XEBERMEN.info
 Valyuta məzənnəsi

25 dekabrda gözlənilən hava şəraiti

Tarix:25-12-2019, 11:10

25 dekabrda gözlənilən hava şəraiti

Xebermen.info-nun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə dekabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 25-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 25-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Oxunub: 83



XƏBƏR LENTİ