Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
10 fev 14:04Cəmiyyət

Azərbaycanda körpəsini küçəyə atanlara qarşı hansı cəzalar tətbiq olunacaq?

Azərbaycanda körpəsini küçəyə atanlara qarşı hansı cəzalar tətbiq olunacaq?

Hər il dünyada 10 milyona yaxın uşaq valideynləri tərəfindən atılır. Azərbaycanda isə rəsmi məlumatlara görə, ildə 50-yə yaxın yeni doğulan uşaq küçəyə atılır. Qeyri-rəsmi məlumatlara görə isə reallıqda küçəyə atılmış körpələrin sayı qat-qat çoxdur.

Elə bir neçə gün əvvəl Bərdədə baş verən dəhşətli hadisə hamını şoka salıb. Yeddi aylıq doğulan körpəni kənd sakinləri küçədə tapmışdı. Xəstəxanaya aparılan qızcığazın həyatını həkimlər xilas edə bilməyib.

Körpələrinə bu cür bədbəxt taleh yaşadan valideynlərin hansı cəza gözlədiyi ilə bağlı qısa araşdırma apardıq.

Xebermen.info xəbər verir ki, "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, anaların körpələrini küçəyə atmasının başlıca səbəblərindən biri onların mənəviyyatsız və əxlaqsız olmasıdır. Onun sözlərinə görə, qadınlar özlərini cilovlaya bilməyəndə ehtiraslarına qurban gedirlər.

K. Ağazadə əlavə olaraq qeyd edib ki, fəaliyyəti dövründə sığınacaqda belə hallara rast gəlməyib.

Psixoloq Aydan Nəzərova “Qafqazinfo”ya mövzuyla bağlı fikirlərini belə izah edib: “Bu mövzu son günlər çox aktualdır. Belə hadisələr daha əvvəllər də olsa, çox qabardılmırdı. Heç bir qadının dünyaya gətirdiyi uşağını küçəyə atmağa ixtiyarı yoxdur. Əgər belə hallar baş verirsə, deməli, səbəbləri var. Bu vəziyyətin yaranmasına səbəb kimi qadınların erkən yaşda qanundan kənar nikahlarını əsas göstərmək olar. Nəticə olaraq da həmin qadınlar körpələrini ortaya çıxarmamaq üçün övladlarını dünyaya gətirən kimi ya uşaq evlərinin yanına, ya da zibil qutularına atırlar. Belə etmək vicdansızlıqdır. Bu cür qadınlar cəmiyyətin qınaq obyektinə çevrildikləri üçün özlərinə haqq qazandıraraq günahın onlarda olmadığını, təcavüzə uğradıqlarını deyirlər. Belə vəziyyətlərin qarşısının alınması üçün təbliğatlar aparılmalıdır. Özəlliklə, psixoloqlar sosial təbliğatlarda iştirak etməlidir. Dövlətimiz atılan uşaqlara sahib çıxsa da, ancaq valideynsizlik ağrısı onlarda sağalmaz yara olaraq qalır. Bəzən isə atılan uşaqların həyatını xilas etmək mümkün olmur. Valideyn olaraq hər bir insan övladına cəmiyyətdə necə davranmaq, necə özünü idarə etmək lazım olduğunu öyrətməlidir.”

Hüquqşunas Cavid Rzazadə isə körpəsini qəsdən öldürən anaları 3 ilədək həbsin gözlədiyini qeyd edib: ”Belə vəziyyətdə ekspertlərin rəyi əsasdır. Çünki bu addımı atan şəxslərin hansı hallarda belə etmələrinin cəzası ekspertlərin rəyinə görə dəyişə bilər. Belə ki, ana yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan sonra qəsdən öldürürsə, bu zaman o, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq digər bir halda əgər həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyursa o zaman, ana Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilərək üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”.
SON XƏBƏRLƏR
"Göyçay balı qaratikana görə ən keyfiyyətli baldır"12:42“BP-Azerbaijan”: “Hasilatla bağlı proqnozlar dəyişməyib”12:41AZN məzənnələri açıqlanıb10:46Çin pulu ucuzlaşmaqda davam edir10:45Şərabın satış qiyməti hər kəsi təəccübləndirdi10:4315 oktyabrda gözlənilən hava şəraiti10:42Monika Belluççidən cazibədar fotolar10:30Məhkəmə qərar verdi: "Müğənni qızını görə biləcək"10:28Berkay üzr istədi10:25Atletimiz ikinci oldu10:24Anri bu klubun baş məşqçisi oldu10:22Millimiz yenidən Maltanı məğlub edə bilmədi10:20Yusif Kərimov vəfat edib10:17Cəbhədə son vəziyyət necədir?10:15Sürüşmə zonasında yeni uçqunlar baş verir10:14Türkiyədə hərbi avtomobilin aşması nəticəsində 12 nəfər yaralanıb09:57Almaniyada təyyarənin insanların üzərinə düşməsi nəticəsində ölən və yaralananlar var09:56Rusiya müxalifətinin lideri azadlığa buraxıldı09:54Trampın şok Branson planı: Türkiyəyə qarşı nələr olacaqdı?09:52“Ermənistan əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır” - Hikmət Hacıyev09:51Xarici Işlər Naziri Lüksemburqa yola düşüb09:50Neftin qiymətindən nə xəbər?11:47İstanbulun yeni aeroportundan Bakıya biletin qiyməti nə qədər olacaq?11:46Gürcüstanın Azərbaycana nə qədər borcu var?11:42Dolların gələn həftənin ilk iş gününə olan rəsmi məzənnəsi açıqlandı11:40KİV: ABŞ Türkiyəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək11:38Tapılan yeni bakteriya növü alternativ enerji mənbəyi kimi istifadə olunacaq11:36İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb11:34Corc Buşun qızı aktyorla evləndi11:31Türkiyəli müğənni bu mahnıya 150 000 lirə xərclədi11:28Kök modeldən cəsarətli fotolar11:25Millətlər Liqasının ən sərrast futbolçusu Riçard Almeyda oldu11:20Formula1 aprel ayında Azərbaycanda keçiriləcək11:17Komandalarımızın DÇ üçün heyətləri açıqlandı11:16“Vəziyyət çox gərgindir...” - Hacıbala Abıtalıbov11:10Kürün suyu azalıb11:07Müəllim işləmək istəyənlər bu xəbəri oxusunlar11:04Fransa bu ölkə ilə sərhədinə hasar çəkir11:01Amerikalı keşiş Türkiyədən gedir10:598 alpinistin meyidi tapılıb10:58ABŞ prezidenti öz qızını bu vəzifəyə gətirmək istəyir10:57Nemət Pənahlı həbs edilib10:55Ermənistan prezidenti Rusiyaya gizli səfər edib10:54Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 28% artırıb14:32Azərbaycan neftinin qiyməti ucuzlaşıb14:29Ölkəyə avtomobil idxalı kəskin artmaqda davam edir14:25Neft tələbatı proqnozu aşağı salındı14:22Neftdən gələn gəlirimiz xeyli artıb14:21Kirayə pulu verməmək üçün görün nə etdilər14:1913 oktyabrda gözlənilən hava şəraiti14:15Tanınmış aktyor vəfat etdi13:06Tanınmış müğənnidən çılpaq paylaşım+fotolar13:04Selena Qomezə nə olub?13:01Azərbaycan millisi məğlub oldu12:59Baş məşqçi istefa verdi12:58“Bəxtimiz gətirmədi” - Farer adalarının baş məşqçisi12:56Paytaxtda bu binalar təmir ediləcək12:55