Hava
booked.net
InvestAZ
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
06 iyl 12:23Cəmiyyət

Əsgərliyi bitirib evə gəlirdilər... 3 nəfər öldü

Əsgərliyi bitirib evə gəlirdilər...  3 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Xebermen.info” FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.

***

Gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

“Xebermen.info” “Report”a istinadən xəbər verir ki, "99-AU-738" dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik maşınının hərəkətdə olarkən "01-AD-145" dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Lakin sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Sözügedən şəxslər hərbi xidmət müddəti başa çatmış şəxsi evinə gətirirlərmiş. Ölənlər arasında həmin əsgərin olub-olmadığı hələ ki, məlum deyil.

***

Bu gecə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, 99 AU 738 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xebermen.info
SON XƏBƏRLƏR
Ölkədə yumurta istehsalı azalıb13:03ABŞ-da neft qazma qurğularının sayı artıb13:02Əlcəzairin neft şirkəti Nigerdə böyük neft ehtiyatı tapıb13:01Ölkədə sement, kərpic, armatur istehsalı artıb12:59Azərbaycan neftinin qiymətindən nə xəbər?12:58İnstagram depressiyaya səbəb olur?12:50İstirahət günlərində gözlənilən hava proqnozu12:47Tanınmış aktyorun rolu bu səbəbə görə əlindən alındı12:44Ajda Pekkan buna görə əsəbiləşdi..12:40Yayda evlənəcəklər12:33Milli komandamız Ukraynaya məğlub oldu12:32Ronaldo şərablar üçün 31 min avro ödədi12:31Futbolçunun qolu Misir yığmasını liderliyə yüksəltdi12:27Mövqelərimiz atəşə tutuldu12:23Azərbaycan əhalisinin sayı artıb12:22Bu yolda hərəkət qismən məhdudlaşdırılır12:18Planetdə daha bir konflikt həllini tapır...12:16Lukaşenko və Nazarbayev izahat verməlidir-Erməni baş nazir12:12“Şimal axını 2” Avropaya təhdiddir-ABŞ dövlət katibi12:06Xarici İşlər Naziri BƏƏ-yə gedib12:04Bakıda beynəlxalq konfrans başlayıb12:02Ingilis baş nazir iki yeni nazir təyin etdi11:57Abel Məhərrəmov rektorluqdan azad edildi16:35Azərbaycanda təsdiqlənən cərimələrin yeni məbləğləri10:54Paytaxtdakı bu vulkanlar təhlükə mənbəyidir10:53Paytaxtın bu ərazisində su olmayacaq10:52Dünya birjalarında neftin qiyməti ucuzlaşıb10:42“AzerGold” qızıl hasilatını artırıb10:39Azərbaycan qazını nəql edəcək borunun istismarı üzrə birgə müəssisə yaradılacaq10:37AZN məzənnələri açıqlanıb10:33Azərbaycan neftinin qiyməti ucuzlaşıb10:31Ulduz filminin Nazikini bir də indi görün+fotolar10:2930 saniyədə baş ağrısından qurtula bilərsiniz10:27Tanınmış modeldən açıq-saçıq fotolar10:23Türkiyəli aktrisa Almaniyaya getdi10:19İngiltərə premyer liqasında qadın rəhbər10:10Bavariya itki ilə üzləşib10:09Tanınmış tennisçi karyerasını başa vurub10:06Ağ ev iddiaya məhkəmə ilə cavab verib10:05BMT sanksiyalarını ləğv etdi10:00Nazirlər kabineti brexitə razılıq verib09:59İlham Əliyev Mahmud Abbası təbrik edib09:56Libermanın yerinə namizəd açıqlandı09:55“ABŞ-ın müttəfiqiyik, vassalı deyilik”-Fransa prezidentindən Trampa cavab09:53Azərbaycandan Gürcüstana nə qədər adam səfər edib?17:54"OPEC+ neft hasilatını azaltmağı nəzərdə tutur"17:46"Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi əsassızdır"17:42Azərbaycanda sement istehsalı üçün təkər yandırılacaq17:40Avtomobillərin gömrük pulu artırılır17:38ABŞ-da qəribə robot evi açıldı - "Bakirə" robotun qiyməti...17:3215 noyabrda gözlənilən hava şəraiti17:29Mustafa Sandal bu şəxslə sevgili imiş17:28Türkiyəli aktrisa oteldən qovuldu17:25Tanınmış aktrisa bu məqsədlə saçını kəsdirib17:24Azərbaycan - Farer adaları matçının hakimləri açıqlanıb17:20Milli komanda AÇ-yə məğlubiyyətlə başladı17:11Özil bu məbləğdən imtina etdi17:07