Hava
booked.net
InvestAZ
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
07 avq 13:52Cəmiyyət

Əli Həsənovun nəvəsi həbs edildi - məhkəmə qərarı

Əli Həsənovun nəvəsi həbs edildi - məhkəmə qərarı

Avqustun 3-də Bakının Heydər Əliyevprospektində “Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.

“Xebermen.info” “Report”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

***

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri hadisə haqda birgə məlumat yayıb. Açıqlamanı təqdim edirik:

Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.
SON XƏBƏRLƏR
Kevin De Bruyne ilə yeni müqavilə bağlanılır17:48Əli Əhmədov:"Güman edirəm ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və agentlik artıq fəaliyyətini birbaşa icra etməyə başlayacaq”.17:40Ölkədə taxıl istehsalı azalıb17:36Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlanıb17:34Yanvarın 22-də Mərkəzi Bank tərəfindən növbəti depozit hərracı keçiriləcək17:29Neftçalada maşın istehsalı mart ayından başlayacaq17:21Azərbaycan at əti ixrac edəcək17:19Neftimizin qiyməti ucuzlaşıb17:15Alişanın toyu bu tarixdə olacaq16:47Beren Saat hamilə imiş+video16:45Emomali Rahmon bu naziri işdən çıxartdı16:40Meksikada 6,3 bal gücündə zəlzələ olub16:38Şeyx intihar edəcəyini bildirib16:37Bu kokteyl xolestirini 1 ayda yox edir16:35Azərbaycanın nümayəndə heyəti yenilənmiş tərkiblə AŞPA-ya gedir16:21Şəhidlər Xiyabanında böyük izdiham16:12“Prezident seçkilərinə hazırlıq başlayıb” - Məzahir Pənahov16:08Fevral ayında Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək16:05Xalq Artistindən NAZ-a sərt reaksiya15:18Bazar gününə olan hava məlumatı15:16"Alanda başqasından hamilə olduğunu bilmirdim"15:11Balaca qızcığazdan ürək dağlayan sözlər-Pulu nənəmə verirəm+video12:21134 saylı marşrutun hərəkət istiqaməti dəyişdirildi12:16Mövqelərimiz erməni silahlı birləşmələri tərəfindən snayper tüfənglərindən atəşə tutuldu12:13"Bu il Azərbaycanda neft hasilatı azalacaq"-OPEC12:01Ölkədə şəkər çuğunduru istehsalı 22% artıb11:59Azərbaycan neftinin qiymətindən nə xəbər?11:58ABŞ-da neft hasilatı artıb11:56Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir11:53Bu gün hava belə olacaq11:51Təyarədə evlənən cütlüyü siz də tanıyın+video11:48Azərbaycanlı bəstəkarın 80 illik yubileyi keçiriləcək11:45Serenay bir müddətli Türkiyəni tərk edir11:30Məşhur model paylaşdığı hər fotoya görə bu qədər pul qazanırmış+fotolar11:25Azərbaycan millisi FİFA reytinqində geriləyib11:15Barselona Pike ilə müqavilənin müddətini uzadıb11:13Barselona bu futbolçu ilə yeni müqavilə imzalayıb11:12Trampdan Meksika barədə təəccübləndirən fikirlər11:07İsrail üzr istədi-baxın nəyə görə11:05Peruda güclü zəlzələ baş verib11:04Həmsədrlər fevralda regiona səfər edəcəklər11:03Rusiya hərbi texnikalarını Çinə göndərməyə başladı11:01ABŞ-dan Türkiyəyə çağırış11:00NAZ istehsalı bərpa edə bilmir11:22“Azərreyl” komandası almaniyalı oyunçu ilə vidalaşdı11:20Premyer Liqa klubundan növbəti transfer11:17Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək11:15Dünyanın ən gözəl TIR sürücüsü görün harda yaşayır+fotolar11:1318 yanvarda gözlənilən hava şəraiti11:08Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:052017-ci il ərzində ölkədə ictimai iaşə dövriyyəsi 3%-dən çox artıb11:03Britni Spirs özündən 12 yaş kiçik iranlıya ərə gedir+fotolar10:58Tanınmış aktrisa sinəsini kiçildir +fotolar10:52Tanınmış cütlüyün qızından açıq-saçıq fotosessiya10:50İmişli rayonunda 37 yaşlı kişi evində ölü tapılıb10:35Türkiyədə zəlzələ baş verib10:34İranda yenidən zəlzələ olub10:30