XEBERMEN.info
 Valyuta məzənnəsi

Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Tarix:2-10-2019, 12:15

Yeni Azərbaycan Partiyası  seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa, bələdiyyələrin hüquqi bazasını nizamlayan normativ aktlar qəbul edilməyə başladı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əksini tapdı.

Xebermen.info-nun verdiyi məlumata görə 02 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov iclas iştirakçılarını salamlayaraq 2019-cu ilin dekabr ayında keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının seçki qərargahının Pirallahı rayon şöbəsinin fəaliyyət Proqramına uyğun olaraq ilkin mərhələdə görüləcək işlər barədə məlumat verdi. Hazırda YAP üzvü olan bələdiyyə üzvlərinin təhlilinin aparılması və onların arasından gələcək namizədlərin müəyyən edilməsi ilə bağlı göstərişlərini verdi.Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarovərazinin sosial-iqtisadi problemlərinin və əhalinin xüsusiyyətlərinin öyrənilməsi - əhalinin məşğulluğu, seçki məntəqələrinin ərazisində problemlərin (qaz, su, enerji, nəqliyyat və s.) mövcudluğu, seçki məntəqələrinin ərazisində yaşayan seçicilər arasında nüfuzlu şəxslərin (ağsaqqalların, din xadimlərinin, tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin) müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin üzvü Daməd İmanov çıxış edərək seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlərin növbəti iclasda müzakirə olunması barədə təklif verdi.
Yeni Azərbaycan Partiyası seçki qərargahinin Pirallahı rayon şöbəsinin üzvü Əli Kərimov seçki məntəqələrinin seçkiyə hazırlıq vəziyyətlərinin araşdırlması ilə bağlı monitorinqin keçirilməsini təklif etdi.
İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı fəallarının işinin təşkil edilməsi və koordinasiyasıilə bağlı qərar qəbul edildi.


Yeni Azərbaycan Partiyası  seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası  seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Oxunub: 192



XƏBƏR LENTİ
Ucqar kənd məktəbində həyata keçirilən layihələr şagirdlərin bilik səviyyəsi və dünyagörüşünün artmasında mühüm rol oynayır
«Cəsurluq Məktəbi» adlı layihə çərçivəsində təlimlər keçirilir
“Cəsurluq məktəbi” adlı layihə icra edilir
İsmayıllı rayonu Gəndov Kənd orta Məktəbində şagirdlərin hərtərəfli inkişafı üçün müxtəlif istiqamətli layihələr həyata keçirilir
Ucqar kənd məktəbi keçirdiyi layihələrlə təhsil ictimaiyyətinin diqqətini cəlb edir
Sevda Bədəlova təbliğat kampaniyasını uğurla həyata keçirir
İsmayıllı rayonunun Gəndov Kənd Orta məktəbində Etwinning layihəsi davam edir
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib
Ceyhun Əsgərov: Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənlikləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Azərbaycanın qurudakı yataqlarından neft hasilatının azalacağı gözlənilir
Turizmdə reytinq cədvəli dövrü gəlir
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı
Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA
"Bir Zamanlar Çukurova"nın aktrisasına milyonluq təklif
"Zalim İstanbul"a yeni aktyor daxil oldu
“Qarabağ”dan ard-arda 2 məğlubiyyət
Məşhur basketbolçu Kobi Brayant helikopter qəzasında öldü
Mingəçevirdə zəlzələ baş verib
Braziliyada güclü leysan baş verib
Türkiyədə zəlzələ qurbanlarının sayı 38-ə çatıb
Rusiya prezidenti Ərdoğana başsağlığı verdi
Bu gündən seçki bülletenləri çap olunacaq
İsmayıllı rayonunun ucqar kənd məktəbinin müəllimi yeni metodlarla şagirdlərin elmə həvəsini artırır
Gürcüstandan Azərbaycana avtomobil idxalında beşqat artım
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
AZN məzənnələri açıqlanıb
ABŞ-ın xam neft ehtiyatları azalıb
Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI