Hava
booked.net
InvestAZ
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
07 iyl 11:32Cəmiyyət

Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar - FOTO

Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar - FOTO


İyulun 2-nə keçən gecə, saat 2.30-da Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində bıçaqlanma hadisəsi baş verib.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İlqar İsmayılov 4 nəfərin hücumuna məruz qalıb.

Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alan İlqarın atasının iddiasına görə, oğlunu vuran şəxslərin kimliyi məlum olsa da, hələ də həmin şəxslər polis tərəfindən saxlanılmayıb.

İlqar hadisəni belə nəql edib: "Lökbatanda yaşadığım üçün orada məni çoxu tanıyır. Çox müştərilərim olur. Gündüzlər müştəri olmadığı üçün daha çox gecələr işləyirəm. Bəzi müştərilərimlə münasibət səmimi ola bilir. Bir qadın var, ailəlidir, iki övladı da var. Bu qadının uşaqlarını bir neçə dəfə həkimə aparmışam.

Qaynı ilə münasibətim var, toylarında da olmuşam. İyulun 1-i gecə qadın zəng edib xahiş etdi ki, uşağı üçün qızdırma dərmanı alım. Alıb apardım, qapıdan qadına dərmanı verib, pulu götürəndə arxadan bir neçə nəfər vuraraq məni içəri saldı. Blok qaranlıq olduğu üçün mən orada heç kimi görməmişdim. Məni evə salan kimi bıçaqlamağa başladılar. Əllərim qan içində idi, üzümü çevirəndə üzümdən də vurdular. Qarşımdakıları vurub, əllərindən çıxıb qaçmaq istəyəndə, bir qadın qarşımı kəsib qaçmağıma mane oldu, oğlu da gəlib arxadan tutdu məni. Birtəhər əllərindən çıxıb, özümü pəncərədən çölə atdım".

Dediyinə görə, onu vuranlar qadının uzaq qohumları olub: "Mənə elə gəlir ki, qadının bu adamlarla nəsə problemi var, onu şərləmək istəyirlər, bu səbəbdən də arada mən qaldım. Mənim o qadınla heç bir münasibətim olmayıb. Mən orada da dedim ki, qadını şərləməyin, aramızda heç nə yoxdur".

İş hazırda Qaradağ Rayon Polis İdarəsinin 10 saylı Polis bölməsindədir. Aradan 5-6 gün keçməsinə baxmayaraq, polis hələ də cinayətkarları tuta bilməyib.

İlqarın anası Fəridə İsmayılovanın sözlərinə görə, iyulun 2-də İlqarı vuran şəxslərin qohumları onların evinə gəliblər: "4 qadın və bir kişi gəlmişdi. Bizi hədələdilər. Dedilər ki, şikayətinizi geri götürməsəniz, İlqarın başını kəsəcəklər. Bizə hədə-qorxu gəldilər. Hətta oğlan üstümə cumdu. Dedim, 102-yə zəng edəcəyəm, qadınlar oğlanı evdən çıxardılar".

Fəridə İsmayılova deyir ki, uzun illərdir oğlu taksi fəaliyyəti ilə məşğuldur və bu hadisə olana qədər heç vaxt müştəriləri ilə problem yaşamayıb. Bu hadisə isə qadının gözünü əməllicə qorxudub: "Qızla da danışdım. Dedi ki, onu da incidirlər ki, izahatında İlqarın evə oğru kimi gəldiyini yazsın. Amma qadın izahatında İlqarın günahsız olduğunu bildirib. İndi qadın deyir ki, hadisədən sonra həyat yoldaşından da bir xəbər ala bilmir. İlqarı vuranlar istəyirmiş ki, hadisəni qadının yoldaşı boynuna götürsün, o da imtina edib. O qadın da cavan gəlindi, 24 yaşı var, iki uşağı var. Hər şey də uşaqların gözü qarşısında baş verib. 3 yaşlı uşaq belə bir hadisəyə şahid olub".

İlqar deyir ki, onu vuranları tanıyır: "Onları təkcə mən yox, bütün Lökbatan tanıyır. Zaur, Astan və Atəş məni bıçaqlayırdı, adı Tacirə olan qadın isə məni tutmağa çalışırdı ki, qaçmayım. Deyirdim, "məni qan aparır, qoy gedim, amma buraxmırdı ki, öldürə bilsinlər".

İlqarın sözlərinə görə, 10 saylı Polis Bölməsinin təqdiqatçısı reanimasiyadan çıxan kimi ondan izahat alıb. Lakin onu bu hala salanlar hələ də azadlıqda gəzirlər.

Xebermen.info
SON XƏBƏRLƏR
Kevin De Bruyne ilə yeni müqavilə bağlanılır17:48Əli Əhmədov:"Güman edirəm ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və agentlik artıq fəaliyyətini birbaşa icra etməyə başlayacaq”.17:40Ölkədə taxıl istehsalı azalıb17:36Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlanıb17:34Yanvarın 22-də Mərkəzi Bank tərəfindən növbəti depozit hərracı keçiriləcək17:29Neftçalada maşın istehsalı mart ayından başlayacaq17:21Azərbaycan at əti ixrac edəcək17:19Neftimizin qiyməti ucuzlaşıb17:15Alişanın toyu bu tarixdə olacaq16:47Beren Saat hamilə imiş+video16:45Emomali Rahmon bu naziri işdən çıxartdı16:40Meksikada 6,3 bal gücündə zəlzələ olub16:38Şeyx intihar edəcəyini bildirib16:37Bu kokteyl xolestirini 1 ayda yox edir16:35Azərbaycanın nümayəndə heyəti yenilənmiş tərkiblə AŞPA-ya gedir16:21Şəhidlər Xiyabanında böyük izdiham16:12“Prezident seçkilərinə hazırlıq başlayıb” - Məzahir Pənahov16:08Fevral ayında Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək16:05Xalq Artistindən NAZ-a sərt reaksiya15:18Bazar gününə olan hava məlumatı15:16"Alanda başqasından hamilə olduğunu bilmirdim"15:11Balaca qızcığazdan ürək dağlayan sözlər-Pulu nənəmə verirəm+video12:21134 saylı marşrutun hərəkət istiqaməti dəyişdirildi12:16Mövqelərimiz erməni silahlı birləşmələri tərəfindən snayper tüfənglərindən atəşə tutuldu12:13"Bu il Azərbaycanda neft hasilatı azalacaq"-OPEC12:01Ölkədə şəkər çuğunduru istehsalı 22% artıb11:59Azərbaycan neftinin qiymətindən nə xəbər?11:58ABŞ-da neft hasilatı artıb11:56Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir11:53Bu gün hava belə olacaq11:51Təyarədə evlənən cütlüyü siz də tanıyın+video11:48Azərbaycanlı bəstəkarın 80 illik yubileyi keçiriləcək11:45Serenay bir müddətli Türkiyəni tərk edir11:30Məşhur model paylaşdığı hər fotoya görə bu qədər pul qazanırmış+fotolar11:25Azərbaycan millisi FİFA reytinqində geriləyib11:15Barselona Pike ilə müqavilənin müddətini uzadıb11:13Barselona bu futbolçu ilə yeni müqavilə imzalayıb11:12Trampdan Meksika barədə təəccübləndirən fikirlər11:07İsrail üzr istədi-baxın nəyə görə11:05Peruda güclü zəlzələ baş verib11:04Həmsədrlər fevralda regiona səfər edəcəklər11:03Rusiya hərbi texnikalarını Çinə göndərməyə başladı11:01ABŞ-dan Türkiyəyə çağırış11:00NAZ istehsalı bərpa edə bilmir11:22“Azərreyl” komandası almaniyalı oyunçu ilə vidalaşdı11:20Premyer Liqa klubundan növbəti transfer11:17Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək11:15Dünyanın ən gözəl TIR sürücüsü görün harda yaşayır+fotolar11:1318 yanvarda gözlənilən hava şəraiti11:08Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:052017-ci il ərzində ölkədə ictimai iaşə dövriyyəsi 3%-dən çox artıb11:03Britni Spirs özündən 12 yaş kiçik iranlıya ərə gedir+fotolar10:58Tanınmış aktrisa sinəsini kiçildir +fotolar10:52Tanınmış cütlüyün qızından açıq-saçıq fotosessiya10:50İmişli rayonunda 37 yaşlı kişi evində ölü tapılıb10:35Türkiyədə zəlzələ baş verib10:34İranda yenidən zəlzələ olub10:30