XEBERMEN.info
 Valyuta məzənnəsi

Vətənpərvərliklə bağlı daha bir layihəyə yekun vurulub

Tarix:27-02-2018, 10:18

Vətənpərvərliklə bağlı daha bir layihəyə yekun vurulub

Xebermen.info-nun verdiyi məlumata görə,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində icra edilən "Aprel döyüşləri – Vətənimin tarixi uğuru” layihəsinə yekun vurulub. Layihə Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriyası üzrə qalib gəlmiş Leyla Vəliyeva tərəfindən icra edilirdi. Layihənin əsas məqsədi yeniyetmələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi idi.
"Aprel döyüşləri – Vətənimin tarixi uğuru” layihəsi çərçivəsində fevralın 22-də Binəqədi rayonundakı 244 nömrəli tam orta məktəbin şagirdləri arasında inşa müsabiqəsi keçirilmişdir. Bununla əlaqədar təşkil edilmiş tədbirdə çıxış üçün ilk olaraq sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Süleymanova sözə başlamış, o, bu layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən şanlı tarixi səhifələrimizdən olan Aprel döyüşləri zamanı şəhid olmuş igidlərimizin əziz xatirəsinə göstərilən böyük hörmət əlaməti kimi dəyərləndirmiş, rəşadətli ordumuzun torpaqlarımızı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyinə əmin olduğunu bildirmişdir. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması uğrunda canını fəda etmiş həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Bir dəqiqəlik sükutdan sonra layihə rəhbəri Leyla Vəliyeva nitq söyləmiş, o, öz çıxışında məlum Aprel döyüşləri zamanı mərd oğullarımızın göstərdiyi böyük qəhrəmanlıq və şücaətdən, Cocuq Mərcanlı kəndinin əsarətdən qurtuluşundan və həmin əzəli yurda qayıdışdan bəhs etmiş, şagirdlərə müsabiqədə uğurlar arzulamışdır. Leyla Vəliyevanın çıxışının ardınca şagirdlər arasında inşa müsabiqəsinə start verilmişdir.
Fevralın 23-də 244 nömrəli tam orta məktəbdə bir gün öncə təşkil edilmiş inşa müsabiqəsinin nəticələrinin qiymətləndirilməsinə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri çıxış etdikdən sonra inşa yazılarının qalibləri müvafiq olaraq diplom və hədiyyələrlə, qalan bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılmışdır. Bildirək ki, şagirdlərdən Leyla Əliyeva 1-ci, Ləman Rəhimli 2-ci, Aytac Səlimova isə 3-cü yerə layiq görülmüşdür. Nəhayət, bununla da vətənpərvərliyin təbliği istiqamətində 57 nəfər şagirdin qatıldığı daha bir layihəyə yekun vurulmuşdur.

Vətənpərvərliklə bağlı daha bir layihəyə yekun vurulub

Vətənpərvərliklə bağlı daha bir layihəyə yekun vurulub

Vətənpərvərliklə bağlı daha bir layihəyə yekun vurulub

Oxunub: 460



XƏBƏR LENTİ
Ucqar kənd məktəbində həyata keçirilən layihələr şagirdlərin bilik səviyyəsi və dünyagörüşünün artmasında mühüm rol oynayır
«Cəsurluq Məktəbi» adlı layihə çərçivəsində təlimlər keçirilir
“Cəsurluq məktəbi” adlı layihə icra edilir
İsmayıllı rayonu Gəndov Kənd orta Məktəbində şagirdlərin hərtərəfli inkişafı üçün müxtəlif istiqamətli layihələr həyata keçirilir
Ucqar kənd məktəbi keçirdiyi layihələrlə təhsil ictimaiyyətinin diqqətini cəlb edir
Sevda Bədəlova təbliğat kampaniyasını uğurla həyata keçirir
İsmayıllı rayonunun Gəndov Kənd Orta məktəbində Etwinning layihəsi davam edir
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib
Ceyhun Əsgərov: Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənlikləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Azərbaycanın qurudakı yataqlarından neft hasilatının azalacağı gözlənilir
Turizmdə reytinq cədvəli dövrü gəlir
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı
Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA
"Bir Zamanlar Çukurova"nın aktrisasına milyonluq təklif
"Zalim İstanbul"a yeni aktyor daxil oldu
“Qarabağ”dan ard-arda 2 məğlubiyyət
Məşhur basketbolçu Kobi Brayant helikopter qəzasında öldü
Mingəçevirdə zəlzələ baş verib
Braziliyada güclü leysan baş verib
Türkiyədə zəlzələ qurbanlarının sayı 38-ə çatıb
Rusiya prezidenti Ərdoğana başsağlığı verdi
Bu gündən seçki bülletenləri çap olunacaq
İsmayıllı rayonunun ucqar kənd məktəbinin müəllimi yeni metodlarla şagirdlərin elmə həvəsini artırır
Gürcüstandan Azərbaycana avtomobil idxalında beşqat artım
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
AZN məzənnələri açıqlanıb
ABŞ-ın xam neft ehtiyatları azalıb
Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI