Hava
booked.net
InvestAZ
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
08 sen 13:13İdman

Elxan Məmmədov: Mən bunu Kosovodan gözləmirdim

Elxan Məmmədov: Mən bunu Kosovodan gözləmirdim

Millətlər Liqasında komandamız hər oyuna qələbə üçün çıxır. Lakin bu oyunun ilk dəqiqələrində də gördük ki, rəqib 1 yox, 3 xal qazanmaq istəyir. Onlar da qələbə qazanmaq barədə düşünürdülər. Çətin oyun idi. Qrupumuzda rəqibləri müqayisə etsək, Kosovo sürpriz komandadır. Yeni federasiyaları var. İki ildir ki, təsis olunub. UEFA və FİFA-ya üzv qəbul olunub. Amma ona baxmayaraq, futbolçuları tanınmış liqalarda çıxış edir. Əksəriyyəti əsas heyətlərdə oynayır. Milli komandalara cəlb olunublar. Ötən seçmə mərhələ onlar üçün başlanğıc olub. Bu, Kosovo üçün ikinci sınaqdır. Mən həmin komandanın buraya üç xal üçün gələcəyini gözləmirdim. Birinci hissədə bəzi epizodlarda pressinq etməyə başladılar. Buna baxmayaq, komandamız ikinci hissədə topa nəzarət etməyi bacardı. İlk xalımızı qazandıq. Millətlər Liqasının qrup mərhələsi qısa bir turnirdir. 3 ay ərzində 6 oyun keçirilməlidir. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Unutmayaq ki, 3 gün sonra növbəti oyunumuzu keçirəcəyik. Baş məşqçi də komandanı Malta ilə səfər oyununa hazırlayacaq.

Xebermen.info report-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçı barədə danışarkən deyib.

Federasiya rəsmisi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Rəqib komandanın kapitanı Samir Uykani jurnalistlərə açıqlamasında meydanın vəziyyətinin yaxşı olmadığını vurğuladı. O, ot örtüyünün rəngləndiyini dedi. Avropa Liqasının finalının keçiriləcəyi stadion niyə bu vəziyyətdədir?

- Dünən UEFA nümayəndəsi də stadiona baxış keçirib. Heç bir mənfi rəyi olmayıb. Əsas UEFA nümayəndəsinin rəyidir. Meydanda əvvəlki aylarda bəzi problemlər olub. Amma o aradan qaldırılıb. Nümayəndə ciddi bir problem aşkarlamayıb.

Özünüz ot örtüyünə yaxından baxmısınız?

- Bəli. Yaxından baxmışam. Meydana 5 qiymətini vermərik. Az qiymət verərdik. Daha yaxşı ola bilərdi. Yay mövsümündən çıxmışıqsa, stadion düzəlməlidir. Stadiona baxan şəxslər bunun üçün məsuliyyət daşıyır. Biz istəyirik ki, stadion 5 qiymətini alsın.

Adətən vacib oyunları AFFA prezidenti Rövnəq Abdullayev də stadiondan izləyirdi. Bu gün isə onu görmədik...

- Rövnəq müəllim bu gün oyunda idi. Oyunu stadiondan izlədi. İcraiyyə Komitəsinin bəzi üzvləri də gəlmişdi. Fürsətdən istifadə edib, bu gün stadiona gələn azarkeşlərə çox sağ olun demək istərdim. Qeyd eləmək istərdim ki, əsas Azərbaycan millisinə dəstək göstərməkdir. Bu dəstəyə ehtiyacımız var.

Malta və Farer adaları ilə ev oyununun yerini Tofiq Bəhramov adına Respublika Stadionuna dəyişmək mümkündürmü?

- Millətlər Liqasının qaydalarına əsasən, UEFA bir stadiona üstünlük verir. Biz də eyni stadionda oynayacağıq. Dəyişmək istərdik. BOS-da böyük oyunlar olacaq. Avropa çempionatına da hazırlıqlar başlayıb. Stadionu hər zaman sınaqdan keçirmək lazımdır. Azərkeş dəstəyi rəqibə görə yox, öz millimizə görə olmalıdır.
SON XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə ” Organic food” festivalı keçirildi+video11:13Bakıdan Misirin turizm şəhərinə birbaşa aviareys açıldı10:53Beynəlxalq təşkilat Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək10:50Azərbaycan Mərkəzi Bankı 2019-un 5-ci faiz qərarını açıqlayacaq10:47Azərbaycan nefti həftə ərzində 2% ucuzlaşıb10:43Qadın şamdanla evləndi10:4122 iyulda gözlənilən hava şəraiti10:40Alla Puqaçova bu qiymətə ev aldı10:38Çimərlikdə çılpaq görüntüləndi10:37İDMAN "Tottenhem"dən Eriksenə yeni müqavilə - həftəlik 200 min avro10:33Harri Keyndən “Yuventus”a inanılmaz qol10:32Qusarda 22 yaşlı gənc süni göldə batdı10:29Mingəçevir su anbarında batan var10:16İranda zəlzələ baş verib10:14Ukraynada seçki başa çatdı - “Exit-poll”un nəticələri10:13İlham Əliyev Kosyançiçi qəbul edib10:12İlham Əliyev Əlahəzrət Filipə təbrik məktubu göndərib10:10Azərbaycan Gürcüstandan 9 minə yaxın avtomobil alıb11:03Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlanıb11:013500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...11:0020 iyulda gözlənilən hava şəraiti10:58Van Damm Türkiyədə dincəlir10:56Afrikanın ən güclüsü onlar oldu10:54Dövlət qoruğunda yanğın baş verib10:51Saakaşvili Zelenskinin xeyrinə seçkilərdən imtina etdi10:50Türkiyə prezidenti İlham Əliyevə zəng etdi10:48Siyəzən rayonunda da badam bağları salınıb10:34Bu il bol olan Xaçmaz pomidoru ilə qiymətlərin düşəcəyi gözlənilir10:31AZN məzənnələri açıqlanıb10:29Azərbaycan nefti ucuzlaşmaqda davam edir10:28Alimlərdən insanlara çağırış: qarışqa, cırcırama yeyin10:2719 iyulda gözlənilən hava şəraiti10:25Ledi Qaqa geyimi ilə diqqət çəkdi+fotolar10:24Serenayın fotosunu 15 dəqiqəyə 100 min adam bəyəndi10:20Hazard bu türk klubunun formasını geyinəcək10:15İlin ən dəbli idmançısı+fotolar10:12Dənizdə zəlzələ qeydə alınıb10:10Gənc oğlan dənizdə batdı10:09ABŞ İrana məxsus PUA-nı vurdu10:07Gülnarə Kərimova həbsxanadan çıxarıldı10:06Əli Həsənovdan Keşikçidağ açıqlaması10:02Prezidentdən Şarl Mişelə təbrik edib09:55Azərbaycanda bu məhsulların istehsalı azalıb11:53SOCAR hasilatını sabit saxlayıb11:51AZN məzənnələri açıqlanıb11:50Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:4918 iyulda gözlənilən hava şəraiti11:43Türkiyəli aktyor tarixi filmdə özünü canlandıracaq11:41Ledi Qaqa və Bredli Kuper artıq eyni evdə yaşayır11:40“Beşiktaş”dan ikinci transfer11:37Futbolçu məşq zamanı öldü11:36Ölkədə onkoloji xəstələri müəyyən edən metod hazırlanıb11:354 kənddə qaz olmayacaq11:33Rusiyada gizli silah emalatxanaları aşkarlandı11:32Ukrayna prezidenti Rusiya ilə dialoqun əsas şərtini açıqladı11:30Türkiyə prezidentindən Ərbil paylaşımı11:28Gürcüstan Daxili İşlər naziri Baş Prokurorluqda dindirildi11:27