədə bu sahədə yaradılmış geniş imkanlar barədə çıxış edib.

Özəl bölmənin inkişafı üçün ölkəmizdə əlverişli işgüzar mühitin yaradıldığnı vurğulayan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev "ABAD" tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə biznesinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edərək, kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Tədbirdə iri şirkətlərin nümayəndələrinin kiçik biznes layihələrinə dəstəyi istiqamətində çıxışları dinlənilib, “ABAD” layihəsi, özünüməşğulluq proqramı, habelə kiçik sahibkarların təklif etdiyi iş və xidmətlərə dair təqdimatlar keçirilib. Sahibkarlar belə tədbirlərin sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası ilə tanış olublar.

Sərgi-satış yarmarkası bu gün saat 20.00-dək davam edəcək.
SON XƏBƏRLƏR
Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08Azərbaycandan Rusiyaya nota!10:06Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:07Qızılın qiyməti barədə növbəti proqnoz11:16Narınginin satış qiyməti düşüb11:15AZN məzənnələri açıqlanıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1211 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu - İranlı qaçqının ibrətamiz hekayəsi10:4115 oktyabrda gözlənilən hava şəraiti10:40Türkiyəli serialın yayımı təxirə salındı10:33Tanınmış müğənni evində ölü tapıldı10:30İngiltərə qələbə qazandı10:28“Spartak”ın yeni baş məşqçisi məlum oldu10:25İtkin düşən balıqçının axtarışları davam etdirilir10:24Sürücülərin diqqətinə!10:18Tunisin yeni prezidenti bəlli olub10:15ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı10:12İlham Əliyevlə Viktor Orban arasında görüş olub10:11