Hava
booked.net
InvestAZ
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
23 apr 09:44Müsahibə

Azərbaycanlı gənc qız etdiyi qrimlərlə insanların marağını cəlb edir

Azərbaycanlı gənc qız etdiyi qrimlərlə insanların marağını cəlb edir

Rəssamlığın bir çox sahələri var ki, onlardan biri və bəlkə də ən maraqlısı qrimdir. Bu sənət insanları bir cilddən başqa cildə salır. Filmlərdə izlədiyiniz ən dəhşətli səhnələrin sizə bu qədər təsir etməsinin əsas səbəblərindən biri də obrazı canlandıran aktyorun mükəmməl və bir o qədər də təbii qrimlənməsidir.

Qrim işi sizə asan gəlsə də, ən azı üç saat vaxt aparır. İstifadə edilən ləvazimatlar isə o qədər də asan əldə edilmir. Özündə rəssamlıq, tikiş metodunu birləşdirən bu sənət bir anda insanın dərisinin rəngini, yaşını, üz cizgilərini dəyişərək sizi ən yaxınlarınızın belə tanımayacağı bir obraza sala bilər. Bir qrim ustası üçün sizi qocaltmaq və ya gəncləşdirmək, saçınızı bir anda qısaltmaq və ya uzatmaq, heç də çətin deyil.

Xebermen.info oxu.az-a istinadən qrim sahəsində çox gənc olsa da, kifayət qədər yaxşı işləri ilə tanınan Gülnaz Bayramova ilə müsahibəni oxuculara təqdim edir.

Gülnaz Bayramovanın 19 yaşı var. Sumqayıtda yaşayır. 3 nömrəli məktəbdə təhsil alıb. Doqquzuncu sinifdən çıxaraq sənədlərini Memarlıq və İnşaat Kollecinə təqdim edib. Üçüncü kurs tələbəsidir.



- Gülnaz, sizdə bu sahəyə maraq necə yarandı? Qrim sizin üçün nə deməkdir?

- Əslində, bu sahəyə marağım bir zarafatla başladı. Qrup yoldaşlarımı qorxutmaq istəyirdim və qərar gəldim ki, alnımda çapıq izi yaradım. Elə də etdim. Üzümü qrimləyib qrup yoldaşlarıma atdım. Onlar buna inanıb dərhal reaksiya verdilər.

Bundan sonra o görüntüləri “Youtube” səhifəmə yüklədim. İnsanlar tərəfindən maraq artdıqca mən daha da həvəslənirəm. Bir müddət dərslərimlə əlaqədar fasilə versəm də, bu sənətə qarşı olan istəyim məni yenidən və daha peşəkar üslubda qrimlə məşğul olmağa vadar etdi.

- Əl işləriniz kifayət qədər dəqiq və təbiidir. Xüsusi kurslar, təlimlər keçmisiniz?

- İstədiyim pilləyə çatmaq üçün çox çalışmalı olduğumu bilirdim. Ona görə də özümə tam inamlı şəkildə kurslara qatıldım. Kifayət qədər vəsaitim olmadığı üçün onlayn qaydada dərslərdən faydalanırdım.



“Youtube” kanallarında insanları dondan-dona salan qrim ustalarından dərslər alırdım. Qrimlə bağlı xarici saytlardan üç dərsə 20 dollar ödəyərək maskaların, saxta dişlərin, dırnaqların hazırlanma qaydalarını öyrəndim.

Bir qrim ən azı üç saata yaxın vaxt alır. İşimin keyfiyyətli olmasını istəyirəm və üzərində çox çalışıram.

- İlk əl işlərin hansı qrimlər olub?



- İlk dəfə alnımda çapıq effekti yaratmışam. Daha sonra skelet sifəti, üzümdə açılmış-deşilmiş yaraları xatırladacaq qrimlər, maskalarla bağlı cürbəcür qrimlər etmişəm.

- Bu qrimləri etmək üçün hansı ləvazimatlardan istifadə edirsən?

- Mənim ən çox çətinlik çəkdiyim məqam məhz ləvazimatlardır. Çünki ölkədə bu ləvazimatların satışı çox olmadığından mən məcburən xaricdən onlayn sifariş verirəm. Qan maddəsi, maska, dəri effekti verən xüsusi plastilin maddəsi və s. qrimin əsas elementləridir. Ən əsası, qan maddəsinin keyfiyyətli olmasıdır.

- Gördüyün işlərə ailənin münasibəti necədir?



- Ailəm mənim sənətimə qarşı bir qədər laqeyddir. Bunu bir gənclik həvəsi hesab edirlər. Məsləhət görürlər ki, daha ciddi işlərə vaxt ayırım. Sırf qrim işimlə bağlı maddi və mənəvi dəstək almıram ailəmdən. Hərdən anam deyir ki, “hə, qəşəngdir”, vəssalam. Başqa zaman qrimli halımı görmək istəmirlər (gülür).

- Qrimlə bağlı hansı maraqlı hadisəni bölüşə bilərsən?

- Bir dəfə alnımda yara izi çəkib anamla-atama göndərmişdim. Çox qorxmuşdular, həkim çağırmaq istəyirdilər. Heç kim inanmırdı ki, qrimdir. O qədər inandırıcı olacağını düşünmürdüm, amma çox qorxmuşdular. Çox əsəbiləşmişdilər.

Qrup yoldaşlarım o qədər inanmışdı ki, hansı xəstəxanaya aparıldığımı soruşurdular. Sonra işin ciddiləşdiyini gördüm və qrimi çıxardığım yerdə video çəkib paylaşdım.



- Heç bu istedadından istifadə edənlər olur?

- Bir neçə dəfə dostlarıma qrim etmişəm. Qol yarası, ayaq yarası və s. Amma kimsə hansısa başqa məqsədlə “məni yaralı kimi qrimlə” deməyib,düzü. Desələr belə, əgər hər hansı bir iş və ya layihə deyilsə, etmərəm.

- Ətrafda insanların sənə qarşı münasibəti necədir?

- Elə bir xüsusi münasibət yoxdur. Amma sosial şəbəkələrdə mənə tez-tez yazırlar ki, “niyə dostluğumuzu qəbul etdin?”, “gərək etməzdin, bu iyrənclikləri gördük, gecə yata bilmədik” və s. Azərbaycanda bu sahə çox inkişaf etmədiyi üçün insanlar məlumatlı deyil. Hətta bu işə görə məni mazoxist adlandıranlar da olur.

- Sənə film və ya layihə təklifləri gəlirmi?



- Bir dəfə film təklifi almışam. “Portret” adlı filmin çəkilişində qrimləri mən etmişəm. Yaxın gələcəkdə onun yayımlanması gözlənilir. Film olaraq ilk işim bu olacaq. Bir neçə layihə üçün təkliflər alıram. Bu yaxınlarda Pasxa bayramı ilə əlaqədar kilsədə tədbir olacaq, qrim işlərini mənə həvalə ediblər.

- Hansı məşhuru qrim etmək istərdin?


- Mən ABŞ-a getmək, orada təhsil almaq və çalışmaq istəyirəm. Ən böyük arzum budur. Konkret aktyor və ya aktrisa deyə bilmərəm, film deyə bilmərəm. Amma “Netflix” çəkdiyi filmlərə baxanda hərdən “bunu mən daha yaxşı qrim edərdim” dediyim anlar olur.

- Azərbaycanda bu sahə inkişaf etməyib. Bunu nə ilə əlaqələndirirsən?

- Əslində, maliyyə ayrılsa və istedadlı gənclərə şərait yaradılsa, bu sahədə irəliləyiş əldə etmək olar. Mən çox istərdim ki, xarici ölkələrdə çəkilən qorxu janrında olan filmlər bizdə də layihələndirilsin. Qrim işini də, təbii ki, mən görüm (gülür).

- Hansısa müsabiqələrə qatılmağı düşünürsənmi?

- Əslində, maraqlanıram. Azərbaycanda olsaydı, çox yaxşı olardı. Mütləq qatılardım və düşünürəm ki, kifayət qədər uğurlu nəticələr əldə edərdim. Xarici ölkələrdə keçirilir, lakin ora qatılmaq üçün maddi vəsait olmalıdır. Mənim isə buna gücüm çatmır.

- Bu işdən ilk qazancın nə qədər olub?



- İlk dəfə 100 manat qazanmışam. Ümumilikdə ən çox 400 manat qazanmışam. Anam əl işlərimi görəndə hərdən “yaxşıdır” deyir. Fikirləşir ki, qızı camaatın üzünü-gözünü yaman günə qoymaqla pul qazanır (gülür).

- Elə insan ola bilər ki, onu qrim belə dəyişə bilməsin?

- Əslində, qrimlə hər kəs müəyyən qədər dəyişir. Əgər sırf hər hansı yara, çapıqdan danışırıqsa, bunu hər kəs üçün edib, nəticə əldə etmək olar. Amma kimisə bir başqa insana bənzətməkdən söhbət gedirsə, ola bilər. Üz cizgiləri çox sərt olan insanların kiməsə bənzədilməsi çətin ola bilir.

Düzdür, çox insanlarla işləməmişəm, amma bu sahədə çox oxuyuram, dərslərimə qarşı məsuliyyətli yanaşıram.


Azərbaycanlı gənc qız etdiyi qrimlərlə insanların marağını cəlb edir
Azərbaycanlı gənc qız etdiyi qrimlərlə insanların marağını cəlb edir
Azərbaycanlı gənc qız etdiyi qrimlərlə insanların marağını cəlb edir
Azərbaycanlı gənc qız etdiyi qrimlərlə insanların marağını cəlb edir
SON XƏBƏRLƏR
Qarabağa tarixi baxış adlı layihə icra edilir09:51AZN məzənnələri açıqlanıb12:08Azərbaycan neftinin qiymətindən nə xəbər?12:04Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ay ərzində 60 mini keçib12:03"Apple"ın gəlirləri azalıb12:01Mart ayında pomidor ixracı azalıb12:001 mayda gözlənilən hava şəraiti11:52Beyons Mövlana haqda film çəkəcək11:49Gələn il keçiriləcək "Oskar"ın vaxtı açıqlandı11:47Xalq artisti dünyasını dəyişib11:46Ayaks qələbə qazandı11:37“Messi oynamasa, şanslar bərabərləşər” - Poçettino11:35Ölən futbolçunun forması əbədiləşdirildi11:24Bu yolda xətlənmə işi gedir11:22Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir11:21Yaponiyada yeni imperator taxta çıxdı11:19Venesuelada baş verən toqquşmalarda 5 hərbçi yaralanıb11:05ABŞ-da universitetə silahlı hücum olub10:54ABŞ prezidenti Venesuelada baş verənlərdən yazdı10:49İlham Əliyev Corc Kenti qəbul edib10:24“Azəriqaz” insanlara problemlər yaradır” -İlham Əliyev10:21“Bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalıdır” - Emin Eyvazov10:19Türkiyədə 8 terroçu öldürülüb16:58Berluskoni xəstəxanaya yerləşdirildi16:56Zelenski Ukrayna prezidenti elan olundu15:54Prezident Corc Kenti qəbul edib15:47Prezident birinci rübün yekunlarını nazirlərlə müzakirə etdi12:28Azərbaycan neftinin qiymətindən nə xəbər?12:27Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub12:26Dünyanın ən xoşbəxt xalqı bu ölkədə yaşayır12:2130 apreldə gözlənilən hava şəraiti12:19Anasına 3 milyona ev aldı11:24“Qalatasaray” liderlik şansını əldən verdi11:18Bu ərazilərdə işıq olmayacaq11:17Ukraynada nüvə stansiyasında yanğın baş verib11:16“Zelenski Allah deyil ki, onun qarşısında diz çöküm”11:11Azərbaycanla bu ölkə arasında birbaşa mövsümi reyslər gündəmdədir11:55Azərbaycanda yeni model avtomobil istehsal ediləcək11:51"İqtisadi terrora təslim olmadıq, olmayacağıq"11:49Neft Fondu indiyədək neft və qazdan nə qədər gəlir əldə edib?11:47Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə oldu11:45Danimarkada bir ilk – onlardan ordu qurulur11:4429 apreldə gözlənilən hava şəraiti11:42İrem lağa qoyuldu11:33Kurtlar Vadisi ilə tanınan aktrisa nişanlandı11:32Tanınmış aktrisa övladını bu ölkədə dünyaya gətirəcək11:30Tanınmış futbolçu azarkeşə yumruq vurdu11:27Bottasdan qələbə şərhi - “Səhv edə bilməzdim”11:25Türk klubunun futbolçusu öldü11:24Səbaildə yaşayış binasında yanğın baş verib11:17İndoneziyada baş verən torpaq sürüşməsində 12 nəfər ölüb11:16Yeni prezident Türkiyədə kabab bişirdi11:14Almaniyada 50 avtomobilin toqquşması nəticəsində 25 nəfər yaralanıb11:10İlham Əliyev Çində liderlər şərəfinə verilən ziyafətdə iştirak edib11:09Rusiya prezidenti xristianları təbrik etdi11:07İspaniyada sosialistlər qalib gəldi - “Exit-poll” nəticəsi açıqlandı11:05Erməni işğalına qarşı ideoloji təbligat adlı layihə yekunlaşmışdır10:24