XEBERMEN.info
 Valyuta məzənnəsi

Azərbaycanın ixracı cüzi artıb, saldo kəskin azalıb

Tarix:14-01-2020, 14:42

Azərbaycanın ixracı cüzi artıb, saldo kəskin azalıb

2019-cu ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 33 milyard 302 milyon 818 min ABŞ dolları təşkil edib.



Xebermen.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.



2018-ci ildə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 30 milyard 923 milyon 602 min ABŞ dolları təşkil etmişdi. 2018-ci illə müqayisədə ticarət əməliyyatlarının 2 milyard dollardan çox artması əsasən idxalın artmasından qaynaqlanır.



2019-cu ilin yanvar-dekabr dövründə idxal 13 milyard 667 milyon 238 min dollar, ixrac 19 milyard 635 milyon 580 min dollar təşkil edib.



Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-dekabr dövründə idxal 11 milyard 464 milyon 970 min dollar, ixrac isə 19 milyard 458 milyon 632 min dollar təşkil etmişdi.



Ötən il saldo 5 milyard 968 milyon 342 min dollar təşkil edib. 2018-ci ildə bu rəqəm 7 milyard 993 milyon 662 min dollar idi.

Oxunub: 26



XƏBƏR LENTİ