Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
07 okt 11:17Cəmiyyət

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.

Xebermen.info xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 40-80 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 75 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 76 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 64,5 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 312 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 4-də isə 331 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 145 sm qeydə alınıb. 2018-ci il oktyabrın 4-də isə bu rəqəm 201 sm təşkil edib. Salyanda suyun səviyyəsi 7 sm azalmış və 90 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 158 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 15 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 4-də isə 40 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 147 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 4-də 179 sm qeydə alınıb.
SON XƏBƏRLƏR
Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08Azərbaycandan Rusiyaya nota!10:06Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:07Qızılın qiyməti barədə növbəti proqnoz11:16Narınginin satış qiyməti düşüb11:15AZN məzənnələri açıqlanıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1211 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu - İranlı qaçqının ibrətamiz hekayəsi10:4115 oktyabrda gözlənilən hava şəraiti10:40Türkiyəli serialın yayımı təxirə salındı10:33Tanınmış müğənni evində ölü tapıldı10:30İngiltərə qələbə qazandı10:28“Spartak”ın yeni baş məşqçisi məlum oldu10:25İtkin düşən balıqçının axtarışları davam etdirilir10:24Sürücülərin diqqətinə!10:18Tunisin yeni prezidenti bəlli olub10:15ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı10:12İlham Əliyevlə Viktor Orban arasında görüş olub10:11