Hava
booked.net
InvestAZ
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
22 fev 12:57İqtisadiyyat

Şahin Mustafayevdən Misir şirkətlərinə çağırış

Şahin Mustafayevdən Misir şirkətlərinə çağırış

Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan və Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.



Xebermen.info xəbər verir ki,İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Azərbaycan parkı və parkda fəaliyyət göstərən kitabxana ilə tanış olub, kitabxanaya ölkəmiz haqqında kitab bağışlayıb. Qeyd edək ki, Misirin Qəlubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu qardaşlaşmış rayonlardır.



Sonra Ş. Mustafayev Qəlubiyyə vilayətinin qubernatoru Məhəmməd əl Əşməui ilə görüşüb. Görüşdə Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi diqqətə çatdırılıb, regionlararası əməkdaşlıq məsələləri müzakirə edilib.



Həmin gün Ş. Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Misirin Baş naziri Şərif İsmayıl ilə görüşdə Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. İndiyədək ölkələrimiz arasında 50-ə qədər qarşılıqlı səfərin həyata keçirildiyini qeyd edən Ş. Mustafayev Azərbaycan nümayəndə heyətinin Misirə səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış 50-ə yaxın sənəd iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır.



Ölkələrimizin ticarət, investisiya, enerji, turizm, sosial və s. sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdıran Ş. Mustafayev əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Vurğulanıb ki, ticarət əlaqələri, xüsusilə də Azərbaycan məhsullarının Misirə ixracı genişləndirilə, Misir şirkətləri daşımalar zamanı Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutundan yararlana bilərlər.



Misirin Baş naziri Ş. İsmayıl Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.
SON XƏBƏRLƏR
Ölkədə yumurta istehsalı azalıb13:03ABŞ-da neft qazma qurğularının sayı artıb13:02Əlcəzairin neft şirkəti Nigerdə böyük neft ehtiyatı tapıb13:01Ölkədə sement, kərpic, armatur istehsalı artıb12:59Azərbaycan neftinin qiymətindən nə xəbər?12:58İnstagram depressiyaya səbəb olur?12:50İstirahət günlərində gözlənilən hava proqnozu12:47Tanınmış aktyorun rolu bu səbəbə görə əlindən alındı12:44Ajda Pekkan buna görə əsəbiləşdi..12:40Yayda evlənəcəklər12:33Milli komandamız Ukraynaya məğlub oldu12:32Ronaldo şərablar üçün 31 min avro ödədi12:31Futbolçunun qolu Misir yığmasını liderliyə yüksəltdi12:27Mövqelərimiz atəşə tutuldu12:23Azərbaycan əhalisinin sayı artıb12:22Bu yolda hərəkət qismən məhdudlaşdırılır12:18Planetdə daha bir konflikt həllini tapır...12:16Lukaşenko və Nazarbayev izahat verməlidir-Erməni baş nazir12:12“Şimal axını 2” Avropaya təhdiddir-ABŞ dövlət katibi12:06Xarici İşlər Naziri BƏƏ-yə gedib12:04Bakıda beynəlxalq konfrans başlayıb12:02Ingilis baş nazir iki yeni nazir təyin etdi11:57Abel Məhərrəmov rektorluqdan azad edildi16:35Azərbaycanda təsdiqlənən cərimələrin yeni məbləğləri10:54Paytaxtdakı bu vulkanlar təhlükə mənbəyidir10:53Paytaxtın bu ərazisində su olmayacaq10:52Dünya birjalarında neftin qiyməti ucuzlaşıb10:42“AzerGold” qızıl hasilatını artırıb10:39Azərbaycan qazını nəql edəcək borunun istismarı üzrə birgə müəssisə yaradılacaq10:37AZN məzənnələri açıqlanıb10:33Azərbaycan neftinin qiyməti ucuzlaşıb10:31Ulduz filminin Nazikini bir də indi görün+fotolar10:2930 saniyədə baş ağrısından qurtula bilərsiniz10:27Tanınmış modeldən açıq-saçıq fotolar10:23Türkiyəli aktrisa Almaniyaya getdi10:19İngiltərə premyer liqasında qadın rəhbər10:10Bavariya itki ilə üzləşib10:09Tanınmış tennisçi karyerasını başa vurub10:06Ağ ev iddiaya məhkəmə ilə cavab verib10:05BMT sanksiyalarını ləğv etdi10:00Nazirlər kabineti brexitə razılıq verib09:59İlham Əliyev Mahmud Abbası təbrik edib09:56Libermanın yerinə namizəd açıqlandı09:55“ABŞ-ın müttəfiqiyik, vassalı deyilik”-Fransa prezidentindən Trampa cavab09:53Azərbaycandan Gürcüstana nə qədər adam səfər edib?17:54"OPEC+ neft hasilatını azaltmağı nəzərdə tutur"17:46"Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi əsassızdır"17:42Azərbaycanda sement istehsalı üçün təkər yandırılacaq17:40Avtomobillərin gömrük pulu artırılır17:38ABŞ-da qəribə robot evi açıldı - "Bakirə" robotun qiyməti...17:3215 noyabrda gözlənilən hava şəraiti17:29Mustafa Sandal bu şəxslə sevgili imiş17:28Türkiyəli aktrisa oteldən qovuldu17:25Tanınmış aktrisa bu məqsədlə saçını kəsdirib17:24Azərbaycan - Farer adaları matçının hakimləri açıqlanıb17:20Milli komanda AÇ-yə məğlubiyyətlə başladı17:11Özil bu məbləğdən imtina etdi17:07