XEBERMEN.info
 Valyuta məzənnəsi

Ağdərədə 8 sm qar yağıb

Tarix:13-01-2020, 12:11

Ağdərədə 8 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava haqda məlumatı açıqlayıb.

Xebermen.info xəbər verir ki,Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb və qar örtüyü əmələ gəlib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

Oxunub: 29



XƏBƏR LENTİ