Hava
booked.net
InvestAZ
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
07 avq 17:23Maraqlı

Bu məhbuslar mütləq ailəli olmalıdır - Dünyanın ən qəribə həbsxanası

Bu məhbuslar mütləq ailəli olmalıdır - Dünyanın ən qəribə həbsxanası

Bu həbsxananın nə kameraları var, nə də dəmir barmaqlıqları var. Açıq havada yerləşən “zon”un küçələrində balaca uşaqlar qaçışırlar. Axı, burdakı məhbuslar öz ailələri ilə qalırlar. Yaxınlıqdakı şəhərə icazəsiz gedib-gəlirlər. Amma bir şərtlə ki, bu gəzinti gündüz saatlarında olsun.

Cəzasını çəkib qurtarmış məhbuslar buranı tərk etmək istəmir, hətta ağlayırlar. Axı burda yaşamağa öyrəşmişiblər. Söhbət Hindistandakı Sanqaner həbsxanasından gedir.

Filmdən ruhlanaraq

Xebermen.info publika.az-a istinadən bildirir ki, qeyri-adi həbsxana Sanqaner kəndində yerləşir. Yuxarıda qeyd etdiyimiz kimi, burada kameralar yoxdur. Məhbuslar öz ailələri ilə qamış, taxta evlərdə yaşayırlar. Bu evləri ya özləri tikir, ya da cəzası başa çatmış məhbuslardan pulla alırlar. Düşərgədə yeməkxana da yoxdur. Hərə öz yeməyini öz evində bişirir.

Həbsxananın ərazisindən 10 km radiusda kənara çıxmağa məhbuslar üçün qadağa yoxdur. Ancaq bunu səhər 7-dən axşan 6-dək edə bilərlər. Məhbusların qohumlarına isə ümumiyyətlə qadağa yoxdur. Nə vaxt istəsələr düşərgəyə gəlir, nə vaxt istəsələr gedirlər.

Asiyanın açıq tipli bu həbsxanasının əsası 1958-ci ildə qoyulub. Ərazisi 40 min kv.metr olan həbsxanada əsasən ehtiyatsızlıqdan qətl törədən şəxslər cəza şəkir.

Həbsxananın yaranma tarixi də maraqlıdır. 1958-ci ildə ekranlara "Bollivud" istehsalı olan “2 göz və 12 ayaq “ filmi çıxdı. Komediya janrında olan filmdə həbsxana nəzarətçisi məhbusları xeyirxaq işlərlə zorakılığı unutdurmağa, islah etməyə çalışır, onlarla birgə ferma açır. Əvvəl hər şey alınmasa da film yaxşı sonluqla bitir.

Bu film çox adamı ruhlandırır. O cümlədən Racəhastan ştatının qubernatorunu. O, ştatın ərazisində belə bir penitensiar düşərgənin yaradılmasına qərar verir.

1996-cı ilədək düşərgənin ərazisində cəmi 3 ev və bostan işləri ilə məşğul olan 35 məhbus var idi. Eksprement uğursuz hesab edilirdi.

Lakin həmin il həbxanada yeni zabit peyda oldu - Arun Duqar. Həbsxana şefinin müavini təyin olunan bu gənc yenilik etmək qərarına gəldi. O, Mahatma Qandi ideyalarından yararlandı. Yəni, insanı əməklə islah etmək, məhbuslara daha çox azadlıq vermək, fermer təsərrüfatlarını inkişaf etdirmək və sair. Gənc məmurun müxtəlif instansiyalara ayaq döyməsi nəticə verdi, dediklərinə razı oldular. Layihə alınsa, bu işlər hökumətə də sərf edirdi. Çünki, məhbuslar özlərini dolandıracaqdılar və dövlət büdcəsindən onlara bir rupi belə xərclənməyəcəkdi.

Gözləntilər özünü doğrultdu. Hazırda Hindistanda 61 belə həbsxana var. Ancaq məhbuslara ən çox azadlıq elə Sanqanerdə verilib.

Daxili nizamnamə

Düşərgə məhbusları hər gün səhər 6-da və axşam 7-də sıraya düzülürlər. Hər bir məhbusun adı çəkilir. Məhbus düzülüşə gəlməyə bilər, ancaq bu haqda nəzarətçiləri xəbərdar etməlidir. Əks halda, məhbuslar qaçmış sayılırlar.

Nəzarətçilər məhbusları saymaqla yanaşı, onları evinin ətrafında zibillik, natəmizlik və diğər bu kimi şeylərə görə tənbeh edə.bilər. Düşərgədə 450 məhbus var. Hər birini ailəsi, evi, evin də yanında zibil qabı var. Məhbuslar təmizliyə ciddi riayət etməlidirlər.

Məhbus evləri azadlıqdakı kasıbların evlərindən az fərqlənir.

Adətən evin qonaq otağı, televizoru, mətbəxi, balaca anbarı olur. Anbarda bəzisi inək, bəzisi moped saxlayır. Bəzi varlı məhbusların avtomobili olur. Mobil telefon isə hamıda var.

Elektrik enerjisi, su və sair xərclərlə bağlı məsələləri məhbusların seçdiyi ağsaqqallar həll edir. Pulları yığıb onlara verirlər, onlar isə müvafiq təşkilatlarla müqavilə imzalayırlar.

Həbsxanada pulsuz ibtidai məktəb və parça fabriki var. Ən kasıb məhbus belə ayda 1500 rupi qazana bilir.

Çoxları isə boğazından kəsib azadlıqdakı həyatları üçün pul yığır.

Azadlıqdakı həyatdan daha təhlükəsiz

Sanqanerə düşmək elə də asan deyil. Bura məhkəmə zalından birbaşa gətirmirlər. Məhbus cəzasının adətən 3/2 hissəsini adi həbsxanada çəkir. Nümunəvi davranışı ilə seçilən məhbuslar bura gətirilə bilər.

Narkotik alverçiləri, zorakılıq üstündə tutulanlar, psixopatlar, mafiozlar Sanqanerə göndərilmir.

1996-cı ildən bəri həbsxanadan cəmi 3 məhbus qaçıb. Onlardan birini sərxoş tapıblar, biri özü qayıdıb. Biri isə ümumiyyətlə tapılmayıb.

Özünü pis aparan məhbuslar yenidən adi həbsxanaya qaytarılır. Şərtə görə, bura gətirilən məhbuslar mütləq ailəli olmalıdır.

Məhbusların uşaqları və qadınları özlərini narahat hiss etməməsi üçün Sanqanerdəki nəzarətçilər formasız və adi geyimdə gəzirlər. Nəzarətçilər məhbuslarla açıq ünsiyyətə girir, bir yerdə çay içir, söhbətləşirlər.

Məhbuslar etiraf edirlər ki, buradakı həyat azadlıqdakı həyatdan daha təhlükəsiz və qayğısızdır.
SON XƏBƏRLƏR
Avropa istehlak mərkəzləri üçün presedent rolunu oynayacaq12:08Azərbaycan neftinin qiyməti ucuzlaşıb12:05Pilotun ŞOK SƏS YAZISI ÜZƏ ÇIXDI: "Aman Tanrım, yaxınlaşmayın"12:03İstirahət günlərində hava necə olacaq?12:02Maykl Cekson keçəl olub?11:59Beşiktaş qələbə qazandı11:56Qax rayonunda it uşağı dişləyib11:55Ərdoğan bu ölkəyə səfər edəcək11:54İlham Əliyev Zelenskiyə məktub göndərdi11:52Yarım il ərzində Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub15:57Azərbaycan neftinin qiyməti ucuzlaşıb15:55"Avropanın sənaye fondu yaradılacaq"15:53İqtisadiyyatımızın 5-də 1-i qədər xaricə borcumuz var15:51“Titanik”in parçaları sürətlə yoxa çıxır15:4924 avqustda gözlənilən hava şəraiti15:45Yubileyi görə açıq-saçıq fotosessiya etdirdi15:43Hülya Avşarın qızından bikinili poz+fotolar15:41Azarkeşlər istədi, istefaya getdi15:38Keçmiş futbolçu vəfat etdi15:37Bərdə rayonunda kanaldan kişi meyiti tapıldı15:35Bakı-Sabunçu qatarından istifadə edənlərin nəzərinə..15:34Türkiyədə balıqçılar nəhəng köpəkbalığı tutdular15:33İran “Oskar”a namizəd filmi təqdim etdi15:29Sara bu televiziyada işə başladı15:27Tofiq Yaqubluya rəsmi xəbərdarlıq edildi15:25XİN-dən Dağlıq Qarabağdakı qondarma seçkilərlə bağlı açıqlama15:23Dəniz kənarı “Bağ evi” təcili satılır09:38Bu rayonda 3 ildə 2 min hektardan çox yeni fındıq bağları salınıb14:27Azərbaycan neftinin qiyməti ucuzlaşıb14:24Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb14:23ABŞ prezidenti:Çin ilə müqavilə bağlamağa hazır deyiləm14:22İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə-İnanmayacaqsınız+fotolar12:5721 avqustda gözlənilən hava şəraiti12:55Ona "fahişə" deyən gənci polisə verdi12:51Adriana Limadan sonra Simge ilə sevgili oldu12:49Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulur12:42Baş məşqçi 20 illik parikini çıxardı12:40Bakı və Gəncənin bir hissəsində qaz yoxdur12:37Quba rayonunda meşə yanğını söndürülüb12:35Uruqvay Prezidentində ağciyər xərçəngi aşkarlandı12:33Türkiyədə zəlzələ baş verib12:31Sudan tarixində bir ilk..12:29Merkel və Ərdoğan telefonla danışıblar12:27Əhalinin gəlirləri 6,6%, qiymətlər 2,7% artıb12:38Azərbaycan neftinin qiymətindən nə xəbər?12:37Ölkədə 5,6 min iş yeri bağlanıb12:36Türkiyədə quru çayın qiyməti artırılıb12:346 ayaqlı doğuldu12:27Belladan ayrılaraq Emili ilə sevgili oldu12:24“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı12:23“Fənərbağça” mövsümə darmadağınla başladı12:22“Mən o adamları azarkeş adlandırmazdım” - Petrov12:2013 yaşlı uşaq zəhərləndi12:12Yardımlı rayonunda meşə zolağı yanıb12:11Suriyada xəstəxana partladılıb12:10Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı12:09Ukrayna prezidenti qubernatoru işdən çıxardı12:08