Hava
booked.net
InvestAZ
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
03 sen 17:16Maraqlı

Milyarderdən İNANILMAZ AÇIQLAMA: “Gələcəkdə insanlar 12 saat...”

Milyarderdən İNANILMAZ AÇIQLAMA: “Gələcəkdə insanlar 12 saat...”

“Alibaba” şirkətinin baş direktoru Cek Ma gələcəkdə insanların həftədə yalnız 12 saat işləməli olduqlarını söyləyib. O, hesab edir ki, əsas yük süni intellektin çiyinlərinə düşəcək. Eyni zamanda, iş adamından bu sözləri eşitmək çox qəribədir, çünki bu yaxınlarda o, altıgünlük iş rejimini müdafiə etmişdi.

Xebermen.info publika.az-a istinadən xəbər verir ki, “World Artificial Intelligence Conference” konfransı çərçivəsində iş günü haqqında öz kritik fikirləriylə məşhur olan milyarder və “Alibaba”nın direktoru Cek Ma gözlənilmədən bildirib ki, gələcəkdə insanlar yalnız həftədə 12 saat işləyəcəklər. Manın sözlərinə görə, süni intellekt işçilərin üzərinə düşən öhdəliklərin bir hissəsini götürəcək və beləliklə insanların əlavə işdən azad olunmasına kömək edəcək. “Alibaba”nın yaradıcısı elektrik enerjisini insanları bir sıra əziyyətlərdən azad edən bir texnologiya kimi misal göstərib:



"Elektrik enerjisinin gücü ondan ibarətdir ki, indi insanlar axşam saatlarında karaoke və ya bir ziyafətə rahatlıqla gedə və özünə daha çox vaxt ayıra bilər. İnanıram ki, süni intellektin tətbiqi ilə insanlar daha çox zaman qazanacaq və insanlıqdan zövq alacaq”.

Ma əlavə edib ki, növbəti 10-20 ildə təhsildə islahatların aparılması lazımdır ki, gənclər həftədə 12 saat (həftədə üç gün, gündə dörd saat vaxt) tələb edən iş tapa bilsinlər.

"Mövcud təhsil sistemini dəyişdirməsək, problemimiz olacaq" , - deyə iş adamı çıxışını yekunlaşdırıb.

Onun sözlərinə görə, indiki təhsil sistemi sənaye çağına görə geridə qalır və müasirliyə tamamilə uyğun deyil.

Məlumat üçün bildirək ki, 2019-cu ilin yazında Cek Ma həftənin altı günü və gündə 12 saatlıq iş mədəniyyətini müdafiə etmişdi. Onun sözlərinə görə, uğur qazanmağın yeganə yolu budur.



“İnanıram ki, həftənin altı günü səhər doqquzdan axşam doqquzadək işləmək xeyirdir. Dünyamızda hər kəs uğur qazanmaq, yaxşı həyata və hörmətə sahib olmaq istəyir. Ancaq icazə verin soruşum ki, başqalarından daha çox vaxt və enerji sərf etməsəniz, nəyə nail olacaqsınız? ” , - deyə Ma "Alibaba" işçiləri ilə görüşdə söyləmişdi.

Əlavə olaraq, iş adamı imperiyasını qurarkən çox işlədiyini və işçilərindən də eyni qayıdışı gözlədiyini vurğulamışdı.

Ümumdünya Süni İntellekt Konfransı mərhələsində Cek Ma “Tesla” və “Space X”-in rəhbəri İlon Mask ilə də görüşüb. Birlikdə süni intellektin mümkün riskləri və imkanlarını müzakirə etsələr də, ortaq bir fikrə gələ bilməyiblər.

Çinli iş adamı süni intellektlə əlaqəli "nikbin" olduğunu söyləyib və bildirib ki, özü və Mask kimi ağıllı insanların qorxması üçün heç bir səbəb yoxdur.

Maskın sözlərinə görə, bu texnologiya insanların düşündüyündən daha sürətli inkişaf edir. Cek Ma da öz növbəsində etiraf edib ki, süni intellekt o qədər inkişaf edib ki, şahmatda insanı məğlub edə bilər. Ancaq o, maşınla oynamaq istəmədiyini bildirib.

“... Kompüterlərdə proseslər var, insanların isə ürəkləri. Hikmət ürəkdən gəlir” , - deyə “Alibaba”nın başçısı xüsusi vurğulayıb.

Onun sözlərinə görə, kompüterlər ağıllı ola bilər, amma insanlar yenə də sürətli olacaqlar. Bu fikirlə razılaşmayan Mask isə maşınların ağıl baxımından artıq insanları üstələdiyini söyləyib.
SON XƏBƏRLƏR
Paytaxtda “İsveçrə Məhsulları” şirkəti fəaliyyət göstərəcək10:27Arıçılıq məhsullarının emalı və qablaşdırılması sexi tikilir10:26AZN məzənnələri açıqlanıb10:24Neftdə dron hücumundan sonra rekord bahalaşma10:22Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşandı?10:2116 sentyabrda gözlənilən hava şəraiti10:20Arka Sokaklar serialının aktyoru hücuma məruz qaldı10:18Tanınmış aktrisanı it dişlədi10:16Real 3 xal qazandı10:13“Komandam hər dəfə qol buraxandan sonra ayılır” - Bordin10:09Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır10:08Yeni tədris ili başladı10:05AKP-dən növbəti istefalar10:04Kliçkonun vəzifəsi ləğv oluna bilər10:03Prezident yeni səfirləri qəbul etdi10:01Xarici Işlər Naziri Avropaya səfərə yola düşdü09:59Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib13:57Azərbaycan neftinin qiymətindən nə xəbər?13:53Ölkədən çıxarılan kapital azalıb13:53Hökumət Manat/Dollar məzənnəsi ilə bağlı proqnozunu açıqladı13:50Beləsini heç yerdə görməmisiniz: dünyanın ƏN QƏRİBƏ avtomobilləri13:44İstirahət günlərində gözlənilən hava proqnozu13:42Ahmet Kural evlənir13:40Rusiyada 28 yaşlı çempion məşq zamanı dünyasını dəyişdi13:38Mingəçevirdə fəhlə yıxılıb öldü13:37ABŞ bu ölkəyə qarşı sanksiyaları artırdı13:24İlham Əliyev meksikalı həmkarını təbrik edib13:23Rusiyanın neft şirkəti törəməsi Azərbaycanda filial açıb17:50Mərkəzi Bank faiz qərarını açıqladı17:45Gələn ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu17:41Qızıl örtüklü paxlavanın SİRRİ: dilimi 1000 dollara satılır17:3714 sentyabrda gözlənilən hava şəraiti17:31Türkiyəli aktyor aparıcılıq edəcək17:26Beş illik münasibət bitdi17:25FİFA-nın keçmiş vitse-prezidenti ömürlük futboldan kənarlaşdırıldı17:20Yurgen Klopp birinci oldu17:19Sumqayıt və Xırdalandan Bakıya gələnlərə şad xəbər17:07Sahibkarlara müraciət!14:54Lavrovdan Suriya ilə bağlı önəmli açıqlama14:41Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi olacaq14:27Əli Kərimli və İlqar Məmmədov debata çıxacaq14:23“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”14:21Bu gün Lirənin dəyərini dəyişə biləcək kritik qərar açıqlanacaq11:12Tramp Çinə tətbiq olunacaq əlavə 5 faiz gömrük vergisini "xoş niyyət" əlaməti kimi təxirə saldı11:10AZN məzənnələri açıqlanıb11:07Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:06İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı11:0012 sentyabrda gözlənilən hava şəraiti10:59"Çukur"dan çıxıb, "Şampiyon"a getdi10:57Aktrisa çılpaq yoqa etdi10:55Həbibin növbəti rəqibi odur10:46Azarkeş irqçi şüara görə həbs edildi10:45Sabunçu sakinlərinin diqqətinə!10:41Kanada parlamenti buraxılıb10:34İsveçrədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək10:33“Paşinyan odla-su arasında qalıb” - Vüqar Rəhimzadə10:32“Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin10:30