XEBERMEN.info
 Valyuta məzənnəsi

“Cəsurluq məktəbi” adlı layihə icra edilir

Tarix:14-02-2020, 15:13

“Cəsurluq məktəbi” adlı layihə icra edilir

Xebermen.info-nun verdiyi məlumata görə 13 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII qrant müsabiqəsinin qalibi seçilmiş “Cəsurluq məktəbi” adlı layihənin açılış tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytən Məmmədova Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş oğullarımız və Aprel döyüşlərində şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edib. Qarabağ və aprel döyüşləri şəhidlərimizin, vətənimizin qəhrəman oğullarının xatirəsi yad olunacaq və onların barəsində yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılacaq, görüşlər təşkil olunacaq.Daha sonra Polkovnik Əfqanıstan –Qarabağ müharibəsi veteranı Haqverdiyev Adil müəllim, peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olub. Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirib, öz biliyini, təcrübəsini doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr edib, iki dəfə yaralansa da, mövqeyini tərk etməyib. Daha sonra , Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin şöbəsinin mütəxəssisi Hacıyev Nəbi müəllimə söz verilib. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarət olduğunu bildirib. Daha Sonra, Təlimçi, Səxavət Hidayətoğlu, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var.deyə bildirib ki. əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir.Sonda tədbir iştirakçıları olan gənclərlə fikir mübadilələri aparılmış təklif və suallar dinlənilmişdir. Aktiv iştirakına göre bir sıra gənclərə sertifikat verildi.Tədbir başa çatdıqdan sonra layihə iştirakçıları çay fasiləsinə toplanmışdır.

“Cəsurluq məktəbi” adlı layihə icra edilir

“Cəsurluq məktəbi” adlı layihə icra edilir

“Cəsurluq məktəbi” adlı layihə icra edilir

Oxunub: 48



XƏBƏR LENTİ
Ucqar kənd məktəbində həyata keçirilən layihələr şagirdlərin bilik səviyyəsi və dünyagörüşünün artmasında mühüm rol oynayır
«Cəsurluq Məktəbi» adlı layihə çərçivəsində təlimlər keçirilir
“Cəsurluq məktəbi” adlı layihə icra edilir
İsmayıllı rayonu Gəndov Kənd orta Məktəbində şagirdlərin hərtərəfli inkişafı üçün müxtəlif istiqamətli layihələr həyata keçirilir
Ucqar kənd məktəbi keçirdiyi layihələrlə təhsil ictimaiyyətinin diqqətini cəlb edir
Sevda Bədəlova təbliğat kampaniyasını uğurla həyata keçirir
İsmayıllı rayonunun Gəndov Kənd Orta məktəbində Etwinning layihəsi davam edir
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib
Ceyhun Əsgərov: Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənlikləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Azərbaycanın qurudakı yataqlarından neft hasilatının azalacağı gözlənilir
Turizmdə reytinq cədvəli dövrü gəlir
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı
Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA
"Bir Zamanlar Çukurova"nın aktrisasına milyonluq təklif
"Zalim İstanbul"a yeni aktyor daxil oldu
“Qarabağ”dan ard-arda 2 məğlubiyyət
Məşhur basketbolçu Kobi Brayant helikopter qəzasında öldü
Mingəçevirdə zəlzələ baş verib
Braziliyada güclü leysan baş verib
Türkiyədə zəlzələ qurbanlarının sayı 38-ə çatıb
Rusiya prezidenti Ərdoğana başsağlığı verdi
Bu gündən seçki bülletenləri çap olunacaq
İsmayıllı rayonunun ucqar kənd məktəbinin müəllimi yeni metodlarla şagirdlərin elmə həvəsini artırır
Gürcüstandan Azərbaycana avtomobil idxalında beşqat artım
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
AZN məzənnələri açıqlanıb
ABŞ-ın xam neft ehtiyatları azalıb
Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI