11 okt 12:00İdman

Alesio da Silva: Heç bir rəqibdən ehtiyatlanmıram

Alesio da Silva: Heç bir rəqibdən ehtiyatlanmıram

UEFA kubokunun əsas mərhələsində bu gün ilk oyununu keçirəcək “Araz”ın baş məşqçisi Alesio da Silva AFF-nin rəsmi feysbuk səhifəsinə müsahibə verib. Xebermen.info saytının məlumatına görə, təcrübəli mütəxəssis bir çox məqama toxunub.

- Komandanın son durumu ilə bağlı hansı məqamları qeyd edərdiniz?
- “Araz”ın bu turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm. Çünki heyətimizdə bir zədəli və bir yeni futzalçı var. Ümumi götürdükdə, komanda oyunlara təxminən 90 faiz hazırdı.

- Yüksək Liqada keçirdiyiniz 2 matçda komanda heç də istənilən səviyyədə çıxış etmədi. Bunun səbəbini nədə görürsünüz?
- Düzdü, istədiyim oyunu hələ nümayiş etdirə bilmirik. Amma EKOL-la zəif çıxış etdiyimizi deməzdim. Əksinə, yaxşı oynadıq. “Yasamal”la görüşə gəldikdə, uşaqlar bir qədər ehtiyatlı davranırdılar. Əksəriyyəti UEFA kubokundakı oyunları düşünərək, zədələnməkdən qorxurdular. Həm də bütün rəqiblər bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparırlar. İstəyirlər ki, “Araz”la oyunlarda özlərini yaxşı tərəfdən göstərsinlər.

- Yeni gələn futzalçılar komandaya tam uyğunlaşa biliblər?
- Üç futzalçı dəvət etmişdik. Sonuncu gələn Maykondu, yaxşı futzalçıdı, amma uyğunlaşması üçün vaxt lazımdı. Bir müddət idi oyunlarını izləyirdik və razı qaldığım üçün komandaya götürdük.

- Rəqiblər haqda nə düşünürsüz?
- Asan qrupda yer almamışıq, əksinə, güclü komandalarla qarşılaşacağıq. İlk oyunda “Mostar”la üz-üzə gələcəyik ki, bu komandanın heyətinin 70-80 faizini Bosniya və Herseqovina millisinin üzvləri təşkil edir. Ondan başqa, 3 braziliyalı futzalçı dəvət ediblər, baş məşqçiləri də həmyerlimdi. Bir sözlə, zəif komanda deyillər. İkinci oyundakı rəqibimiz Malta təmsilçisidi, amma heyətlərində tək-tük yerli futzalçı var. Komandanın özəyini xorvatiyalı futzalçılar təşkil edir ki, onlardan da biri Xorvatiya millisinin üzvüdü. Braziliyalı oyunçuları da var. Qapıda isə Norveç millisinin qolkiperi dayanır. Qrupdakı son rəqibimiz olan “Deva” isə Rumıniya millisinin üzvlərindən qurulub, yığmanın bazasıdı. Kifayət qədər təcrübəli futzalçıları var. Baş məşqçiləri ispandı. O da düşərgəyə 2 braziliyalı futzalçı dəvət edib. Yeri gəlmişkən, Rumıniya millisi də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

- Daha çox hansı rəqibdən ehtiyatlanırsınız?
- Açığı, heç bir rəqibdən ehtiyatlanmıram. Qrupun favoriti olduğumuzu da demək istəməzdim. Ancaq elit-raunda qrup qalibi kimi yüksəlməliyik. Çünki reytinqimiz, avrokuboklardakı təcrübəmiz bizi buna məcbur edir. Konkret hansısa rəqibi fərqləndirməli olsam, “Deva”nın adını çəkərdim. Üstəlik, onlar meydan sahibidi.

- Səfərə az vaxt qalmış Emin Kürdovu heyətə dəvət etməyiniz hansı zərurətdən yarandı?
- Anar Məmmədov bizim ikinci qapıçıdı. Sadəcə, qapıçıların məşqini izləyən zaman Anarın zədəsinin olduğunu və tam gücü ilə məşq edə bilmədiyini gördüm. Bundan ehtiyatlandım, fikirləşdim ki, birdən Rövşən qırmızı vərəqə alar və ya zədələnər, Anar isə bu vəziyyətdə onu əvəz edə bilməz. Ona görə də, Emin Kürdovu komandaya dəvət etdim.

Apasport.az
SON XƏBƏRLƏR
Buddanın heykəlinin içindən görün nə çıxdı? — elm dünyası çaşqınlıq içində+video13:40Çoxlu viaqra qəbul etsəniz nə baş verər? - Alim rəyi12:30Bu günə gözlənilən hava şəraiti12:25Azərbaycan nefti bu qiymətə satılır12:15Bakıda portağalın qiyməti qalxıb12:13Azərbaycanda pambıq emalının 400 min tona çatdırılacağı nəzərdə tutulur12:11Mərkəzi Bank əldə etdiyi mənfəətdən büdcəyə pul köçürüb12:07Neft Fondu büdcə proqnozuna tam əməl etməyib12:02Çin iqtisadiyatı 6.8% artıb11:58AZN məzənnələri açıqlandı11:50Hazal Kaya romantik ismarıc göndərdi11:32Xatun əlini çəkdi, amma şouda qaldı - "Maşın"da qanunsuzluq11:26Fələstinli model hamamda videousunu paylaşdı+video11:21Rəşad Sadıqov: Madriddəki oyuna getməyəcəm11:16Diqeo Simeone sualdan yayındı - “Şərh etmək istəmirəm”11:11Messi Ronaldodan sonra ikinci oldu11:07Veneseulada hərbi bazanın anbarında partlayış baş verib11:04Rusiya Bərzani ilə razılaşdı11:03Terroçuların yeni “11 sentyabr”a hazırlaşdığı bildirilir11:01Yol polisi olmaq istəyənlər oxusunlar10:58Şəkidə bələdiyyə binası yanıb10:56Azərbaycanda ilantutma biznesi təklif olunur10:49Azərbaycanda məmur 3 min manat cərimə edilib10:47Bakı polisindən mitinq xəbərdarlığı - “Qarşısı alınacaq!”10:45Berdiməhəmmədov İlham Əliyevi təbrik edib10:43Dolların sabaha olan məzənnəsi açıqlanıb17:33Sürücülərin nəzərinə: Bunu etsəz cərimələnəcəksiniz!17:12Olimpiya çempionundan şok etiraf: "Yarışa gedəndə məni zorladı"13:23feyxoa bu il azdır11:58Şabalıdın qiyməti kifayət qədər bahadır11:50Heç bir xərc çəkməyib, birini 20-50 qəpiyə satır11:4718 oktyabrda gözlənilən hava şəraiti11:45Azərbaycanın mövqeyi dəyişmədi-UEFA reytinqi11:43Millimiz Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb11:41Robert Prosineçki bu gün millimizdən ayrılır11:36Fövqəladə vəziyyət haqqında qərar daha 3 ay müddətinə uzadılıb11:33Kommunist Partiyasının 19-cu qurultayı keçirilir11:32İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib11:30Yohannes Han: “Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”11:28İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib11:27Məşhur model belə dincəlir+fotolar11:26Məşhur model dərgi üçün soyundu + fotolar11:19Aktrisanın cazibədar fotoları ağılları başdan aldı+fotolar11:17Brent markalı neftin qiyməti 58 dolları ötdü11:12Manatla qoyulan əmanətlərin həcmində artım var11:11Neft bahalaşıb11:09Sürücülərin diqqətinə!11:08“Türkiyə ilə münasibətlərimiz mürəkkəbdir” - ABŞ XİN sözçüsü11:07İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb?+ video10:58Azərbaycanda xanım maşın nömrəsindəki bir hərfə görə ərindən boşandı10:55Ronaldo ilə vaxt keçirmək pulludur10:36Azərbaycanda evli kişi başqa qadını qaçırıb10:32Əli Qənbərli:"Rusiyanın əməlləri ilə dedikləri bir-birini tamamlamır"18:11Dolların sabaha olan məzənnəsi açıqlanıb18:03Ukrayna Prezidenti deputat toxunulmazlığının ləğvini istəyib13:42Azərbaycanın xaricdəki ticarət nümayəndələri səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar13:38Sarkisyan: “Cəbhədə gərginliyin daha da azaldılması ilə bağlı anlaşdıq”13:35