XEBERMEN.info
 Valyuta məzənnəsi

Milli komanda Bolqarıstana məğlub oldu

Tarix:10-01-2020, 11:09

Milli komanda Bolqarıstana məğlub oldu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxıb.

Xebermen.info qafqazinfo-ya istinadən xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub. Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan - 3:1 (25:23, 25:19, 21:25, 25:21)

Apeldorn (Niderland), "Omnisport" salonu

Oxunub: 33



XƏBƏR LENTİ