Hava
booked.net
InvestAZ
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
15 noy 10:39Biznes

“AzerGold” qızıl hasilatını artırıb

“AzerGold” qızıl hasilatını artırıb

“AzerGold” QSC tərəfindən əməliyyat proseslərində optimallaşdırma tədbirləri sayəsində qızıl hasilatında əhəmiyyətli artım qeydə alınıb.



Xebermen.info xəbər verir ki,QSC-dən “Marja”ya daxil olmuş məlumata görə, 2018-ci ilin ilk on ayı ərzində hasilat ötən ilki göstəriciləri üstələyərək 36 632 unsiya təşkil edib. Ümumilikdə 2018-ci il üzrə “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da ötən ilin analoji göstəricilərindən 33% çoxdur. Hazırda hasilat işləri plana uyğun davam etdirilir.



Şirkətin məlumında qeyd edilib ki, istismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədi ilə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir.



Bu il Daşkəsən rayonunda yərləşən Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədi ilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb. Kəşfiyyat işləri çərçivəsində toplanmış məlumatlar beynəlxalq məsləhətçi şirkət olan “Micon International” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında istifadə olunacaq.



“AzerGold” QSC-nin geoloqları tərəfindən bu il aşkarlanan Ağyoxuş potensial perspektivli məxsusi qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama–qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb.



Çovdar yatağının uzaq cinahları olan Narçala-Ağyoxuş ərazisində hazırda geofiziki işlər aparılır. Göy-göl rayonunun Kəpəz sahəsində yerüstü geofiziki tədqiqatlar növbəti ildə icra ediləcək.



Qızıla perspektivli Göygöl rayonu ərazisində yerləşən Tülallar sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə buruq-qazma işlərinin başlanması üçün müqavilə imzalanıb və artıq buruq-qazma işləri aparılır.



Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində də iyul ayından etibarən intensiv buruq-qazma işləri aparılır.



Balakən rayonu ərazisində yerləşən və əlvan metal ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna hazır ediləcək. Hazırda Balakən rayonu ərazisində yerləşən satelit Mazımçay, Katsdağ və digər yataqların Filizçay layihəsi çərçivəsində birgə işlənməsi perspektivləri nəzərdən keçirilir.



İstismarına başlanılacaq yeni yataqların hesabına hasilatın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. İlkin hesablamalara əsasən təkcə Filizçay və Çovdar yatağının oksid və sulfid fazalarının istismarından ölkə iqtisadiyyatı 10 milyard manatdan artıq gəlir əldə edəcək.
SON XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti xeyli ucuzlaşıb16:17İngiltərə neft şirkəti Azərbaycanda filial açıb16:15Goldman: İnkişaf edən ölkə pulları 2019-da bahalaşacaq16:14Gürcüstandan Azərbaycana ixracda böyük artım16:13Dollar Fed-in iclası ərəfəsində ucuzlaşır16:11Hər gün corab iylədi və bu vəziyyətə düşdü..16:0920 dekabrda gözlənilən hava şəraiti16:05Ayrılıq iddialarını yalanladılar16:03Türkiyəli müğənnidən romantik paylaşım16:02Sılanın Ahmet Kuralla bağlı dedikləri yalan imiş?15:59Qarabağ UEFA tərəfindən cərimələndi15:57“Mançester Siti” penaltilərlə qalib gəlməyi bacardı15:55Reynaldo yenidən “Qarabağ”da - “Evimə gəldiyim üçün xoşbəxtəm”15:54Magistratura və rezidenturaya qəbul imtahanları nə vaxt keçiriləcək?15:52Maşın tibb bacısını vurub15:503856 vərəsəyə birdəfəlik ödəmə veriləcək15:47Con Makkeynin yerinə bu xanım gələcək15:44Rusiyada iş adamı 12-ci mərtəbədən yıxılaraq ölüb15:43Tutuquşuya işgəncə verən məşhur aşpaz ruhi dispanserə göndərildi15:42Belçikanın baş naziri istefa verib15:15Türkiyəyə “Patriot” satışına icazə verilib15:14ABŞ prezidentinin fondu bağlanır15:12Azərbaycan neftinin qiyməti ucuzlaşıb15:35"Noyabr ayında Bakıda avtomobillər 12% bahalaşıb"15:34Azərbaycana 284 milyon dollarlıq minik avtomobilləri idxal olunub15:32Valyuta hərracının nəticəsi bəlli oldu15:31Neftin qiyməti ucuzlaşıb15:30Xalq təbabəti ilə bu xəstəlikdən asanlıqla qurtula bilərsiniz15:2819 dekabrda gözlənilən hava şəraiti15:24Amerikalı ifaçı yeni mahnısını yarıçılpaq təqdim etdi+fotolar15:21Türkiyəli məşhur cütlüyün toyu nə vaxtdır?15:18Türkiyəli model yeni sevgilisi ilə görüntüləndi15:17Türkiyədə futbol klubunun ofisinə silahlı hücum olub15:12Pepe bundan sonra Beşiktaşda oynamayacaq15:10“Mançester Yunayted”-in yeni baş məşqçisi kimdir?15:08Türkiyədə qatar qəzasına görə 3 nəfər həbs edilib15:07“31 yaşıma qədər ukraynca danışmamışam” - Poroşenko etiraf etdi15:05İran prezidenti Türkiyəyə gedir15:04Parlamentdə “Dövlət Himni haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb15:03Prezident Qətər əmiri ilə müavinini təbrik etdi14:59Kanada Səudiyyəyə silah satmamaq üçün yol axtarır - 13 milyardlıq müqavilə var14:58Azərbaycanda boşanmaların sayı artıb+statistika12:39“İKT Akademiyası” layihəsi icra edilir12:27“BiznesMƏN” adlı layihə icra edilir11:46Lənkəranda zəlzələ baş verib14:14Azərbaycanda ting istehsalında bir yenilik12:15Astara rayonunda 2542 ton portağal yığılması planlaşdırılır12:09"Fed-in faiz proqnozu 3-də qalarsa, dollar bahalaşa bilər"12:07Depozit hərracında tələb yenidən aşağı düşüb12:05Azərbaycanın xam neft ixracından olan gəlirdə böyük artım12:03Rəqəmlərin həyatımıza olan möcüzəvi təsirindən xəbərdar olun12:0117 dekabrda gözlənilən hava şəraiti11:59Türkiyəli müğənni 10 kq arıqladı11:56Dünyanın ən gözəl qızı+fotolar11:53Aysel Nazim şounu tərk etdi11:50Ermənistan UEFA tərəfindən cəzalandırıldı11:47Neftçi Sumqayıta məğlub oldu11:44