Hava
booked.net
InvestAZ
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
13 sen 17:45İqtisadiyyat

Mərkəzi Bank faiz qərarını açıqladı

Mərkəzi Bank faiz qərarını açıqladı

Xebermen.info-nun verdiyi məlumata görə Azərbaycan Respublikası Mərkəzi Bankı 2019-cu ildə 6-cı dəfə faiz endirdi. Bu gün uçot dərəcəsi 0,25 faiz bəndi də azaldılaraq 8.25%-dən 8%-ə endirilib. Mərkəzi Bankın aşağı faiz dərəcəsinin bankların kredit faizlərində də əks olunacağı gözlənilir.



Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir (yuxarı həddi 9,75%, aşağı həddi 6,25%).( Qeyd: əvvəlki iclaslarda faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə uçot dərəcəsinə ±2%-lik diapazonda müəyyən edilirdi.)



İndiyədək faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% idi. Beləliklə, faiz dəhlizinin aşağı həddi 6.25%-də dəyişməz qalıb, yuxarı həddi isə 10.25%-dən 9,75%-ə düşüb.



Mərkəzi Bankın faiz qərarı ilə bağlı açıqlamasında deyilir:



-Faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaqdır.



Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir.



Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcəkdir.



Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcəkdir.



İnflyasiyanın dinamikası. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalmış, rəsmi statistikaya görə avqustda illik inflyasiya 2.4% təşkil etmişdir. İnflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4.7%) ümumi inflyasiya səviyyəsini üstələyir, qeyri-ərzaq (1.2%) və xidmətlər isə (0.1%) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürücülüyü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə həm ümumi inflyasiya, həm də onun komponentləri hədəf diapozonu daxilində formalaşır.



Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik və mövsümi faktorlar inflyasiya proseslərinə stabilləşdirici təsir edir.



Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət gözləntilərində ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunmuşdur.



Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində 2019-cu ilin sonuna inflyasiyanın hədəf intervalında (4±2%) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaqdır.



Monetar şərait. Monetar şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən manatla pul bazası 6.6% artmışdır. Vahid xəzinə hesabı qalığının və Mərkəzi Bankın sterilizasiya portfelinin dəyişimi pul bazaının trayektoriyasını müəyyənləşdirən başlıca amillərdir.



Monetar şəraitin yumuşaldılması pul bazarında formalaşan kredit və depozit faizlərinə azaldıcı təsir göstərməkdədir. Dövlət qiymətli kağızları bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel şəkildə dəyişir.



İqtisadi aktivlik. 2019-cu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2.5% artmışdır. Qeyri-neft sektorunda artım 3% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artmış, ticarətdə azalmış, xidmət və tikinti sektorlarında isə dəyişməz qalmışdır.



İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.



Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dollar) şəraitində xarici ticarət balansı profisitli olmuşdur. İlkin məlumata görə 8 ayda ixrac 5.1%, o cümlədən, qeyri-neft ixracı 15.4% artmış, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11.7% təşkil etmişdir.



Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.



Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5% və ya 4.7 mlrd. dollar artaraq 49.4 mlrd. dollara çatmışdır.



Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5.1%, o cümlədən, ət məhsulları üzrə 10.7%, süd məhsulları üzrə isə 14.4% yüksəlmişdir (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).



Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.



İnflyasiya riskləri. Qısamüddətli proqnoz horizontunda inflyasiyaya təsir göstərəcək başlıca amil məcmu tələbin əsas komponenti olan istehlakın genişlənməsidir. Fiskal stimulların artdığı və istehlak kreditləşməsində aktivləşmə şəraitində istehlakın və idxalın daha əhəmiyyətli genişlənməsi mümkündür. Fiskal genişlənməyə paralel olaraq pul kütləsinin artımı inflyasiya mühitinə təsir göstərən amillərdəndir.



Ortamüddətli dövrə risk amilləri əsasən xarici sektordan gələ bilər. Qlobal ticarət və valyuta sferasında olan gərginliklərin davam etməsi qlobal iqtisadi aktivliyin zəifləməsi risklərini yüksəldir. Bu şəraitdə son aylar neftin dünya qiyməti üzrə dəyişkənlik diapazonu genişlənmişdir.



Bu qərar 13 sentyabr 2019-cu ildən qüvvəyə minir.


Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il oktyabr ayının 25-də ictimaiyyətə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcəkdir.
SON XƏBƏRLƏR
Azərbaycan bu ölkədə Ticarət Evlərinin sayını artırır12:45AZN məzənnələri açıqlanıb12:44Dolların ucuzlaşması və qızıla tələbin artması investorların diqqətindədir12:42Çin kreditlər üçün faizi aşağı saldı12:41Yatdığı yerdə milyonlarla dollar qazanır: dünyanın ən qəribə peşəsi+fotolar12:3820 sentyabrda gözlənilən hava şəraiti12:35Türkiyəli aktyor həbs edilə bilər12:33Aktrisanın cəsədi alış-veriş mərkəzinin damında tapıldı12:31Ronaldo “MC Donalds”da ona yemək verən qadını axtarır12:29Rusiyalı gimnast Bakıda qızıl medal qazandı12:27Prezident Ukrayna Korlar Cəmiyyətinin üzvü oldu12:25Ermənistanda zəlzələ baş verib12:24Səfirlik Seymur Həzi və xanımına viza verməkdən imtina etdi12:23Millət vəkili borca görə deputat vəsiqəsini girov qoyub12:21Yelizaveta Truss və Kristofer Pinçerdən İlham Əliyevə təbrik12:11Elmar Məmmədyarov erməni həmkarı ilə Nyu-Yorkda görüşəcək12:01AZN məzənnələri açıqlanıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:12Yaponiya da faiz qərarını açıqladı11:11Fed növbəti faiz qərarını açıqladı11:09Alimlərdən SENSASİON ARAŞDIRMA: ölülər məzarda hərəkət edir və...11:0619 sentyabrda gözlənilən hava şəraiti11:03Ayrılıq xəbərini təsdiqlədi10:55Rihanna əsgər paltarında küçədə gəzdi10:54Bavariya qələbə qazandı10:50“Mənim evim ABŞ-dır” - Şarapova10:49“Restoranlar ağzına qədər doludur...” - İlqar Məmmədov10:48“Onkoloji xəstəliklər üçün ayrılan vəsait artırılmalıdır”10:45ABŞ Rusiyanı böyük təhlükə kimi görür10:44“Avropa Ukraynadan yorulub”10:43Ilham Əliyev Stanislav Zası qəbul edib10:40Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşüb10:38Azərbaycan neftinin qiymətindən nə xəbər?12:31"Brent neftinin qiyməti 75 dolları aşa bilər"12:29Azərbaycanda sement və armatur istehsalı azalıb12:28Valyuta hərracının nəticəsi bəlli oldu12:27Qorxunc həqiqət elm dünyasını SİLKƏLƏDİ: ölülər məzarda...12:2617 sentyabrda gözlənilən hava şəraiti12:24İkinci dəfə ana olmasını hər kəsdən gizlətdi12:08Kıvançdan 5 milyonluq müqavilə12:07Çempionlar Liqası başlayır12:05“Ginnesin rekordlar kitabı”na düşən məşqçi vəfat etdi12:02Canavarlar kəndə hücum çəkərək, qoyunları parçaladılar11:58Paytaxtın iki rayonu qazsız qaldı11:57İran prezidenti ilk dəfə neft zavodlarına hücumdan danışdı11:53İsraildə parlament seçkiləri keçirilir11:52Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu11:51Elmar Məmmədyarov Pietro Parolinlə görüşdü11:47Paytaxtda “İsveçrə Məhsulları” şirkəti fəaliyyət göstərəcək10:27Arıçılıq məhsullarının emalı və qablaşdırılması sexi tikilir10:26AZN məzənnələri açıqlanıb10:24Neftdə dron hücumundan sonra rekord bahalaşma10:22Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşandı?10:2116 sentyabrda gözlənilən hava şəraiti10:20Arka Sokaklar serialının aktyoru hücuma məruz qaldı10:18Tanınmış aktrisanı it dişlədi10:16Real 3 xal qazandı10:13