Hava
booked.net
InvestAZ
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
10 sen 17:37Mədəniyyət-şou

“Caninin etirafı” Mingəçevir Teatrının səhnəsində

“Caninin etirafı” Mingəçevir Teatrının səhnəsində

Xebermen.info-nun verdiyi məlumata görə sentyabr ayının 2-dən artıq 51-ci teatr mövsümünə başlayan Mingəçevir Dövlət Dram Teatrı yarandığı 1968-ci ildən respublikanın ən aparıcı teatrlarından biri olub. Çünki bu teatrda ilk vaxtlardan çox peşəkar rejissorlar və aktyorlar işləyiblər. Bu teatr 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə pərdələrini tamaşaçıların üzünə açıb. Bu tamaşanın da quruluşçu rejissoru, teatrın ilk baş rejissoru, yüksək peşəkar insan İldırım Cabbar və rejissoru Xalq artisti Zülfüqar Abbasov olub. Mingəçevir teatrının az bir vaxtda böyük uğurlarını görən respublika rəhbərliyi 1974-cü ildə teatra Azərbaycan səhnəsinin korifey sənətkarlarından biri, SSRİ Xalq artisti Mərziyyə Davudovanın adını verib.
Teatr yarandığı ilk vaxtlardan repertuarını Azərbaycanın, dünya klassiklərinin və müasir dramaturqlarının ən yaxşı əsərləri bəzəyib. Bunlardan- Mirzə İbrahimovun “Kəndçi qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Unuda bimirəm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Nikolay Qoqolun “Müfəttiş”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsa Hüseynovun “Haray”, “Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”, “Kimin sualı var?” ( eyni adlı poema əsasında), Cəlil Məmmədquluzadənin “Ölülər”, Mixail Zarudinin “Yol kənarı”, Sabit Rəhmanın “Toy”, Nəbi Xəzrinin “Qütb ulduzu”, Zülfüqar Abbasovun “Vətən dərdi”, “Qisas günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”, Sabir Azərinin “Duman çəkilir”, Ağalar İdrisoğlunun “Məhkəmədən əvvəl məhkəmə”, Nodar Dumbadzenin “Mən nənəm, İliko, İllarion”, İsi Məlikzadənin “Gəl qohum olaq”, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) və sairə tamaşalar yaxşı uğur qazanmaqla, həm də tamaşaçıların böyük marağına səbəb olub.
Bir vaxtlar bu teatrın direktoru işlyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Əlimov, Nazir Qafarov, Həsən Həsənov, baş rejissorlar İldırım Cabbar, Füzuli Sərkərov, bədii rəhbər-direktor Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Sonralar teatrda baş rejissor işləyən Vaqif Ağayev, Rövşən Almuradlı, Günay Səttar, Xəzər Gəncəli və quruluşçu rejissor işləyən başqa rejissorlar da bir-birindən maraqlı tamaşalar hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını respublikanın ən aparıcı teatrlarıdan biri ediblər.
Axırıncı beş ildə yüksək təşkilatçı insan, öz işinin yaxşı bilicisi Səxavət Məmmədovun Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik etməsi teatrda bütün işlərdə böyük dönüş yaratmaqla, bu teatrı respublikanın ən aparıcı teatrlarından biri eləyib. O, kollektivdə çalışan insanlarda öz işlərinə qarşı bir dönüş yaradıb və Mingəçevir tamaşaçılarının, şəhər rəhbərliyinin, müəssisə rəhbərlərinin teatra marağını çox artırıb.
Ümumiyyətlə Mingəçevir şəhər İcra Hakimyyətinin başçısı, dəyərli ziyalı, cənab İlham İsmayılov başda olmaqla və onun yüksək təşkilatçılığı ilə teatrın 50 illik yubileyinin çox təntənəli və yüksək səviyyədə bu şəhərdə keçirilməsi bir daha sübüt elədi ki, ziyalıların teatra marağı çox böyükdür. Bu ziyalıları yenidən teatra qaytarmaq, onlarda tamaşalara maraq yaratmaq üçün Səxavət Məmmədov başda olmaqla, teatın yaradıcı heyyəti maraqlı repertuar qurur. Dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı əsərlərini repertura daxil eləyir.
Hər bir teatrda yaxşı aktyor teatrın güzgüsü olduğu kimi, bir vaxtlar bu teatrda və elə bu gün də çox istedadlı aktyolar, aktrisalar çalışıb və çalışırlar. Bunlardan- Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Vaqif Məmmədov, Nisə Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa Əlimov, Kifayət Əliyeva, Mirbaba Xəlilov, Heybət Hörmətzadə, Elmira İsmayılova, Lətifə Hüseynova, Telman Şərifov, Əlisa Kərimov, Zülfəli İlyasov, Gəray Gərayev, Məzahir Ağayev, Təvəkkül Əhmədov, Zülfü Məmmədov, Neftun Tağıyev, Zakir Qurbanov, Ərşad Qoçəliyev, Ayaz İbrahimov, Afət Əliyeva, Qabil İbrahimli, Elmira İbrahimova, Mətanət Ağayeva, Aydın Qulyev, Nəsibxan Əliyev, Ruhəngiz Abdullayeva, Firuz Hacıyev, Asim Məmmədov, Könül Hacıyeva ilə yanaşı, çoxlu cavan və istedadlı aktyorlar, aktrisalar da maraqlı rollar oynamaqla tamaşaçı marağına səbəb olurlar. Cavan və perspektivli aktyor və aktrisalardan- Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Vüsalə Qulyeva, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəlyev özlərinin maraqlı oyunları ilə rejissorların ümidini daha çox doğruldurlar. Və özlərinin çalışqanlığı, oynadığı rollara daha ciddi yanaşmaları ilə gələcəkdə daha maraqlı aktyorlar olacağını sübut etməyə çalışırlar.
Teatrda sentyabr ayının 2-dən daha böyük canlanma var. Belə ki, həmin gündən Mingəevir Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, xalqımızın sevimlisi Dədə Aşıq Şəmşirin yadigarı, maraqlı yazıçı, şair, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” iki hissəli faciə-məhəbbət odası əsərinin məşqələrinə başlanılıb. Az bir vaxtda oxucular arasında böyük maraqla qarşılanan “Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün Nəriman Ocaqlı və Ağalar İdrisoğlu səhnələşdiriblər. Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaos, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olumnasına, hakimiyyət üstündə gedən vuruşa, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətə əl atmasına həsr olunub. Çox kəskin, dramatik süjetli bu pyesdə, qırmızı xəttlə nakam məhəbbət mötivləri də maraqlı böyalarla göstərilir. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti yolunda vuruşmaması və kənar fitfalara uyub özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalqla işlənilib. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları göstərməklə inanırıq ki, böyük tamaşaçı marağına səbəb olacaq. Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistetnti Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artsistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Afət Əliyeva, Elmira İbrahimova, Firuz Hacıyev, Məlahət Ağayeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tamaşaçılara təqdim edəcəklər.Tamaşanın ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub.
Sentyabr ayının 16-da isə Mingəçevir Dövlət Dram Teatrı, dünya şöhrətli məhşur ispan dramaturqu Federiko Qarsio Lorkanın “Qanlı toy” əsəri ilə tamaşaçılarla görüşəcək. Bu tamaşanı ispan dilindən Azərbaycan dlinə Əfqan Xəlilli tərcümə eləyib. Bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olacaq. Tamaşanın qruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimançı, musiqi tərtibatçısı Ramiq Nəsirov, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır. Keçən mövsümün sonunda təhvil verilən “Qanlı toy” tamaşası və Xalq artisti Valeh Kərimovun quruluşçu rejissoru olduğu Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) tamaşası, inanırıq ki, Mingəçevir və qonşu rayon tamaşaçılarının sevdikləri və böyük həvəslə baxdığı tamaşalar olacaqlar. Onu da vurğulamaq istəyirik ki, teatra Əməkdar artist Akif Mirabovun, təcrübəli aktyorlar Təvəkkül Əhmədovun, Nəsibxan Əliyevin yenidən qayıtması və teatra dəvət olunan Xalq aristi Valeh Kərimovun bu teatrın səhnəsində tamaşalar hazırlaması, rollar oynaması təkcə kollektivdə yox, həm də Mingəçevir tamaşaçılrında böyük maraq yaradıb.
SON XƏBƏRLƏR
Paytaxtda “İsveçrə Məhsulları” şirkəti fəaliyyət göstərəcək10:27Arıçılıq məhsullarının emalı və qablaşdırılması sexi tikilir10:26AZN məzənnələri açıqlanıb10:24Neftdə dron hücumundan sonra rekord bahalaşma10:22Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşandı?10:2116 sentyabrda gözlənilən hava şəraiti10:20Arka Sokaklar serialının aktyoru hücuma məruz qaldı10:18Tanınmış aktrisanı it dişlədi10:16Real 3 xal qazandı10:13“Komandam hər dəfə qol buraxandan sonra ayılır” - Bordin10:09Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır10:08Yeni tədris ili başladı10:05AKP-dən növbəti istefalar10:04Kliçkonun vəzifəsi ləğv oluna bilər10:03Prezident yeni səfirləri qəbul etdi10:01Xarici Işlər Naziri Avropaya səfərə yola düşdü09:59Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib13:57Azərbaycan neftinin qiymətindən nə xəbər?13:53Ölkədən çıxarılan kapital azalıb13:53Hökumət Manat/Dollar məzənnəsi ilə bağlı proqnozunu açıqladı13:50Beləsini heç yerdə görməmisiniz: dünyanın ƏN QƏRİBƏ avtomobilləri13:44İstirahət günlərində gözlənilən hava proqnozu13:42Ahmet Kural evlənir13:40Rusiyada 28 yaşlı çempion məşq zamanı dünyasını dəyişdi13:38Mingəçevirdə fəhlə yıxılıb öldü13:37ABŞ bu ölkəyə qarşı sanksiyaları artırdı13:24İlham Əliyev meksikalı həmkarını təbrik edib13:23Rusiyanın neft şirkəti törəməsi Azərbaycanda filial açıb17:50Mərkəzi Bank faiz qərarını açıqladı17:45Gələn ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu17:41Qızıl örtüklü paxlavanın SİRRİ: dilimi 1000 dollara satılır17:3714 sentyabrda gözlənilən hava şəraiti17:31Türkiyəli aktyor aparıcılıq edəcək17:26Beş illik münasibət bitdi17:25FİFA-nın keçmiş vitse-prezidenti ömürlük futboldan kənarlaşdırıldı17:20Yurgen Klopp birinci oldu17:19Sumqayıt və Xırdalandan Bakıya gələnlərə şad xəbər17:07Sahibkarlara müraciət!14:54Lavrovdan Suriya ilə bağlı önəmli açıqlama14:41Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi olacaq14:27Əli Kərimli və İlqar Məmmədov debata çıxacaq14:23“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”14:21Bu gün Lirənin dəyərini dəyişə biləcək kritik qərar açıqlanacaq11:12Tramp Çinə tətbiq olunacaq əlavə 5 faiz gömrük vergisini "xoş niyyət" əlaməti kimi təxirə saldı11:10AZN məzənnələri açıqlanıb11:07Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:06İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı11:0012 sentyabrda gözlənilən hava şəraiti10:59"Çukur"dan çıxıb, "Şampiyon"a getdi10:57Aktrisa çılpaq yoqa etdi10:55Həbibin növbəti rəqibi odur10:46Azarkeş irqçi şüara görə həbs edildi10:45Sabunçu sakinlərinin diqqətinə!10:41Kanada parlamenti buraxılıb10:34İsveçrədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək10:33“Paşinyan odla-su arasında qalıb” - Vüqar Rəhimzadə10:32“Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin10:30