Hava
booked.net
InvestAZ
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
30 okt 15:09Müsahibə

Əli Qənbərli:Danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib

Əli Qənbərli:Danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib

Xebermen.info saytı siyasi şərhçi Əli Qənbərlinin saytımıza verdiyi açıqlamanı oxuculara təqdim edir.

Əli bəy, son günlər cəbhədə erməni təxribatı yenidən intensivləşib. Nəticədə bir əsgərimiz həlak oldu. Bu Cenevrə görüşünün növbəti mərhələsinin keçirilməsinə nə dərəcədə zərbə oldu?

-Bu kimi hallar birinci dəfə deyil ki, baş verir. Ermənistan tərəfi hər vəchlə danışıqlar prosesinin gedişinə mane olmaq istəyir. Bu da onun göstəricisidir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil. Ümumiyyətlə, status-kvo Ermənistanın xeyrinə olduğundan erməni tərəfi danışıqların intensivləşməsində maraqlı deyil.

Ümumiyyətlə, belə bir qeyri-səmimi mühitdə, Ermənistanın aqressiyasının davam etdiyi bir zamanda danışıqların növbəti mərhələsinin keçirilməsi nə dərəcədə normaldır?

-Problemin həllinin iki yolu var. Birincisi, danışıqlar prosesi, ikincisi müharibə. Amma, hələlik danışıqlar prosesi bitməyib. Əslində, beynəlxalq hüquqa əsaslansaq Azərbaycanın tam ixtiyarı çatır ki, öz torpaqlarını işğaldan azad etsin. Son vəziyyət əlbəttə, danışıqlar prosesinə öz mənfi təsirini göstərəcək. Düşünürəm ki, danışıqlarda müsbət irəliləyişdən danışmaq hazırda yersizdir.

Erməni aqressiyası cəbhədə gərginliyin daha da artması, lokal əməliyyatların başlamasını mümkün etmirmi?

- Mən sizə müsahibələrimdə dəfələrlə bildirmişəm ki, müharibə hər an başlaya bilər. Çünki, işğal faktı uzun müddətdir ki, davam edir. Amma, düşünmürəm ki, son vəziyyət hərbi əməliyyatların başlanmasına səbəb olacaq.

Bu arada işğalçı ölkənin sürətlə silahlanması onun yeni bir savaşa hazırlığından xəbər verirmi?

- Rusiya Ermənistana böyük dəstək verir. Ermənilər hər zaman olduğu kimi indi də Rusiyaya, onun dəstəyinə arxalanırlar. Hər şey baş verə bilər. Zatən Ermənistan tərəfi danışıqların davam etməsində, müsbət məcraya yön almasında maraqlı deyil.

Ümumiyyətlə, yaxın perspektivdə, konkret olaraq il sonuna qədər prfblemin həlli istiqamətində ciddi bir nəticə gözlənilirmi?

- Düşünmürəm ki, problem ilin sonuna qədər həll oluna bilər. Bu o qədər də asan məsələ deyil. Xüsusən də, Ermənistan tərəfi prosesi ona görə gərginləşdirir ki, ümumiyyətlə danışıqlar prosesində iştirak etməsin.Sualınıza konkret cavab verərək qeyd edim ki, bu gedişlə problemin həlli yaxın illər ərzində mümkün olmayacaq.

Nəzərə alsaq ki, gələn il hər iki ölkədə seçki ilidir, o zaman belə qənaətə gəlmək mümkündürmü ki, bu il problemin həlli istiqamətində ciddi addım atılmayacağı təqdirdə 2018-ci ildə də eyni siutuasiya davam edəcək?

-Bəli, bu mümkündür. Böyük ehtimalla danışıqlar prosesi davam etdiyi müddət ərzində müəyyən razılıq əldə oluna bilər. Ancaq, Ermənistan tərəfi bunu yaxşı anladığından hər dəfə cəbhədə vəziyyəti gərginləşdirir. Bu onların uzunmüddətli taktikasıdır. Buna əsaslanıb demək olar ki, artıq danışıqlar prosesi sözün həqiqi mənasında dalana dirənib. Bu vəziyyət davam edəcəyi müddət ərzində də müsbət nəsə gözləmək olmaz.
SON XƏBƏRLƏR
“Odlar Yurdu Azərbaycan” layihəsinin bağlanış tədbiri keçirilib12:40Azərbaycanda 300-dən çox vəzifəli şəxsə qarşı cinayət işi açılıb12:38Azərbaycan dilində bir sıra sözlərin yazılışında dəyişiklik edilib12:36Faiq Qarayevdən "Azərreyl"in baş məşqçisinə dəstək12:31Voleybol üzrə Azərbaycan çempionatında növbəti matçın vaxtı açıqlanıb12:29Mourinyonun taleyi necə olacaq?12:26Nazirlikdən pensiyalarla bağlı əhaliyə şad xəbər12:18"Türkiyə ilə Azərbaycan böyük layihələr həyata keçirəcək" - İlham Əliyev12:1217 yanvarda gözlənilən hava şəraiti12:08Dünyanın ən dəbdəbəli həbsxanası hotel olacaq12:06“Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib”-BMT baş katibi12:02Antonio Qutyerres:"Əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir".11:59Gürcüstan prezidenti Saakaşvilini əfv etməyəcəyini qeyd edib11:57Elmar Məmmədyarov Fransa XİN rəhbəri ilə görüşüb11:51İƏT Parlament İttifaqının 13-cü sessiyası başlayıb11:48Həsən Məmmədzadə etimadnaməsini təqdim edib11:47Qızılın qiyməti yenidən ucuzlaşıb11:402017-ci ildə Azərbaycanda 11,5 min fərdi yaşayış evi istifadəyə verilib11:38Yeni aqroparkda ilk dəfə əkin həyata keçirilib11:36Azərbaycan neftinin qiymətindən nə xəbər?11:34Tarkanın arvadı ilə çəkildiyi klip11:31Vilma alman yeni obrazda11:29Çılpaq görünsə də səlində elə deyil+fotolar11:28“Gənclər arasında etiket və protokol qaydalarının təbliği” layihəsinin bağlanış tədbiri keçirilmişdir14:16Şah Abbas karvansarasındakı bərpa işlərinin bu il tamamlanacağı gözlənilir12:07Dövlət uşaq bağçaları bu qaydada maliyyələşəcək12:05Rüşvətxor direktor vəzifəsindən azad edilib12:032017-ci ildə Azərbaycanda nə qədər neft hasil olunub?12:01Azərbaycan neftinin son qiyməti11:59Azərbaycanda “Üzümçülük vadisi” salınır11:58Azərbaycanda neft və qazın hasilatları azalıb11:56Günün AZN məzənnələri11:54Dünyada ilk dəfə 8 tonluq plov bişirildi11:5216 yanvarda gözlənilən hava şəraiti11:50Tanınmış model çimərlikdə+fotolar11:37Emilidən çılpaq fotosessiya11:17Tanınmış modeldən cazibədar pozlar+fotolar11:13Rayan Giqqz baş məşqçi təyin edilib11:00“Barselona”nın ulduzu yenə zədələnib10:58Herve Tçami rəsmən “Keşlə”də10:56Kolumbiyada körpünün uçması nəticəsində 10 nəfər ölüb10:31Yunanıstanda 4,5 bal gücündə zəlzələ baş verib10:28Madaqaskarda qasırğa 51 nəfərin ölümünə səbəb olub10:27Rumıniyanın baş naziri istefa verib10:25ABŞ prezidenti Şeyxə zəng edib10:24Nursultan Nazarbayev ABŞ-a səfər edir10:22Messi yeni müqavilə ilə fantastik gəlir qazanacaq14:02"Neftçi"nin sonuncu rəqibi müəyyənləşib13:59“Beşiktaş” Cenk Tosunun yerini onunla dolduracaq13:56ABŞ-ın neft istehsalçıları yeni quyular qazmağa başlayıblar13:52Avro bahalaşıb13:49ABŞ rəsmisindən Bitcoin xəbərdarlığı13:47Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlanıb13:4614 yanvarda gözlənilən hava şəraiti13:44Baykal gölünün valehedici qış mənzərəsi13:43Bu məbləğləri ödəməklə balıq ovu ilə məşğul ola bilərsiniz+siyahı13:39“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi-nin açılışı təxirə salınıb13:34