XEBERMEN.info
 Valyuta məzənnəsi

İranda təyyarə qəzası ilə bağlı həbslər başladı

Tarix:14-01-2020, 12:47

İranda təyyarə qəzası ilə bağlı həbslər başladı

İranda Ukrayna təyyarəsinin qəzaya düşməsi ilə əlaqəli ilk şəxslər həbs edilib.

Xebermen.info-nun qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə “Röyters” İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Esmailə istinadən məlumat yayıb.

Həbs olunan İran hərbçilərinin sayı, eləcə də hadisə ilə bağlı digər təfərrüatlar verilmir.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Oxunub: 30



XƏBƏR LENTİ