Hava
booked.net
InvestAZ
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
30 apr 12:26İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub

Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub

Xebermen.info-nun verdiyi məlumata görə Mərkəzi Bank 2018-ci ili 60 milyon 316 min manat zərərlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 3 milyard 513 milyon manat mənfəətlə çıxmışdı. Bunun səbəbi Neft Fondundan 3 milyard 949 milyon manat transfertlər olmuşdu.



Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 milyard 68 milyon 979 min manat təşkil edib.



Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.



AMB-nin aktivlərinin 16 milyard 337 milyon 898 min manatını borc qiymətli kağızları (1 il bundan əvvəl olmayıb), 4 milyard 894 milyon 585 min manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 9,2% az), 361 milyon 778 min manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (2,4% az), 310 milyon 867 min. manatını isə banklara verilmiş kreditlər (22,45% az) təşkil edib.



2018-ci ildə AMB-nin cəmi öhdəlikləri 2,8% azalaraq 17 milyard 611 milyon 517 min manat, o cümlədən dövriyyədə olan əsklinaslar və sikkələr 2,75% artaraq 8 milyard 364 milyon 129 min manat, rezident bankların qısamüddətli depozitləri 23% azalaraq 3 milyard 378 milyon 509 min manat, kredit təşkilatları qarşısında öhdəliklər 36,8% artaraq 2 milyard 832 milyon 777 milyon manat, hökumət idarələri qarşısında öhdəliklər 5,7% artaraq 1 milyard 61 milyon 684 min manat, buraxılmış borc qiytmətli kağızlar isə 9,2% artaraq 1 milyard 5 milyon 552 min manat, qurumun cəmi kapitalı isə 1,2% azalaraq 4 milyard 45 milyon 462 min. manat olub.



Ötən il AMB-nin faiz gəlirləri 201 milyon 228 min manat (əvvəlki ilə nisbətən 26,5% çox), faiz xərcləri 301 milyon 45 min manat (6,7% çox), haqq və komissiya gəlirləri 16 milyon 378 min manat (15,9% çox), haqq və komissiya xərcləri 4 milyon 765 min manat (23,1% çox), restrukturizasiya edilmiş kreditlərin ədalətli dəyərdə tanınması üzrə zərəri 3 milyon 8 min manat (89,7% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 2 milyon 729 min manat (əvvəlki il gəlir olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 47 milyon 370 min manat (əvvəlki il olmayıb), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23 milyon 492 min manat (əvvəlki il zərər olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 11 milyon 394 min manat (əvvəlki il olmayıb), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 52 milyon 334 min manat (74,35% az), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 153 min manat (əvvəlki il olmayıb), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1 milyon 50 min manat (73,7% az), sair əməliyyat gəliri 8 milyon 641 min manat (3,5 dəfə çox), dəyərsizləşmə üzrə gəliri 60 milyon 47 min manat (əvvəlki il xərc olub), inzibati və sair əməliyyat xərcləri isə 66 milyon 110 min manat (2,4% çox) təşkil edib. Son nəticədə qurum 2018-ci ili 60 milyon 316 min manat zərərlə başa vurub. Halbuki, AMB 2017-ci ildən 3 milyard 513 milyon 453 min manat mənfəətlə çıxmışdı.
SON XƏBƏRLƏR
Qarabağa tarixi baxış adlı layihə icra edilir09:51AZN məzənnələri açıqlanıb12:08Azərbaycan neftinin qiymətindən nə xəbər?12:04Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ay ərzində 60 mini keçib12:03"Apple"ın gəlirləri azalıb12:01Mart ayında pomidor ixracı azalıb12:001 mayda gözlənilən hava şəraiti11:52Beyons Mövlana haqda film çəkəcək11:49Gələn il keçiriləcək "Oskar"ın vaxtı açıqlandı11:47Xalq artisti dünyasını dəyişib11:46Ayaks qələbə qazandı11:37“Messi oynamasa, şanslar bərabərləşər” - Poçettino11:35Ölən futbolçunun forması əbədiləşdirildi11:24Bu yolda xətlənmə işi gedir11:22Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir11:21Yaponiyada yeni imperator taxta çıxdı11:19Venesuelada baş verən toqquşmalarda 5 hərbçi yaralanıb11:05ABŞ-da universitetə silahlı hücum olub10:54ABŞ prezidenti Venesuelada baş verənlərdən yazdı10:49İlham Əliyev Corc Kenti qəbul edib10:24“Azəriqaz” insanlara problemlər yaradır” -İlham Əliyev10:21“Bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalıdır” - Emin Eyvazov10:19Türkiyədə 8 terroçu öldürülüb16:58Berluskoni xəstəxanaya yerləşdirildi16:56Zelenski Ukrayna prezidenti elan olundu15:54Prezident Corc Kenti qəbul edib15:47Prezident birinci rübün yekunlarını nazirlərlə müzakirə etdi12:28Azərbaycan neftinin qiymətindən nə xəbər?12:27Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub12:26Dünyanın ən xoşbəxt xalqı bu ölkədə yaşayır12:2130 apreldə gözlənilən hava şəraiti12:19Anasına 3 milyona ev aldı11:24“Qalatasaray” liderlik şansını əldən verdi11:18Bu ərazilərdə işıq olmayacaq11:17Ukraynada nüvə stansiyasında yanğın baş verib11:16“Zelenski Allah deyil ki, onun qarşısında diz çöküm”11:11Azərbaycanla bu ölkə arasında birbaşa mövsümi reyslər gündəmdədir11:55Azərbaycanda yeni model avtomobil istehsal ediləcək11:51"İqtisadi terrora təslim olmadıq, olmayacağıq"11:49Neft Fondu indiyədək neft və qazdan nə qədər gəlir əldə edib?11:47Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə oldu11:45Danimarkada bir ilk – onlardan ordu qurulur11:4429 apreldə gözlənilən hava şəraiti11:42İrem lağa qoyuldu11:33Kurtlar Vadisi ilə tanınan aktrisa nişanlandı11:32Tanınmış aktrisa övladını bu ölkədə dünyaya gətirəcək11:30Tanınmış futbolçu azarkeşə yumruq vurdu11:27Bottasdan qələbə şərhi - “Səhv edə bilməzdim”11:25Türk klubunun futbolçusu öldü11:24Səbaildə yaşayış binasında yanğın baş verib11:17İndoneziyada baş verən torpaq sürüşməsində 12 nəfər ölüb11:16Yeni prezident Türkiyədə kabab bişirdi11:14Almaniyada 50 avtomobilin toqquşması nəticəsində 25 nəfər yaralanıb11:10İlham Əliyev Çində liderlər şərəfinə verilən ziyafətdə iştirak edib11:09Rusiya prezidenti xristianları təbrik etdi11:07İspaniyada sosialistlər qalib gəldi - “Exit-poll” nəticəsi açıqlandı11:05Erməni işğalına qarşı ideoloji təbligat adlı layihə yekunlaşmışdır10:24