Hava
booked.net
InvestAZ
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
10 apr 09:38Müsahibə

“Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur” - Vüqar Rəhimzadə

“Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur” - Vüqar Rəhimzadə

“Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən möhtərəm Prezidentimizə milyonların sevgisi, dəstəyi şəksizdir.

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 11 aprel 2018-ci il prezident seçkilərindən bir il ötür. Xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açan İlham Əliyevin qələbəsi təbii ki, son 15 ilin uğurlarına söykəndi.

Bir il zaman baxımından az olsa da, bütün sahələrdə əldə olunan uğurların statistikasına diqqət yetirdikdə bu günə qədərki uğurlu dövrün davamlılığı böyük qürur hissi yaradır.

Son bir ilin hər ayı, hər günü mühüm hadisə ilə tarixə yazılıb. Belə ki, 11 aprel prezident seçkilərindən sonrakı növbəti ayda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Bu mühüm hadisənin ardınca iyun ayında Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP-ın Türkiyənin Əskişəhər şəhərində açılış mərasimi keçirildi. Bu uğurların davamı olaraq ötən ilin oktyabrında “Star” neft emalı zavodu istifadəyə verildi.

Göründüyü kimi, enerji sektorunda uğurlarımız davamlıdır. Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atılır.

Son bir ilin mühüm addımları sırasında sayca dördüncü Dövlət Proqramının qəbulunu da qeyd etməliyik. Enerjidən asılılığın minimuma endirilməsi məqsədilə regionların potensial imkanlarından səmərəli istifadə olunması, bunun üçün 2004-2018-ci illər ərzində üç Dövlət Proqramının uğurlu icrası, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin təzahürüdür.

Rayonların sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə əlaqədar biri-birindən önəmli sərəncamlar imzalanıb.

Statistik rəqəmlər inkişafın aydın mənzərəsini yaradır. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib. Təkcə ötən il 118 min yeni iş yeri yaradılıb.

Son 15 ildə əhalimizin sayı 1,6 milyon nəfər artıb. Bu günlərdə 10 milyonuncu sakinimiz dünyaya gəlib. Təbii ki, bu sevincimiz də Azərbaycanın iqtisadi imkanlarının günbəgün artmasına və bu fonda təkmil sosial siyasətə əsaslanır.

Əmək haqqı və pensiyaların, təqaüdlərin, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sərəncamların imzalanması ölkə vətəndaşlarının sosial müdafəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunələridir. Bu il minimum əməkhaqqı 130 manatdan 180 manata, minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı.

İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim diqqət və qayğısı da davamlıdır. Ötən ilin prezident seçkilərindən sonra imzalanan ilk Fərman şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı oldu. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 min manatdan 300 manata çatdırıldı.

Prezident atdığı hər addımla ölkə vətəndaşının yanında olduğunu təsdiqləyir. Baş verən zəlzələlər, daşqınlar nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi də təqdir olunan addımlar sırasındandır. Eyni addımlar Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın zamanı da diqqəti çəkdi.

Son bir ilin uğurları sırasında yer alan üçüncü peykimizin orbitə buraxılması da ölkəmizdə yeni texnologiyaların inkişafına nə qədər önəm verildiyini ortaya qoydu.

Daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımız da biri-birini əvəzləməkdədir. Dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün Azərbaycanın əsas məkan seçilməsi dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ötən ay 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunda dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin prioritetlərini və dəyişməz olan mövqeyimizi bir daha diqqətə çatdıraraq bildirmişdir ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq.

Son bir ilin uğurları sırasında regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını qeyd etməliyik. Sovetlər birliyinin dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranmasından bu günə davam edən müzakirələrin, danışıqların müsbət sonluqla başa çatmasında Azərbaycanın rolu inkaredilməzdir.

Uğurlarımız öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə geniş yol açır. Münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Bu mühüm məqamı da qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk gündən münaqişənin həlli ilə bağlı aparılan danışlar prosesində tərəf kimi separatçı rejimin iştirakının vacibliyini iddia edirdi. Lakin dövlətimizin sərt reaksiyası, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı bu iddianın nə qədər yersiz, əsassız olduğunu Ermənistan tərəfinə çatdırdı. Ölkə Prezidentinin bu günlərdə Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də bu kimi məqamlara işıq saldı. Bu görüş danışıqlar formatının dəyişməzliyini nümayiş etdirdi.

2019-cu il ölkəmizdə “Nəsimi ili”, ötən il isə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bu kimi önəmli addımlar xalqımızın zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahibliyinin təsdiqidir. Son bir ilin mühüm sənədləri sırasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da xüsusi yer tutur.

Bu məqamda qeyd edək ki, Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan Planetimizin 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Göründüyü kimi, son bir ilin uğurlarının miqyası geniş və növbəti illər üçün stimuldur.

Bir ildə keçilən yola qısa baxış qarşıdakı illərin aydın mənzərəsini yaradır. Uğurlara əsas verən ən mühüm amil xalq-iqtidar birliyinin, həmrəyliyinin sarsılmazlığıdır. Bu fonda Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Bunu beynəlxalq səviyyəli sorğuların nəticələri də təsdiqləyir. Belə ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu cənab İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Sorğunun nəticələri bu reallığı da təsdiqləyir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru
SON XƏBƏRLƏR
Qarabağa tarixi baxış adlı layihə icra edilir09:51AZN məzənnələri açıqlanıb12:08Azərbaycan neftinin qiymətindən nə xəbər?12:04Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ay ərzində 60 mini keçib12:03"Apple"ın gəlirləri azalıb12:01Mart ayında pomidor ixracı azalıb12:001 mayda gözlənilən hava şəraiti11:52Beyons Mövlana haqda film çəkəcək11:49Gələn il keçiriləcək "Oskar"ın vaxtı açıqlandı11:47Xalq artisti dünyasını dəyişib11:46Ayaks qələbə qazandı11:37“Messi oynamasa, şanslar bərabərləşər” - Poçettino11:35Ölən futbolçunun forması əbədiləşdirildi11:24Bu yolda xətlənmə işi gedir11:22Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir11:21Yaponiyada yeni imperator taxta çıxdı11:19Venesuelada baş verən toqquşmalarda 5 hərbçi yaralanıb11:05ABŞ-da universitetə silahlı hücum olub10:54ABŞ prezidenti Venesuelada baş verənlərdən yazdı10:49İlham Əliyev Corc Kenti qəbul edib10:24“Azəriqaz” insanlara problemlər yaradır” -İlham Əliyev10:21“Bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalıdır” - Emin Eyvazov10:19Türkiyədə 8 terroçu öldürülüb16:58Berluskoni xəstəxanaya yerləşdirildi16:56Zelenski Ukrayna prezidenti elan olundu15:54Prezident Corc Kenti qəbul edib15:47Prezident birinci rübün yekunlarını nazirlərlə müzakirə etdi12:28Azərbaycan neftinin qiymətindən nə xəbər?12:27Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub12:26Dünyanın ən xoşbəxt xalqı bu ölkədə yaşayır12:2130 apreldə gözlənilən hava şəraiti12:19Anasına 3 milyona ev aldı11:24“Qalatasaray” liderlik şansını əldən verdi11:18Bu ərazilərdə işıq olmayacaq11:17Ukraynada nüvə stansiyasında yanğın baş verib11:16“Zelenski Allah deyil ki, onun qarşısında diz çöküm”11:11Azərbaycanla bu ölkə arasında birbaşa mövsümi reyslər gündəmdədir11:55Azərbaycanda yeni model avtomobil istehsal ediləcək11:51"İqtisadi terrora təslim olmadıq, olmayacağıq"11:49Neft Fondu indiyədək neft və qazdan nə qədər gəlir əldə edib?11:47Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə oldu11:45Danimarkada bir ilk – onlardan ordu qurulur11:4429 apreldə gözlənilən hava şəraiti11:42İrem lağa qoyuldu11:33Kurtlar Vadisi ilə tanınan aktrisa nişanlandı11:32Tanınmış aktrisa övladını bu ölkədə dünyaya gətirəcək11:30Tanınmış futbolçu azarkeşə yumruq vurdu11:27Bottasdan qələbə şərhi - “Səhv edə bilməzdim”11:25Türk klubunun futbolçusu öldü11:24Səbaildə yaşayış binasında yanğın baş verib11:17İndoneziyada baş verən torpaq sürüşməsində 12 nəfər ölüb11:16Yeni prezident Türkiyədə kabab bişirdi11:14Almaniyada 50 avtomobilin toqquşması nəticəsində 25 nəfər yaralanıb11:10İlham Əliyev Çində liderlər şərəfinə verilən ziyafətdə iştirak edib11:09Rusiya prezidenti xristianları təbrik etdi11:07İspaniyada sosialistlər qalib gəldi - “Exit-poll” nəticəsi açıqlandı11:05Erməni işğalına qarşı ideoloji təbligat adlı layihə yekunlaşmışdır10:24