Hava
booked.net
InvestAZ
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
09 yan 10:51İdman

Millinin baş məşqçisi postuna namizədlər+siyahı

Millinin baş məşqçisi postuna namizədlər+siyahı

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. Federasiya ilə danışıqlar aparan bir çox mütəxəssislər təklifi geri çevirirlər. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı şərt qoyan AFFA baş məşqçilərdən "yox" cavabını alır. Azərbaycan millisində uğur qazanmaq potensialı görməyən çalışdırıcılar yığmamızı çalışdırmaqdan imtina edirlər.

Xebermen.info Sportal.az-a istinadən xəbər verir ki, namizədlərdən biri də Vinçenzo Montelladır. 44 yaşlı mütəxəssis 2018-ci ildə "Sevilya"dan ayrıldıqdan sonra işsizdir. İtaliyalı mütəxəssis "Katanya", "Fiorentina", "Sampdoriya", "Milan" klublarını da çalışdırıb.



2018-ci ildə "Torino"nu "Sportinq"ə dəyişən Sinişa Mihayloviçin Lissabon klubunda işi 10 günü keçmədi. Yeni prezidentin gəlişindən sonra serbiyalı ilə yollar ayrıldı. Mövsümün əvvəlindən işsiz olan 49 yaşlı mütəxəssisin adı namizədlərin siyahısında yer alıb. Mihayloviç "Bolonya", "Katanya", "Fiorentina", "Sampdoria", "Milan", "Torino" klublarını çalışdırıb. O, 2012-2013-cü illərdə Serbiya yığmasının "sükanı arxası"nda olub.



"Hayduk", PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarını çalışdırmış 40 yaşlı xorvat çalışdırıcı İqor Tüdor da namizədlər siyahısının ön sıralarındadır.



"İnter", "Udineze", "Panatinaikos" klublarını çalışdırmış 42 yaşlı italiyalı Andrea Stramaççioninin son iş yeri Çexiyanın "Sparta" klubu olub. Onun da adı namizədlər arasında hallanıb.



Səudiyyə Ərəbistanının "Əl-Fəhya" klubunun "sükanı arxası"nda olan 65 yaşlı serbiyalı Slavolyub Muslin də AFFA-ya agentlər tərəfdən önərilən məşqçilərdən biridir. 1989-cu ildən məşqçiliklə məşğul olan Slavolyub Muslin müxtəlif ölkələrdə "Bordo", "Lans", "Srvena Zvezda", "Levski", "Metallurq" (Donetsk), "Lokomotiv" (Moskva), "Lokeren", "Dinamo" (Minsk), "Anortosis", "Standard" kimi klubları çalışdırıb. 2016-2017-ci illərdə o, Serbiya yığmasına rəhbərlik edib. Muslin həmin vaxt ölkəsinin komandasını DÇ-2018-in final mərhələsinə daşısa da, vəzifəsindən qovulub.


Mövsümün gedişində Moskva "Spartak"ından ayrılan Massimo Karrera da federasiyanın diqqətində olub. 2014-16-cı illərdə İtaliya yığmasında məşqçilik edən 54 yaşlı mütəxəssisin yığma komanda çalışdırmaqda maraqlı olmadığı söylənilir.


Agentlər tərəfindən təklif edilən Ərtoğrul Sağlamın işsiz günləri davam edir. 2004-cü ildən məşqçiliyə başlayan 49 yaşlı çalışdırıcı "Beşiktaş", "Bursaspor", "Traktor Sazi" kimi klubları çalışdırıb.





Namizədlər arasında daha bir serbiyalı Miroslav Cukiçin adı var. 52 yaşlı mütəxəssisin son iş yeri "Partizan" olub. 2018-ci ildən işsiz olan çalışdırıcı "Real Valyadolid", "Valensiya", "Kordoba" kimi klubların baş məşqçisi olub. Mütəxəssis 2007-2008-ci illərdə Serbiya yığmasını çalışdırıb.



Uzun illər köməkçi-məşqçi işləyən Fran Eskriba 2015-ci ildə "Elçe"nin "sükanı arxası"na keçdi. 53 yaşlı ispan mütəxəssis "Hetafe" və "Vilyarreal" klublarını çalışdırıb. Onun da adı namizədlər arasında hallanıb.



Əldə etdiyimiz məlumata görə, bu baş məşqçilərin çoxu millimizi çalışdırmaqda maraqlı olmayıb və təklifləri geri çeviriblər. Siyahı isə genişdir, AFFA axtarışları davam edir. AÇ-2020-nin seçmə mərhələsinin oyunları isə mart ayında start götürəcək. Çoxlu namizədlərlə danışıqlar aparan AFFA-nın əsas şərti Avropa çempionatına vəsiqə qazanmaqdır. Seçmə mərhələnin başlamasına iki ay qalmış Azərbaycan yığmasında bu uğuru qazanmağın mümkün olmayacağını görən və nüfuzunu itirmək istməyənlər rədd cavabı ilə kifayətlənirlər.
SON XƏBƏRLƏR
Avropa istehlak mərkəzləri üçün presedent rolunu oynayacaq12:08Azərbaycan neftinin qiyməti ucuzlaşıb12:05Pilotun ŞOK SƏS YAZISI ÜZƏ ÇIXDI: "Aman Tanrım, yaxınlaşmayın"12:03İstirahət günlərində hava necə olacaq?12:02Maykl Cekson keçəl olub?11:59Beşiktaş qələbə qazandı11:56Qax rayonunda it uşağı dişləyib11:55Ərdoğan bu ölkəyə səfər edəcək11:54İlham Əliyev Zelenskiyə məktub göndərdi11:52Yarım il ərzində Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub15:57Azərbaycan neftinin qiyməti ucuzlaşıb15:55"Avropanın sənaye fondu yaradılacaq"15:53İqtisadiyyatımızın 5-də 1-i qədər xaricə borcumuz var15:51“Titanik”in parçaları sürətlə yoxa çıxır15:4924 avqustda gözlənilən hava şəraiti15:45Yubileyi görə açıq-saçıq fotosessiya etdirdi15:43Hülya Avşarın qızından bikinili poz+fotolar15:41Azarkeşlər istədi, istefaya getdi15:38Keçmiş futbolçu vəfat etdi15:37Bərdə rayonunda kanaldan kişi meyiti tapıldı15:35Bakı-Sabunçu qatarından istifadə edənlərin nəzərinə..15:34Türkiyədə balıqçılar nəhəng köpəkbalığı tutdular15:33İran “Oskar”a namizəd filmi təqdim etdi15:29Sara bu televiziyada işə başladı15:27Tofiq Yaqubluya rəsmi xəbərdarlıq edildi15:25XİN-dən Dağlıq Qarabağdakı qondarma seçkilərlə bağlı açıqlama15:23Dəniz kənarı “Bağ evi” təcili satılır09:38Bu rayonda 3 ildə 2 min hektardan çox yeni fındıq bağları salınıb14:27Azərbaycan neftinin qiyməti ucuzlaşıb14:24Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb14:23ABŞ prezidenti:Çin ilə müqavilə bağlamağa hazır deyiləm14:22İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə-İnanmayacaqsınız+fotolar12:5721 avqustda gözlənilən hava şəraiti12:55Ona "fahişə" deyən gənci polisə verdi12:51Adriana Limadan sonra Simge ilə sevgili oldu12:49Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulur12:42Baş məşqçi 20 illik parikini çıxardı12:40Bakı və Gəncənin bir hissəsində qaz yoxdur12:37Quba rayonunda meşə yanğını söndürülüb12:35Uruqvay Prezidentində ağciyər xərçəngi aşkarlandı12:33Türkiyədə zəlzələ baş verib12:31Sudan tarixində bir ilk..12:29Merkel və Ərdoğan telefonla danışıblar12:27Əhalinin gəlirləri 6,6%, qiymətlər 2,7% artıb12:38Azərbaycan neftinin qiymətindən nə xəbər?12:37Ölkədə 5,6 min iş yeri bağlanıb12:36Türkiyədə quru çayın qiyməti artırılıb12:346 ayaqlı doğuldu12:27Belladan ayrılaraq Emili ilə sevgili oldu12:24“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı12:23“Fənərbağça” mövsümə darmadağınla başladı12:22“Mən o adamları azarkeş adlandırmazdım” - Petrov12:2013 yaşlı uşaq zəhərləndi12:12Yardımlı rayonunda meşə zolağı yanıb12:11Suriyada xəstəxana partladılıb12:10Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı12:09Ukrayna prezidenti qubernatoru işdən çıxardı12:08