XEBERMEN.info
 Valyuta məzənnəsi

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Tarix:20-11-2019, 17:35

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Xebermen.info-nun verdiyi məlumata görə 20 noyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı yekun bayram tədbiri keçirildi. Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Firdovsi Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Neft Daşları NQÇİ ilk partiya təşkilatının fəalları iştirak etdilər.
Tədbir öncəsi qonaqlar Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Neft Daşları NQÇİ-nin Mədəniyyət evində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli yol haqqında video çarxın nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır. Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Firdovsi Əliyev bildirdi ki, artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir. Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov çıxışında qeyd etdi ki, Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarında bu gün yüz minlərlə insanın birləşməsi xalqın partiyaya olan dərin inam və ehtiramının göstəricisidir. Partiyamız öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir.Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini, Neft Daşları NQÇİ-nin rəisi Qoçalı Mahmudov tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirərəkmüstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətlərindən danışdı.
Rəsmi hissə partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı üzvlərinin Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.
Tədbir respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdi.


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Oxunub: 197



XƏBƏR LENTİ
Ucqar kənd məktəbində həyata keçirilən layihələr şagirdlərin bilik səviyyəsi və dünyagörüşünün artmasında mühüm rol oynayır
«Cəsurluq Məktəbi» adlı layihə çərçivəsində təlimlər keçirilir
“Cəsurluq məktəbi” adlı layihə icra edilir
İsmayıllı rayonu Gəndov Kənd orta Məktəbində şagirdlərin hərtərəfli inkişafı üçün müxtəlif istiqamətli layihələr həyata keçirilir
Ucqar kənd məktəbi keçirdiyi layihələrlə təhsil ictimaiyyətinin diqqətini cəlb edir
Sevda Bədəlova təbliğat kampaniyasını uğurla həyata keçirir
İsmayıllı rayonunun Gəndov Kənd Orta məktəbində Etwinning layihəsi davam edir
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib
Ceyhun Əsgərov: Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənlikləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Azərbaycanın qurudakı yataqlarından neft hasilatının azalacağı gözlənilir
Turizmdə reytinq cədvəli dövrü gəlir
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı
Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA
"Bir Zamanlar Çukurova"nın aktrisasına milyonluq təklif
"Zalim İstanbul"a yeni aktyor daxil oldu
“Qarabağ”dan ard-arda 2 məğlubiyyət
Məşhur basketbolçu Kobi Brayant helikopter qəzasında öldü
Mingəçevirdə zəlzələ baş verib
Braziliyada güclü leysan baş verib
Türkiyədə zəlzələ qurbanlarının sayı 38-ə çatıb
Rusiya prezidenti Ərdoğana başsağlığı verdi
Bu gündən seçki bülletenləri çap olunacaq
İsmayıllı rayonunun ucqar kənd məktəbinin müəllimi yeni metodlarla şagirdlərin elmə həvəsini artırır
Gürcüstandan Azərbaycana avtomobil idxalında beşqat artım
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
AZN məzənnələri açıqlanıb
ABŞ-ın xam neft ehtiyatları azalıb
Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI