Hava
booked.net
InvestAZ
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
17 okt 13:38Cəmiyyət

Azərbaycanın xaricdəki ticarət nümayəndələri səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar

Azərbaycanın xaricdəki ticarət nümayəndələri səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin əməkhaqqı onların təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən ediləcək.

Xebermen.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nda əksini tapıb.

Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları diplomatik nümayəndəliyə getmək üçün Azərbaycanın dövlət sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödəniləcək. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödəniləcək. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər smetası hesabına İqtisadiyyat Nazirliyində ödəniləcək. Təyin olunduqları diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunacaq. Diplomatik nümayəndəliklərə təyin olunan və orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödəniləcək. Ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin təyin olunduqları diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün ticarət nümayəndəsinin aparatının xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulacaq.

Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının ödənilməsi üçün tələb olunan vəsaitlər ticarət nümayəndəsi aparatının xərclər smetasında nəzərdə tutulacaq. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödəniləcək. Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödəniləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 26 yanvar 2017-ci ildə “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən iqtisadiyyat nazirinə Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin etmək səlahiyyəti verilib. Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirməlidir. Fərmana əsasən ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycanın həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.

Dövlət başçısının “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2017-ci il tarixli fərmanında qeyd edilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin. Ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir, ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir. Fərmanda bildirilir ki, ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi iqtisadiyyat naziri tərəfindən həyata keçirilir. Ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını da İqtisadiyyat Nazirliyi həyata keçirir.
SON XƏBƏRLƏR
Məşhur modelin hamamda çəkdiyi şəkil izləyiciləri heyran etdi11:13Bu verilişin iştirakçıları çılpaq yarışırlar+fotolar11:11Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək11:08Donald Tramp 2 hinduşkanı əfv edib11:07Türkiyə 22 ölkəyə tələb göndərib-baxın nəyə görə11:05Qırğızıstanın yeni prezidentinin inaqurasiyası mərasimi keçirilib11:03Mariya Zaxarovadan Qarabağ açıqlaması11:01İlham Əliyev Poroşenko ilə görüşüb10:56Dolların sabaha olan məzənnəsi açıqlanıb17:54Mingəçevir Dövlət Dram Teatrında “Səhər qatarı” tamaşası nümayiş etdiriləcək17:47Yaponiya Xarici İşlər Naziri Rusiyaya səfər edib14:24Kəbədə çəkilişlər qadağan edilib14:21Ukraynalı deputat Saakaşviliyə efirdə hücum etdi+video14:12Azərbaycanda papiros və siqaret istehsalı azalmaqdadır14:07Azərbaycan neftinin son qiyməti14:05Insan beyni niyə qocalır?13:5924 noyabrda gözlənilən hava şəraiti13:50Cennifer Lopez yeni klipini təqdim edib+video13:43Tanınmış şoumenin qızı bu aktyorla sevgilidir + fotolar13:34Məryəm Uzerli ərə gedir13:30“SOCAR-a hökumət tərəfindən 100 milyon vəsait ayrılıb” -Maliyyə naziri13:27Ilham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşüb13:25Mərkəzi Bank:“Məzənnə sabitliyi nəzarətdə saxlanılacaq”13:24Oqtay Əsədov:“Büdcəni müzakirə edərkən devalvasiyanı fikirləşmədik”13:18Prezident Aparatının rəhbəri MDB-dəki problemləri müzakirə edib13:152018-ci ildə Milli Məclisin saxlanılmasına 24 milyon ayrılıb13:13İbrahimoviç futbol tarixində ilkə imza atıb12:24“Adamın çəkdiyi əziyyətə heyfi gəlir” – Qarabağın legioner futbolçusu12:18Gələn il fəsillər Azərbaycana nə vaxt daxil olacaq?10:35Azərbaycanlı şəxs yeni velosiped icad edib+video10:33Eden Azar:“Qarabağ”a dörddən çox qol vura bilərdik10:18Bu ailələrə ayda 10 manat veriləcək10:15Sürücülərə pis xəbər-mütləq oxuyun ki, xəbəriniz olsun!16:40Siqaret və spirtli içkilərin qiyməti qalxacaq-Nazir açıqlama verdi16:24Əgər bu kəndə köçsəniz sizə 70 min dollar veriləcək15:54Bu şəxslərə 5 min manat veriləcək14:44Aparıcı canlı yayımda sevdiyi xanıma evlilik təklifi etdi+video14:42“Yalandır, 160 manat pensiya alıram” - Rəsmi qurum xalq artistinə cavab verdi14:33Ruslar Şaxta babadan ən çox bunu istəyir?13:26Sabah hava belə olacaq13:05Azərbaycan neftinin son qiymətindən xəbərdar olun13:02Bu məhsulun Azərbaycana idxalı artıb13:00Cənubi Qafqazın ən müasir tekstil fabriki Azərbaycanda olacaq12:58Türkiyə yeganə ölkədir ki, Avropaya qurbağa ayağı ixrac edir12:56Fitchdən Beynəlxalq Bank haqqında yeni qərar12:50AZN məzənnələri açıqlanıb12:47“Belə müdafiə xətti olmaz!” – Berti Foqts danışdı12:44“İndi “Qarabağ”a daha çox hörmət etməliyik”12:40“Qarabağ” “Çelsi” ilə qarşılaşacaq12:38Ferhat Göçer Ququşla duet oxuyacaq12:17Tanınmış model Demi Rouz dekoltesi və yarığı ilə hər kəsi şoka saldı + fotolar12:11Sərdar Ortaç Könül Xasıyevaya dəstək oldu12:02İtaliyada taksi sürücüləri hökumətə etiraz edirlər11:55Kolumbiya və Venesuela arasında hərbi gərginlik11:51Bu üç ölkə lideri bu gün Soçidə görüşəcək11:48Prezident Aparatında bu şəxslər vəzifələrini itirdilər11:39İlham Əliyev Livan prezidentinə məktub göndərib11:37