03 okt 14:52Müsahibə

Əli Qənbərli:"Avropanın apardığı siyasət onu göstərir ki, böyük ehtimalla burada separatizm olmayacaq"

Əli Qənbərli:"Avropanın apardığı siyasət onu göstərir ki, böyük ehtimalla burada separatizm olmayacaq"

Xebermen.info saytı Kataloniyada keçirilən referendumla bağlı siyasi ekspert Əli Qənbərlinin saytımıza verdiyi müsahibəni oxuculara təqdim edir:

1.Əli bəy, bu günlər dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də, Kataloniyada keçirilən müstəqillik referendumudur. Maraqlıdır ki, müstəqillik arzusunda olan insanlara ispan polisinin qəddarlığına hər zaman demokratiya və insan haqlarından dəm vuran Qərb göz yumur. Sizcə, bu da Qərbin demokratik prinsiplər, insan hüquq və azadlıqları məsələsində ikili yanaşması deyilmi?

-Sizinlə tam razıyam ki, Katoloniyada keçirilən referendum dünya gündəmini zəbt edən hadisə idi. Bəlkə də, bu referendum bir növ Bərzaninin keçirdiyi referendumdan ilham alan referendum idi. Təbii ki, referendum polis zorakılığı ilə yadda qaldı. Əlbəttə, bu arzuolunan hal deyil. İnsanlar öz iradələrini ortaya qoyaraq, müstəqillik istəyirdilər. Bundan təbii nəsə ola bilməz. Mən deməzdim Qərb bu hadisələrə göz yumur. Təbii ki, müxtəlif formalarda etirazlar olmuşdu. Amma, bu kütləvi olmadı. Düşünmürəm ki, baş verən hadisələr bütün Qərb ölkələrində demokratiyanın yoxluğunu şübhə altına alır. Belə ki, demokratiya geniş anlayışdır. Qərb ölkələrinə, onların siyasi quruluşlarına, seçki sisteminə, insan hüquq və azadlıqlarını nəzər salan hər bir kəs burada demokratiyanın mövcudluğunu təsdiq edər.

2.Halbuki Qərb Azərbaycan və bu kimi ölkələrdə müntəzəm olaraq insan hüquq və azadlıqlarının pozulduğunu iddia edir. Sizcə, hazırkı vəziyyət Qərbin qeyri-səmimiliyini ortaya qoymurmu?

--İnsan hüquq və azadlıqları geniş anlayışdır. Burada daha çox fundamental dəyərlər önəmli rol oynayır. Amma, təbii ki, Qərbin özündə də insan hüquq və azadlıqlarının pozulduğunun şahidi oluruq. İspaniyadakı son hadisələr də bunu bir daha göstərdi. Azərbaycan Avropa Şurasının üzvüdür. Məsələyə siz deyən prizmadan yanaşanda əgər, Qərb iddia edirsə Azərbaycanda insan hüquqları pozulur, bəs onda niyə Azərbaycan Avropa Şurası münasibətləri hələ də davam edir? Düşünürəm Qərbin bu yanaşması hardasa siyasi manevrdir. Burada məqsəd heç də təkcə insan hüquqları məsələsi deyil. Qərbin fərdi maraqları var.

3.Düzdür, katolonların bu addımı separatizm meyilləri olsa da, lakin eyni yanaşmanı Qərb, Avropa Qarabağ separatçılarına münasibətdə sərgiləmir. Bu onu deməyə əsas verirmi ki, hətta separatizm məsələsində belə Qərbdə, Avropada ikili standart mövcuddur?

--Mən deməzdim ki, Katalonların bu addımı tam olaraq separatizmdir. Əgər, BMT-nin nizamnaməsinə nəzər yetirsək görərik ki, burda da xalqların azadlığından daha çox millətlərin azadlığından söhbət gedir. Qarabağ məsələsi fərqli məsələdir. Hazırda, burada yaşayan əhali yerli əhali deyil. Buranın əsl sakinləri azərbaycanlılardır. Azərbaycanlılar oradan yəni öz torpaqlarından zorla qovulublar. Qarabağ məsələsində başlıca maneə Ermənistandan daha çox Rusiyadır.

4.Belə demək mümkündürmü ki, Qərbin bu ikili yanaşması artıq onun özü üçün də problemə çevrilib və separatizm Avropada ciddi bir problemə çevrilib?

--Mən deməzdim ki, Avropada separatizm o səviyyədədir ki, artıq təhlükəli tendensiyaya çevrilib. Avropada separatizm meylləri çox azdır. Düşünmürəm ki, əgər separatizm olsa belə bu Avropanın ikili standartlarından qaynaqlanacaq. Separatizm meyllərinin ikili standartla heç bir əlaqəsi yoxdur. Separatizm müstəqil dövlətdə hər hansısa bir milli azlığın müstəqillik tələb etməsi meylidir.

5.Sizcə, bu proseslər Avropanı hara aparır və qoca qitədə yeni separatizm ocaqları, meyilləri yarana bilərmi?

-Istər Avropada, istərsə də dünyanın başqa yerində baş verəcək etnik prosesləri indidən proqnozlaşdırmaq yalnış nəticələrə səbəb ola bilər. Əlbəttəki, Avropada ayrı-ayrı dövlətlərin milli tərkibini müxtəlif xalqlar təşkil edir.Sabah heç kim deyə bilməz ki, belə bir hal baş verə bilməz, kimsə də deyə bilməz ki, baş verə bilər. Amma, Avropanın apardığı siyasət onu göstərir ki, böyük ehtimalla burada separatizm olmayacaq. Çünki, burada yaşayan xalqlar yüksək maddi təminat, birgə yaşayış və kollektiv təhlükəsizlik normalarına alışıblar.

6.Məhz bu kimi mənfi tendensiyalardan sonra Qərbin, Avropanın bir qədər ədalətli davranacağı, ikili standartlara son qoyacağı gözləniləndirmi?

-Avropa özünə qarşı, öz insanına qarşı ədalətlidir. Amma, dünyanın ayrı-ayrı yerlərində bunu görə bilmirik. Əksər yerlərdə insanlar yerli hakimiyyətlərdən narazı olurlar. Bu narazılığın da konkret səbəbləri olur. Amma, sizi əmin edirəm ki, bu gün istənilən dövlət Avropa ailəsinin üzvü olmaq istəyir. Avropa ittifaqına daxil olmağa can atır. Bu da Avropa siyasi qitəsinin formalaşdırdığı mühitlə əlaqədardır. Verdiyiniz sualı konkretləşdirərək, qeyd edim ki, düşünmürəm ki, Avropanın xarici siyasəti dəyişəcək.
SON XƏBƏRLƏR
Buddanın heykəlinin içindən görün nə çıxdı? — elm dünyası çaşqınlıq içində+video13:40Çoxlu viaqra qəbul etsəniz nə baş verər? - Alim rəyi12:30Bu günə gözlənilən hava şəraiti12:25Azərbaycan nefti bu qiymətə satılır12:15Bakıda portağalın qiyməti qalxıb12:13Azərbaycanda pambıq emalının 400 min tona çatdırılacağı nəzərdə tutulur12:11Mərkəzi Bank əldə etdiyi mənfəətdən büdcəyə pul köçürüb12:07Neft Fondu büdcə proqnozuna tam əməl etməyib12:02Çin iqtisadiyatı 6.8% artıb11:58AZN məzənnələri açıqlandı11:50Hazal Kaya romantik ismarıc göndərdi11:32Xatun əlini çəkdi, amma şouda qaldı - "Maşın"da qanunsuzluq11:26Fələstinli model hamamda videousunu paylaşdı+video11:21Rəşad Sadıqov: Madriddəki oyuna getməyəcəm11:16Diqeo Simeone sualdan yayındı - “Şərh etmək istəmirəm”11:11Messi Ronaldodan sonra ikinci oldu11:07Veneseulada hərbi bazanın anbarında partlayış baş verib11:04Rusiya Bərzani ilə razılaşdı11:03Terroçuların yeni “11 sentyabr”a hazırlaşdığı bildirilir11:01Yol polisi olmaq istəyənlər oxusunlar10:58Şəkidə bələdiyyə binası yanıb10:56Azərbaycanda ilantutma biznesi təklif olunur10:49Azərbaycanda məmur 3 min manat cərimə edilib10:47Bakı polisindən mitinq xəbərdarlığı - “Qarşısı alınacaq!”10:45Berdiməhəmmədov İlham Əliyevi təbrik edib10:43Dolların sabaha olan məzənnəsi açıqlanıb17:33Sürücülərin nəzərinə: Bunu etsəz cərimələnəcəksiniz!17:12Olimpiya çempionundan şok etiraf: "Yarışa gedəndə məni zorladı"13:23feyxoa bu il azdır11:58Şabalıdın qiyməti kifayət qədər bahadır11:50Heç bir xərc çəkməyib, birini 20-50 qəpiyə satır11:4718 oktyabrda gözlənilən hava şəraiti11:45Azərbaycanın mövqeyi dəyişmədi-UEFA reytinqi11:43Millimiz Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb11:41Robert Prosineçki bu gün millimizdən ayrılır11:36Fövqəladə vəziyyət haqqında qərar daha 3 ay müddətinə uzadılıb11:33Kommunist Partiyasının 19-cu qurultayı keçirilir11:32İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib11:30Yohannes Han: “Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”11:28İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib11:27Məşhur model belə dincəlir+fotolar11:26Məşhur model dərgi üçün soyundu + fotolar11:19Aktrisanın cazibədar fotoları ağılları başdan aldı+fotolar11:17Brent markalı neftin qiyməti 58 dolları ötdü11:12Manatla qoyulan əmanətlərin həcmində artım var11:11Neft bahalaşıb11:09Sürücülərin diqqətinə!11:08“Türkiyə ilə münasibətlərimiz mürəkkəbdir” - ABŞ XİN sözçüsü11:07İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb?+ video10:58Azərbaycanda xanım maşın nömrəsindəki bir hərfə görə ərindən boşandı10:55Ronaldo ilə vaxt keçirmək pulludur10:36Azərbaycanda evli kişi başqa qadını qaçırıb10:32Əli Qənbərli:"Rusiyanın əməlləri ilə dedikləri bir-birini tamamlamır"18:11Dolların sabaha olan məzənnəsi açıqlanıb18:03Ukrayna Prezidenti deputat toxunulmazlığının ləğvini istəyib13:42Azərbaycanın xaricdəki ticarət nümayəndələri səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar13:38Sarkisyan: “Cəbhədə gərginliyin daha da azaldılması ilə bağlı anlaşdıq”13:35