XEBERMEN.info
 Valyuta məzənnəsi

Həyatımızın 9 ilini görün NƏYƏ XƏRCLƏYİRİK - İNANMAYACAQSINIZ

Tarix:26-12-2019, 11:28

Həyatımızın 9 ilini görün NƏYƏ XƏRCLƏYİRİK - İNANMAYACAQSINIZ

"Bir günümüzü necə keçiririk" sualına qısa cavab versək: işləyirik, yemək yeyirik, ayaqyoluna gedirik və yatırıq. Təbii ki, sosial media da zamanımızı xərclədiyimiz vacib ünsürlərdən birinə çevrilib. Bütün bunlar gündəlik zəruri ehtiyaclardır.

Xebermen.info maraqlı araşdırmanı təqdim edir:

Yatmağa cəhd etmək



Mütəxəssislərin hesablamalarına görə, insanlar yuxuya getməyə 7 il sərf edir. Yəni, gecə yatmaq üçün izlədiyimiz film, dinlədiyimiz mahnı, ya da ən köhnə üsul olan "qoyunları saymağımız" həyatımızdan 7 il alır.

Bəzi ekspertlər 20 dəqiqə ərzində yuxuya getmədiyiniz halda həmin yuxunu tərk etməyi təklif edir. Bir stəkan bitki çayı, film və ya həzin musiqi yuxu üçün səbəb ola bilər.


Parkinq axtarmaq



Günlük işlərimiz arasında stress yaradan səbəblərdən biri də parkinq axtarmaqdır. Xüsusilə, meqapolislərdə avtomobillərin sayı çox olur. Bu da parkinq problemi yaradır. Beləliklə ömrümüzdən 248 gün gedir. Bu rəqəm ictimai nəqliyyatdan istifadəyə keçid üçün əsas yarada bilər.

Alış-veriş



Hər nə qədər onlayn ticarətlə alış-veriş zamanına qənaət etsək də, internetdə məhsullara baxarkən, ən az mağazada xərclədiyimiz qədər zaman itiririk. Araşdırmalara görə, bir qadın orta hesabla həyatının 8.5 ilini alış-verişə xərcləyir.

Pəhriz



Bəzi insanlar üçün çəki atmaq və ya pəhriz saxlamaq sonu olmayan bir mübarizədir. Xüsusilə tez kökəlməyə meylli insanlar hər nə qədər qidalarına diqqət etsələr də, itirdikləri çəkini geri alırlar. Hər birinci gün saxlanılan pəhrizlər həyatımızın 17 ilini alır.

Hazırlaşmaq



"Hələ hazır deyilsən?" sualını yəqin ki, bütün qadınlar eşidib. Araşdırmalar kişilərin qadınlarla müqayisədə daha sürətli hazırlaşdıqlarını təsdiqləyib. Təbii ki, qadınlar hazırlaşarkən daha çox detala diqqət yetirirlər. Bir qadın həyatının təxminən 136 gününü bu işə xərcləyir. Kişilərdə isə bu rəqəm 46-dır.

İdman etmək



Sağlam həyat və fit bədənə sahib olmaq üçün son zamanlar idman edənlərin sayı artıb. Zallarda keçirdiyimiz vaxtı ömrümüzü uzatmağa atılmış addım kimi düşünsək də, idman, həyatımızın 1,4 ilini alır.

Texnologiyaya ayırdığımız vaxt



Telefon və ya kompüterinizə baxdığınız zamanın çox tez keçdiyini düşünə bilərsiniz. Ancaq aparılan araşdırmalara görə, serial, film, sosial media və mesajlaşma tətbiqlərinə həyatımızın 11 ilini xərcləyirik.

Oturmaq



Həyatımızın 21 ilini oturmaqla keçiririk. Xüsusilə oturaq fəaliyyət göstərən işçilər üçün bu vaxt uzanır. Alimlərin fikrincə, uzun müddət hərəkətsiz qalmaq sağlamlığa olduqca zərərlidir. Bu səbəblə ofis işçisinizsə, mütləq arada qalxıb hərəkət edin.

Tualetdə keçirdiyimiz vaxt



Həyatımızın 92 gününü tualetdə oturaraq xərcləyirik. Təbii ki, bəzilərimiz üçün bu qəribə gələ bilər. Axı nəticədə kefdən oturmuruq. Ancaq bəzi insanlar tualetdə əslində, ehtiyac duyduqlarından daha çox zaman xərcləməyə meyillidirlər. Kitab və qəzet oxuyurlar, oyunlar oynayırlar, söhbət edirlər. Araşdırmalara görə, bu cür davranışlar sağlamlıq problemlərinə yol aça bilər.

Növbədə gözləmək



Sırada gözləyərkən həyatımızın təxminən 235 gününü itiririk. Növbədə gözləyərkən kitab oxumaq, ya da musiqi dinləmək daha faydalı olar.

Diş fırçalamaq



Mütəxəssislər ən az 2 dəqiqə müddətində gündə iki dəfə dişlərimizi fırçalamağı tövsiyə edirlər. Bu müddət isə təxminən 79 günə bərabərdir. Ancaq araşdırmalara görə, orta hesabla bir adam diş fırçalamağa ömrünün yalnız 19 gününü xərcləyir.

Publika.az

Oxunub: 26



XƏBƏR LENTİ