XEBERMEN.info
 Valyuta məzənnəsi

Dünyanın ən zəngin adamı bu şəxsdir

Tarix:9-01-2020, 11:08

Dünyanın ən zəngin adamı bu şəxsdir

Xebermen.info-nun verdiyi məlumatga görə dünyanın ən varlı insanı ABŞ-ın texnologiya şirkəti “Amazon”un rəhbəri (CEO) Ceff Bezos olub.

Onun sərvəti 2,91 mlrd dollar və ya 2,5% artaraq 118 mlrd dollar olub.

Məlumata görə, növbəti pillələrdə ABŞ-ın “Microsoft” korporasiyasının rəhbəri Bill Qeyts və Fransanın “LVMH” şirkətinin rəhbəri Bernard Arnault qərarlaşıb. Onların sərvətləri bu il müvafiq olaraq 557 milyon dollar (təxminən 0,5%) və 761 milyon dollar (təxminən 0,7%) artaraq 114 mlrd və 106 mlrd dollara çatdırılıb.

Qeyd edək ki, siyahıda “Facebook”un yaradıcısı və CEO-su Mark Zukerberq 80 mlrd dollarla 5-ci, Çinin elektron ticarət nəhəngi “Alibaba”nın keçmiş rəhbəri Cek Ma 47,7 mlrd dollarla 19-cu, “Tesla”nın rəhbəri Elon R.Mask isə 28 mlrd dollarla 35-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, “Lukoil” şirkətinin prezidenti Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov isə 22,7 mlrd dollarla 45-ci sırada qərarlaşıb. O sərvətini 328 mln dollar və ya 1,5% artırıb.

report

Oxunub: 14



XƏBƏR LENTİ