Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
30 sen 10:46Maraqlı

Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşandı?

Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşandı?

Elm adamları 66 milyon il əvvəl yaşanan və dinozavrların, eləcə də canlıların 75 faizinin məhvinə səbəb olan nəhəng bir meteoritin planetimizlə toqquşmasının izlərini daşıyan qaya nümunələri ilə Yer kürəsinin ən “qaranlıq günlərindən” birini aydınlığa çıxarıblar.

Xebermen.info azərtac-a istinadən xəbər verir ki, ABŞ-ın Texas Universitetinin rəhbərliyi ilə tədqiqat aparan qrup Meksika körfəzinin dərinliklərindəki qayalardan qazma yolu ilə çıxarılan 130 metrlik bir hissənin tərkibindəki qalıqları araşdırıb.

Dinozavrların bu meteorit zərbəsi nəticəsində məhv olduğu və məməlilərin inkişafa başladığı məlumdur. Meteorit toqquşmasının təsirinin İkinci Dünya müharibəsində atılan atom bombasının effektindən 10 milyard qat çox olduğu təxmin edilir. Meteorit Meksikanın Yukatan yarımadasına düşüb və ölçüsü 200 kilometr olan bir krater meydana gətirib. Toqquşmanın nəhəng bir sunami və hətta 1500 kilometr məsafədə yanğınlara səbəb olduğu bilinir. Geoloqlar meteoritin düşməsindən sonra yaranan Çiksulub kraterini 1991-ci ildə kəşf ediblər.

On iki kilometr diametrə malik meteoritin Yer kürəsi ilə toqquşması nəticəsində ölçüsü 100 və dərinliyi 30 kilometr olan bir çuxur meydana gətirib. Sonradan bu çuxurun yan tərəflərinin çökməsi ilə kraterin ölçüsü 200 kilometrə qədər artıb və dərinliyi bir neçə kilometr azalıb. Hazırda kraterin böyük bir qismi dənizin 600 metr dərinliyində qalıqların altındadır. Quruda qalan qismi isə əhəngdaşı ilə örtülmüş bir haldadır. Lakin kənarlarında yaranan karstların meydana gətirdiyi qövslər krateri bəlli edir. 2016-cı ildə ingilis və amerikalı tədqiqatçıların rəhbərlik etdiyi bir qrup həftələrlə həmin kraterdə qazma işləri aparıb.

Komanda bu günə qədər kraterin Çiksulub limanındakı ən yaxşı vəziyyətdə qalan ərazilərindən birində apardığı qazma işləri zamanı 66 milyon illik izləri daşıyan uzun bir qaya nümunəsi çıxarıb. Onun 130 metrlik hissəsi geoloqların Kaynazoy erası (Məməlilər dövrü) adlandırdıqları dövrün ilk gününə aid olan qalıqları özündə saxlayır.

Elm adamları aşkarlanın hissənin tərkibinə nəzərən meteorit düşməsindən sonra baş verənlər haqqında daha ətraflı məlumat əldə edəcəklərini deyiblər. 130 metrlik hissənin altdakı 20 metri tərkibində şüşəyəbənzər tullantılar saxlayır. Bu hissə zərbədən sonrakı saniyə və dəqiqə ərzində kraterin dibinə yayılmış və toqquşma nəticəsində yaranan istilik və təzyiqlə əriyən qayadan ibarətdir. Hissənin ən üst təbəqəsində isə toqquşmadan sonra yaranan sunaminin izləri var. Alimlər toqquşmanın nəhəng dalğalar əmələ gətirdiyini və onların kraterdən yüzlərlə kilometr uzaqlara qədər çatdığına inanır. Ancaq gedən dalğalar geri qayıdanda həmin bölgələrdən tullantılar da gətirib. 130 metrlik hissənin ən üst qatını da məhz onlar təşkil edir. Texas Universitetinin professoru Sean Qulik bütün bunların toqquşmanın ilk günündə baş verdiyini deyir. Bununla yanaşı, üst qatdakı qalıqlar torpaq izləri və toqquşmadan sonra baş verən yanğınların qalığı olaraq kömür də ehtiva edir.

Maraqlısı odur ki, 130 metrlik hissənin heç bir yerində kükürdə rast gəlinməyib. Ancaq meteorit təxminən yarısı kükürd tərkibli minerallardan ibarət olan dəniz dibinə dəyməli idi. Həmin kükürdün xaric edildiyi və ya buxarlandığı təxmin edilir. Bu isə dinozavrların yox olması ilə əlaqədar geniş yayılmış mülahizəni dəstəkləmiş olur.

Belə ki, su ilə qarışan və səmaya yüksələn bu qədər kükürdün iqlimin soyumasına səbəb olduğu və bitki və heyvanların yaşamasını çətinləşdirdiyi təxmin edilir.

Professor Sean Qulikin dediyinə görə, 100 giqaton kükürdün atmosferə daxil olması havanın temperaturunun 25°C enməsinə səbəb olur və belə vəziyyət ən azı 15 il davam edir. Bu isə dünyanın bir çox bölgəsində havanın temperaturunun donma dərəcəsindən də aşağı olması deməkdir. Professor meteorit düşməsindən sonra atmosferə 325 giqaton kükürdün daxil olduğunu qeyd edib. Uzun illər ekstremal vəziyyətə çatan həmin iqlim dəyişikliyi dinozavrların sonu olub və məməlilər bu vəziyyətdə sağ qalıblar.
SON XƏBƏRLƏR
Gənc ifaçı səsi ilə dinləyənləri heyran edir+video12:11"Çin alışlara başladı, daha çox almalarını istəyirəm"11:20AZN məzənnələri açıqlanıb11:18Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:12Bu həftə Azərbaycan faiz qərarını açıqlayacaq11:09Dünyanın ən uzun məsafəli uçuşu həyata keçirildi: 19 saat 16 dəqiqə11:0322 oktyabrda gözlənilən hava şəraiti10:59Cem Yılmaz Defnedən ayrılıb10:57Türkiyəli müğənninin videosu tənqid edildi+video10:56Konor Moskvaya gedir10:51UEFA Serbiya millisini cəzalandırdı10:50Ukrayna prezidenti keçmiş “KVN”çini vəzifəyə gətirdi10:48ABŞ Türkiyəni müharibə ilə hədələdi10:47İlham Əliyev Əli Həsənovu işdən çıxardı10:25ABŞ-ın Azərbaycandakı səfirliyi mitinqlə bağlı bəyanat yaydı10:23Maşın aşdı, sürücü altında qaldı09:58Yaqub Eyyubovun köməkçisi vəfat etdi09:55Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08