Hava
booked.net
InvestAZ
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
14 dek 14:03Müsahibə

Lənkəranlı yazar Rəvayət Aşurqızının növbəti əsəri-"Ananın həyat yolu"

Lənkəranlı yazar Rəvayət Aşurqızının növbəti əsəri-"Ananın həyat yolu"

Xebermen.info saytı lənkəranlı yazar Rəvayət Aşurqızının əsərini oxuculara təqdim edir.

Qeyd edək ki, yazar 1947-ci ildə Lənkəran şəhərində anadan olub.Bədii ədəbiyyata marağı hələ məktəb yaş dövründən başlayıb.Elə o vaxtdan etibarən qələmini sınayan yazar bir sıra müsabiqələrdə iştirak edərək, müvafiq yerlərə layiq görülüb.

Ağağıda sizə təqdim etdiyimiz əsər yazıçının "Ananın həyat yolu" əsəridir


"Ananın həyat yolu"


Ana heç vaxt bugünki qədər sevinməmişdi.Ana gülür, ana sevinir, ana sevincdən ağlayırdı.Bəylə gəlini təbrik etməyə gələnləri gülərüzlə qarşılayır,xörək paylayır, oğluna, gəlininə baxdıqca fərəhlənir, sevinir, gözlərində yaş damlaları parıldayırdı.
Ana ürəyi dalğalı bir dənizdir-deyiblər.Ləpənin gah həzin, gah da şappıltı ilə çırpınması isə ana ürəyinin döyüntüləridir.Hər ikisi övlad üçün beşikdə səslənən nəğməyə bənzər.Düşünürsən ananın nurlu üzünə düşən qırışlar illərin saldığı ağrılardır.Bu ağrılarda ana öz gəncliyini yaşamışdır.Elə bir gənclik ki, həyatda heç bir nemətə bənzəmir.Bu təkraraolunmaz insan ömrüdür.Bu cığırların izinə düşüb bir qədər uzağa, ananın keçmişinə lap gənclik-qız çağlarına nəzər salmalı olduq.O zaman onun 16 yaşı olardı. Qaraqaş, ağbəniz, bəstəboylu bir qız idi.Qara kiprikləri altındakı ala gözləri yanaqlarına xüsusi gözəllik verirdi.Suyuşirin idi.Qız kiçik yaşlarında olanda ana tərəfdən yetim qalmışdı.Neçə illərdən sonra ata nakam ölmüş həyat yoldaşının yadigarını anasız saxlamamaq üçün nəcib xasiyyətli bir qadınla evlənmişdi.Qadın, zavallı Məsməni öz doğma balası kimi sevər və ona ana qayğısı göstərərdi.O vaxt ki, qız bulud kimi dolub anasını xatırlayanda Gülgəz arvad onun başının üstünü alar, onu bağrına basardı, onu ovundurardı.Bütün analar kimi o da bilirdi ki, qız uşağı köçəri quş kimi bir şeydir.Qanadlandısa uçacaq.Bunun üçün o gücü çatandan nə olurdusa, onu qızına cehiz edirdi.Bir gün yeniyetmə Məsmə və Gülgəz arvad evdə tək qaldı.Ana kəndə tərəf getmişdi.O neçə gün idi ki, qızı ilə mühüm bir iş barədə məsləhətləşməyi qərara almışdı.O qabları yuya-yuya gözaltı qıza nəzər yetirirdi.Fikrini deməyə cürət etmirdi. Axırda qərara aldı ki, nə qədər əlinə fürsət düşüb deməyi yaxşıdır.Odur ki, üzünü qızına tərəf tutub dilləndi:
Məsmə bala, biz bura gələnlərə nə cavab verək? Xəbər-xəbər dalınca yollayırlar.Səsinə bir az da mehribanlıq qatdı.
-Əkbər pis oğlan deyil.O, səni sevir.Özü də, müəllimdir.Atan da razıdır.Heç bir valideyn öz övladının pisliyini istəməz.
Qızın rəngi ağappaq oldu.Əlindəki işi bir kənara atıb ayağa durdu.
-Ana mən oğlanı görməmişəm.Bir də, hələ ərə getmək fikrim yoxdur.
Aradan bir neçə gün keçib getdi.Qonşu Almurad gildən Gülgəz arvadın üstünə xəbər göndərdilər.Arvad nə edəcəyini bilmirdi.Bir axşamüstü Məsmə yaxın qonşu rəfiqəsi gilə gedəndə yolda qabağına yamyaşıl, təryarpaqları olan bir budaq atdılar.Dönüb alaqaranlıqda ətrafa baxdı.Heç kəs yox idi.Tək gəldiyinə görə heyfsləndi.Arxaya baxmadan sürətlə yüyürməyə başladı.Qəflətən qüvvətli bir əl onun qolundan bərk-bərk tutdu.Bu elçiliyi özü etmək qərarına gələn Əkbər idi.Qız onun qolları arasında quş kimi çırpınırdı.
-Burax məni yoxsa biabırçılıq düşər.
Əkbər buna əhəmiyyət verməyib, qızı polad kimi möhkəm ağuşuna sıxdı.
-Məsmə mən səni çox sevirəm, qoy xoşbəxt olaq.
Qız bilmirdi nə etsin.Sabah, biri gün kimsənin dilinə düşsə rüsvay olacaq.Hamı bu haqda danışacaqdır.Etiraz etməyə yer qalmamışdı.İş işdən keçmişdi.Oğlan onu qucaqlayıb, öpmüşdü.İki gün sonra cacanları nişanladılar, ailə həyatı qurdular.5 ildə Allah onlara 4 övlad bəxş etdi.
Üç qız bir oğlan .Ataları kənddə müəllim işləyirdi.Anaları isə evdarlıqla məşğul idi.Uşaqlar onların gələcək səadətləri idi.Üç bacının bir qardaşı olan kimi Əkbər arvadının yan-yörəsinə fırlanır, sevincini gizlədə bilmirdi.”Gözün aydın Məsmə”- oğlumuz oldu.Bu münasibətlə cavan ata, ana tay-tuşlarını başına yığıb, şənlik etdilər.Uşaq hər il bir yaş böyüdükcə atası onu bağrına basar və deyərdi.Oğul gərək igid olsun, həm ata ana üçün, həm də vətən üçün.
Evləri çox darısqal idi.Ev tikmək qərarına gəlmişdilər.Aylar ötüb il keçdi.Ailə xoşbəxt idi.Birdən –birə acı xəbər bütün arzuları sarsıtdı.
Müharibə- İkinci dünya müharibəsi.Zalımlar, insan qanına susamış vəhşilər daha nə deyim ki, sizə layiq olsun?
Günlərin birində müharibə öz fəlakətini bu xoşbəxt, gənc ailənin üzərinə endirdi.Bir gün Əkbər Məsmənin xahişi ilə təzə ev üçün rəf hazırlayırdı.Onu qurtarandan sonra kəndə tərəf getdi.Lap axşamçağı evə döndü.Arvadın ərinin bikefliyindən ürəyi sıxılmağa başladı.Şam yeməyi zamanı balaca oğlu atasının dizi üzərində oturmuşdu.Ata balacanın saçına sığal çəkirdi.Ona heyranlıqla baxırdı.Ərinin bu vəziyyəti arvadın təşvişini qat-qat artırdı.Odur ki, dilləndi.
“Əkbər sənə nə olub? Olmaya pis bir şey baş verib? Nə üçün məndən gizlədirsən?
Arvadını çox istədiyindən Əkbər bu acı xəbəri ona dərhal söyləmək istəmirdi.O, sabah cəbhəyə yola düşməli idi.
Gecə səhərə kimi onun gözünə yuxu getmədi.Bəlkə də, onun bu isti yuvada yatdığı son gecə idi.Balaca balalarının, cavan həyat yoldaşının taleyi nece olacaqdı? Bu yoldan o sağ-salamat geri qayıdacaqmı? O, gözəl arzularını həyata keçirə biləcəkmi? O, qızlarını oxutmaq oğlunu isə mühəndis görmək istəyirdi.Əkbəri narahat edən fikirlər onun yuxusunu qovur, xəyalən onun sabahdan başlanan dəhşətli dəqiqələrə doğru aparırdı.Əkbər özünü od-alov içərisində görür, ailəsini xatırlayır.Xəyaldan ayrılıb evində olduğunu görür və sevimli balalarını, mehriban həyat yoldaşını qəmli-qəmli nəzərdən keçirirdi.Bu vəziyyəti ona onun qəlbi diktə edir, müsiqini xatırladan həzin bir səslə deyirdi: “Əkbər bax”,sənin bu vəziyyətdə onlara son dəfə baxmağındır.Əkbər bu səsin haradan gəldiyini bilmək, onun yalan olduğunu söyləmək istəyirdi.Bu həzin səs isə Əkbəri qorxutmaq istəyirdi və get-gedə daha da ucalaraq melodiyaya, simfoniyaya, sonra da top, tüfəng səslərinə çevrilirdi.
Vətənin ağır günü, Hitlerin dünyaya hakim kəsilmək arzusu.Əkbərin əlləri qeyri-ixtiyarı düyünləndi və pıçıldadı.Bu şərəfsiz arzunu Hitlerin öz başına yıxacağıq.Biz vətənimizin, balalarımızın günahsız göz yaşlarını axıdan vəhşilərə amansız olacağıq.
Buna görə də, cəbhəyə könüllü gedənlərin siyahısına birinci yazıldı.Səhərə yaxın Əkbər balaca qız uşağının ağlayıb oyandığını görüb, yavaşca arvadına pıçıldadı:”Məsmə bağışla məni,ürəyinə pis gətirmə, yol getməliyəm”- deyib yorğan-döşək üstündən ayağa durdu.Arvadının nitqi bir müddət kəsildi, udqundu danışa bilmədi.Özünə gələndə haçandan –haçana soruşdu:
O nə yoldur ki, Əkbər sən axşamdan bəri məndən gizlədirsən, yoxsa qohum-qəbilədən Allah eləməsin ölən var?
O mehribanlıqla arvadına yaxınlaşdı, əlləri ilə onun yanaqlarını oxşadı, lampanın işığını bir az artırdı.Üzbəüz oturdular.
-Məsmə məni bağışla daha iş-işdən keçib.Daha acizliyin vaxtı deyil.Əgər məni istəyirsənsə, möhkəm dayan.
Müharibədir. Hitler Almaniyası qəflətən vətənimizə hücum edib.Mən iki saatlıq evimizdə qonağam.Səhərin gözü hələ açılmamışdı.Cavanlar bir-birinin yanında kimi göz yaşlarını saxlaya bilmir, kimisi də fikrini ürəyinə salıb, möhkəm görünməyə çalışırdı.Süfrə zamanı ailəni daxili bir kədər bürümüşdü.Artıq, bu ağır kədəri tək gənclər yox, uşaqlar da hiss etmişdilər.Evin pişiyi də öz əziz sahibini itirəcəyindən qorxurmuş kimi özünü Əkbərin ayaqlarına sürtüb, hey miyoldayırdı.Kiçik Əkrəm həmişəki kimi atasının dizi üzərində əyləşmişdi.Çiçək, Sofya bir yanda körpə Sevil də beşikdə əl-qol atır, gözləri ilə evi gəzirdi.Məsmənin ürəyindən qara qanlar axırdı.Kim bilir bu yolda nələr olacaq? O, bunu fikirləşdikcə göz yaşları qurumaq bilmirdi.Vaxt gəlib çatdı.Onlar nə vaxt həyətə düşdüklərini hiss etmədilər.Balaca Əkrəm atasının əlindən tutmuşdu.Yeriyərkən uşaq birdən üz-üstə yerə yıxıldı.Ağzı-burnu qanadı.Atası cibindən dəsmalı çıxarıb, uşağın qanını sildi və dəsmalı cibinə qoydu.Uşaqların böyüyü Çiçək, şəhadət barmağı ilə atasını hədələdi.Bax, ata! tez gələrsən səni hər gün gözləyərəm.Ayrılıq dəmi gəldi, ər-arvad qol-boyun oldular.Uşaqlar ayrılmaq bilməyən ata-anasına baxıb sakitləşə bilmirdilər.
Xahiş edirəm, gülüm mən gedəndən sonra daha göz yaşı tökməyəsən.Canı sən, canı balalarım.Bu gündən sonra atanın yükü də sənin üstünə düşür.Ömür vəfa etsə görüşərik.Möhkəm dur, balalarımızı qoru.Arvadı bu sözdən özünü itirdi,elə bil canına od düşdü.Əkbər nəyə işarə edirdi?O, bunu anlayırdı, özünü toxtayıb dedi.
-Sənin yolunu həmişə, ömrüm boyu gözləyəcəm.Mən səni hər səhər üzümüzə dəyən səhər küləyində axtararam.
Vaxt gəlib çatdı.Onlar ayrılmalı idilər.Ana vətən igid gözləyirdi.Ana balalarını başına yığıb, onlardan uzaqlaşan evinin çırağına əl eylədi, sonra küçədən evə döndülər.
Döyüşdə od-alov içərisində olmasına baxmayaraq, Əkbərin məktubu vaxtı-vaxtında gəlirdi.O, hər döyüşdən sağ-salamat çıxdığını yazırdı.
Bu il bərk qar yağdı.Şaxta adamı kəsirdi.Bir tərəfədən də aclıq düşmüşdü.Elə vaxt olurdu ki, kişisiz kənddə bir-iki ölən olurdu.Ana evdə otura bilmədi.O kolxoz işinə getməyə məcbur oldu.Əlacı nə idi ?Ciyər paralarının ölməməsi üçün hər şeyə hazır idi.Arxa cəbhəni-kolxozu qadınlar idarə edirdi.Onlar cəbhədə döyüşən igidləri bir an belə unutmurdular.Hər şey cəbhə üçün!
Dar gündə hökümətimizin öz xalqına müraciətini qadınlar bir-birinə izah edib, başa salırdılar. O zaman qadınlar yük, corab, dəsmal, sabun və bu kimi şeyləri yığıb cəbhəyə yola salırdılar.Hər dəfə ana olanını əsirgəmirdi.Böyük övlad Çiçək evdə qala bilirdi.Yəni, özündən kiçiklərə nəzarət edirdi.Ana səhər işə gedir, çox vaxt axşamçağı evə yorğun qayıdırdı.Bu müddət ərzində uşaqlar ananın onlara ayırdığı payı yeyər, onu gözləyər, çox vaxt hərəsi bir küncdə yuxulayıb yatardı.Gecələr qapı, pəncərələri kilitləyər, balalarının hər birinin üzünə uzun-uzadı baxar, onları öpər və için-için ağalayardı.O əllərini yuxarı qaldırar, Allahdan kömək gözləyərdi.
-Mən balalarımı, onların atasını səndən istəyirəm.Ey aləmlərin rəbbi, sən özün onları böyük gücünlə mühafizə et.İlahi Əgər onların başına bir iş gələrsə əvvəl mənim başıma gətir.Sonra da uzun-zadı Əkbərin əksi ilə danışardı.Əkbər yəni biz birdə görüşmərik?!
Qorxuram, kənddə bir çoxlarının qara kağızı gəlib.Dünən qonşumuzun uşağı ehtiyac içində öldü.Yəni, aclıqdan.Mən bir az çör-çöp yığıb balalarımızın otağını isitmişəm.Mən bu isti otaqda ikən görəsən sən hardasan? Yox! Yox! Əkbər! sən gələcəksən.Ciyər paraların səni soruşur.Mən onlara nə cavab verim? Çox sevdiyin oğlun bülbül kimi dili ağzına qoymur.Bacıları ilə çox mehribandır.Əkbər, sən mənim Allaha yalvarmağıma, qurman kəsməyimə gülürdün.Bu dəfə İnşallah sənin sözünə baxmaram.Saxladığım iri buzovu sən gələn günü qurban kəsərəm.1943-cü il döyüşün ən qızğın vaxtı idi.Məsmə ərindən vaxtı-vaxtında məktub alırdı.Əkbər çox vaxtı yazırdı: “Məktubu döyüş səngərində yazıram uşaqları öp.Bağışla məni tələsik yazdım”.
Bahar təzə daxil olmuşdu.Ağaclar ağappaq çiçək açmışdı.Quşlar cəh-cəh çəkir, təbiət gülürdü.İnsanları dərin kədər bürümüş, üzlərinə solğunluq çökmüşdü.Belə bir gündə ana təzə işdən qayıtmışdı.Ayaq üstdə heyva kimi saralırdı.Aclıq hökm sürürdü.Olan-qalan azuqəni balaları üşün işlədirdi.Sofya bərk öskürürdü.Ana əvvəl uşaq soyuqlanıb-deyə əhəmiyyət vermək istəmədi.Axşam isə uşağı bərk qızdırma tutdu.Uşaq sayıqlamağa başladı.Ana özünü bərk itirmişdi.Üstəlik, həkim də yox idi.
Ertəsi gün üç yaşlı Sevil də qızdırma içində yanırdı.Zavallı balaları ölüm təhlükəsi gözləyirdi.Heç bir türkə-çarə kömək etmirdi.Ananın göz qapaqları ağlamaqdan şişmişdi.Üç gün keçməmiş gecə ikən Sofya canını tapşırdı.Ana titrək əlləri ilə ciyər parasının üzünü öpdü.Səhər isə balaca Sevilin dodaqları qızdırmadan çatdaq-çatdaq olmuşdu.Uşaq hey su istəyirdi.Daha ağlaya bilmirdi.Ananın ürəyi daşa dönmüşdü.Göz yaşları tamam qurumuşdu.Balaca Sevil iri ala gözləri ilə ətrafdakılara baxır, dili ilə dodaqlarını yalayırdı.”Can bala anan ölsün”.Uşaq hamıdan imdad gözləyə-gözləyə “ana” deyib, gözlərini əbədi yumdu.Lakin, ana bir həftə içində iki balasının ölümü ilə heç cür barışa bilmirdi.Onların evi kənd qadınları ilə dolu idi.Bu gün anaların kədəri bir olmuşdu.Müharibə yarası.Ana ölüm istədiyi zaman Əkbərin sürəti gözlərində canlandı.Ah, Əkbər! müharibə iki balamızı əlimizdən aldı.
Bundan sonra ana ev-eşikdə dolaşa-dolaşa bəzən bilmədən ölən balalarının adını çəkər, yanıldığını isə sonra bütün varlığı ilə hiss edərdi.Və o, yanıqlı xalq bayatılarından həzin-həzin ağı deyib, göz yaşlarını sel kimi axıdardı.
Düşübdü qala dağı
Kəməndə sala dağı
Nə yara var sağalar
Sağalmaz bala dağı.

Acından ölməmək üçün qadınlar kolxozda onlar üçün ayrılmış torpağın müəyyən hissəsini xışla sürüb buğda səpərdilər.Digər hissəsini isə ləklərə bölüb çəltik yetişdirərdilər.Hamısının bənizləri ağappaq ayaqları yalın idi.Yorulanda bir nəfər kimi ləklərin qırağında əyləşib, bayatılar zümzümə edərdilər.

Bu yoldan ötən yaxşı
Geyməyə kətan yaxşı
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı.

Bir aydan sonra Əkbərdən məktub gəldi.Bu vaxt 1945-ci il idi.Düşmən böyük qüvvə itirə-itirə geri çəkilməyə başlamışdı.Əkbər tezliklə görüşəcəklərini yazırdı.Ananın sevinci yerə-göyə sığmırdı.Ana əzab-əziyyəti unutmuşdu.Təki balalarımın, mənim evimin işiğı gəlsin.Ondan sonra ölsəm də rahat ölərəm.İşdə qadınlardan ona qibtə edib, bəxtəvər deyən də oldu.Ancaq, görünür kədər ana ilə əkiz doğulmuşdu.Xoşbəxt gün anaya nəsib olmadı.Aradan bir ay keçməmiş Əkbər məktubunda yazırdı.Mən qara dəniz sahillərində bərk yaralanmışam.Ayağımı kəsmək istəyirlər.Kürəyimdəki mərmilər məni narahat edir.Əhdim bu idi ki, mən qayıtsam əlli-ayaqlı vətənə qayıdım.Kənddən Əkbərin əmisi Kərim kişi ona cavab göndərdi.Lap iki ayağın olmasa da qayıtsan bil ki, öz ailəni, qohum-qardaşlarını sevindirərsən.Məktuba cavab qara kağızla gəldi.
Hüseynov Əkbər Almurad oğlu Batumi hərbi qospitalında cərrahiyyə əməliyyatından qalxmadı.O, cəsur bir ordu komandiri kimi həlak oldu.Vətən uğrunda canından keçmiş komandirə eşq olsun.Günorta vaxtı idi.Ana işdən evə balalarına baş çəkməyə gedirdi.Bərk isti idi.Yolda təkayaqlı Kərim kişi ilə rastlaşdı.Ana məktubun gec gəlməyindən narahat olduğunu söylədi.Kərim kişi gözlənilmədən yaylığını cibindən çıxarıb gözlərinə sıxdı.Bunu görən Məsməni dəhşət bürüdü, ayaqları titrədi, gözlərinə qaranlıq çökdü.Titrək səslə bunları deyə bildi.
-Əmi yəqin, Əkbərin başına bir iş gəlib!
Bunu deyib, ağlı şaşırmış halda çığırdı və huşunu itirib yerə sərildi.Ayılanda özünü evində gördü.Bütün kənd onların həyətinə toplaşmışdı.Bir zaman ana ərinin əksi ilə danışanda deyirdi ki, sən gələcəksən, şadlıq olar ən ağır çörəksiz qaldığımız günlərdə saxladığım o buzovu sənə qurban kəsərəm.
Ana bu buzovu kəsdi, əri, uşaqlarının atası yolunda ehsan payladı.Qoy uşaqlarımın atasının ruhu məndən inciməsin şad olsun.Ana iki balası ilə tək qaldı.Onları bağrına basıb için-için ağlayırdı.Çiçək bu ağır kədəri başa düşürdü.Əkrəm isə başa düşməyib, öz məsum baxışlarını adamların kədərli üzünə zillləyib, mat-mat baxırdı.Oğlunun bu halını görən ana onu bağrına basıb, saçlarını sığalladı.
-Oğlum, mənim həyatım, doymadığım məhəbbətimin son yadigarı.Çiçəyin məktəbinin vaxtı ötürdü.Elə oldu ki, ana uşaqlarının hər ikisini kənddəki dördillik məktəbə qoydu.Kəndin ağsaqqalları yığışıb ananı ata-baba qaydası ilə ərə vermək istədilər.Sərt cavabla qarşılaşdılar.
-Mənim ərim də, xoşbəxt həyatım da balalarımdır.Dövlətin yardımına baxmayaraq, ana işləmədən balalarını təmin edə bilmirdi.Qız anasının gizlincə küncdə-bucaqda xəlvət edib, ağladığını görmüşdü.O vaxt qıza elə gəlmişdi ki, atasından bu gün ayrılmışlar.
Günlərin bir günündə oğlan uşaqlarla oynamağa getmişdi.Evə çox müəmmalı sürətdə qayıtdı.Süfrə vaxtı oğlan anasına altdan-altdan nəzər yetirirdi.Anası xeyli arıqlamışdı.Yanaqlarının sümüyü qalxmış, gözləri çuxura düşmüşdü.Anasına yaxınlaşıb qollarını boynuna doladı.
-Anacan, mən istəyirəm mənim anam heç xəstələnməsin.Mən daha böyük oğlanam.Bacıma iş tapşıranda mənə də tapşır.Dərsimi hazırlayandan sonra işləyərəm.Evdə bacıma kömək edərəm.Amma, ana gəldim evə bacımı ağlayan gördüm.Qəribədir, məni görən kimi donunun ucu ilə gözünü dərhal sildi.Məsmə yaxınlaşıb oğlunun başını tumarladı.
-Oğlum bacın ilə işin olmasın deyərəm daha ağlamaz.Əkrəm anasından aralanıb pəncərə qabağında əyləşdi.Uzun müddət gözləri yolda qalan adamlar kimi xəyala daldı.O, yola baxır, xəyalı onu sehrli, anlaşılmaz bir aləmə aparırdı.Ananın ürəyi titrədi.Ata nəvazişindən məhrum olan övlad atasını həmişə arzulayır.Onun nəfəsi ilə böyümək, onunla fəxr etmək istəyirdi.
Əfsuslar olsun ki, bu xoşbəxt duyğular nəinki, Əkrəmə onun kimi yüzlərlə, minlərlə uşağa qismət olmadı.Oğlan gözlərini pəncərədən çəkib anasının uzun müddət günəş şüasından məhrum olan, solğun çiçəyə bənzər üzünə sual dolu nəzərlə baxdı.Ananın ürəyinə yaman dammışdı.Bu acı həqiqəti kimsə bu gün balama çatdırıb.Ürəyində deyindi: “Ay insafsız, balamın nə vaxtıdır onun qayğısız qəlbini yerindən oynadırsan”
-Bu gün Ayazla dalaşdıq.O mənə dedi ki, atama deyərəm səni döyər.Sənin atan hanı bəs? Əlbəttə ki, ölüb.
Ananın əlacı kəsilmişdi.Nə etməli idi? İş işdən keçmişdi.Vaxt gəlib qapını döymüşdü.Odur ki, üzünü balalarına tutdu.
-Düzdür atanız yoxdur.Atanız müharibədə həlak olub bala.Amma, müharibədən qayıtmayan tək sizin atanız deyil, balalarım.Minlərlə sizin kimi uşaqlar var.Atan bu gün bu xəbəri sənə çatdıran balanın da uğrunda canını fəda edib.Hələ bunlar azmış kimi lənətəgəlmiş A.Hitler Azərbaycanımızın ürəyi Bakıya can atırdı.Əgər, Hitler bizim Bakı neftini ələ alsaydı o, qüvvətlənib bizə qalib gələrdi.Yadınızda saxlayın bu tarixdir.İkinci dünya müharibəsi tarixi.İgidlərimizin qanı hesabına biz indi öz vətənimizdə işimizlə məşğul olub, rahat nəfəs alırıq.Balalarım atanız vətənə sədaqətlə xidmət edən komandirlərdən olub, mərdliklə həlak olub.Mən ümidimi sizə bağlamışam.Əgər, atanı sevirsənsə atan kimi mərd, vətənini sevən oğul ol.Yaxşı oxu, atanın yerini tut.Qoy onun ruhu şad olsun! Uşağın boğazı qubardan tutulduğundan qəmli-qəmli anasından soruşdu.
-Ana mən atama oxşayıram? O, necə adam idi?
Ana dərindən nəfəs aldı.
-Oğlum, atan uca boylu, mərd bir cavan idi.O, səni çox istəyirdi.Deyirdi ki, mən müəlliməm.Oğlum isə gərək mühəndis olsun.Sən atana oxşayırsan.Bir az acıqlısan.Atan lovğalığı sevməzdi.Deyərdi ki,adam gərək öz alın təri, əlinin zəhməti ilə yaşasın.
Gecədən xeyli keçmişdi.Ailədə heç kimin yuxusu gəlmirdi.Ana ağır bir yükü çiynindən atmışdı bu gecə. İllər qanadlı quş kimi uçub arxada qaldı.İllər ötdükcə Əkrəm yaşa dolaraq gənc, igid bir oğlan oldu.O, küçə ilə gedəndə yerliləri arxasınca baxıb “lap atasına oxşayır”- deyirdilər.Əkrəm qonşu kənddə orta məktəbi müvəffəqiyyətlə bitirmişdi.Atasının arzusunu yerinə yetirdi.O, ali savadlı mühəndis oldu.El içində hörmətli oldu.Çiçəyin isə iki uşağı var idi.Kənd sovxozunda fəhlə işləyirdi.Evləndiyi adam və uşaqları ilə xoşbəxt idi.Ana onların öz kəndində Əkrəmin çoxdan seçib bəyəndiyi müəllimə olan qızı oğluna almış və kənddə toy idi, şənlik idi, hamı sevinir, hamı gülürdü.Ana heç vaxt bugünki kimi sevinməmişdi.Ana gülür, ana sevinir, ana ağlayırdı.Bəylə gəlini təbrik etməyə gələnləri gülərüzlə qarşılayır, stul çəkir, xörək paylayırdı.
Oğluna, gəlininə baxdıqca ana fərəhlənir, ah çəkir, gözlərində yaş damlaları parıldayır.
Biz də, belə bir sevincli gündə kişi qeyrətli el anamızın sevincinə şərik olur və deyirik:
“Sevin anacan!Əziz ana! Gül, ağla, sevinc göz yaşlarını axıt.Sən illərlə axıtdığın göz yaşları ilə səadət tapmısan, sənin yolun əsl səadət yoludur.Sən elinə, obana cəmiyyət üçün layiqli bir oğul yetişdirdin.Sənin göz yaşların sevinc yaşlarıdır.Sənin göz yaşların sənin keçmişini yadına salır.Artıq, keçirdiyin iztirablar sevinclə əvəz olub.Sevin ana o təmiz, saf, vicdanlı qəlbin kədərə layiq deyil.Sənin sevinməyə haqqın vardır.Sən başını uca tut ana!
Sən buna layiqsən.Çünki, vətən və xalqımız namuslu, kişi dəyanətli qızını sevir və həmişə də sevəcəkdir!
SON XƏBƏRLƏR
“Odlar Yurdu Azərbaycan” layihəsinin bağlanış tədbiri keçirilib12:40Azərbaycanda 300-dən çox vəzifəli şəxsə qarşı cinayət işi açılıb12:38Azərbaycan dilində bir sıra sözlərin yazılışında dəyişiklik edilib12:36Faiq Qarayevdən "Azərreyl"in baş məşqçisinə dəstək12:31Voleybol üzrə Azərbaycan çempionatında növbəti matçın vaxtı açıqlanıb12:29Mourinyonun taleyi necə olacaq?12:26Nazirlikdən pensiyalarla bağlı əhaliyə şad xəbər12:18"Türkiyə ilə Azərbaycan böyük layihələr həyata keçirəcək" - İlham Əliyev12:1217 yanvarda gözlənilən hava şəraiti12:08Dünyanın ən dəbdəbəli həbsxanası hotel olacaq12:06“Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib”-BMT baş katibi12:02Antonio Qutyerres:"Əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir".11:59Gürcüstan prezidenti Saakaşvilini əfv etməyəcəyini qeyd edib11:57Elmar Məmmədyarov Fransa XİN rəhbəri ilə görüşüb11:51İƏT Parlament İttifaqının 13-cü sessiyası başlayıb11:48Həsən Məmmədzadə etimadnaməsini təqdim edib11:47Qızılın qiyməti yenidən ucuzlaşıb11:402017-ci ildə Azərbaycanda 11,5 min fərdi yaşayış evi istifadəyə verilib11:38Yeni aqroparkda ilk dəfə əkin həyata keçirilib11:36Azərbaycan neftinin qiymətindən nə xəbər?11:34Tarkanın arvadı ilə çəkildiyi klip11:31Vilma alman yeni obrazda11:29Çılpaq görünsə də səlində elə deyil+fotolar11:28“Gənclər arasında etiket və protokol qaydalarının təbliği” layihəsinin bağlanış tədbiri keçirilmişdir14:16Şah Abbas karvansarasındakı bərpa işlərinin bu il tamamlanacağı gözlənilir12:07Dövlət uşaq bağçaları bu qaydada maliyyələşəcək12:05Rüşvətxor direktor vəzifəsindən azad edilib12:032017-ci ildə Azərbaycanda nə qədər neft hasil olunub?12:01Azərbaycan neftinin son qiyməti11:59Azərbaycanda “Üzümçülük vadisi” salınır11:58Azərbaycanda neft və qazın hasilatları azalıb11:56Günün AZN məzənnələri11:54Dünyada ilk dəfə 8 tonluq plov bişirildi11:5216 yanvarda gözlənilən hava şəraiti11:50Tanınmış model çimərlikdə+fotolar11:37Emilidən çılpaq fotosessiya11:17Tanınmış modeldən cazibədar pozlar+fotolar11:13Rayan Giqqz baş məşqçi təyin edilib11:00“Barselona”nın ulduzu yenə zədələnib10:58Herve Tçami rəsmən “Keşlə”də10:56Kolumbiyada körpünün uçması nəticəsində 10 nəfər ölüb10:31Yunanıstanda 4,5 bal gücündə zəlzələ baş verib10:28Madaqaskarda qasırğa 51 nəfərin ölümünə səbəb olub10:27Rumıniyanın baş naziri istefa verib10:25ABŞ prezidenti Şeyxə zəng edib10:24Nursultan Nazarbayev ABŞ-a səfər edir10:22Messi yeni müqavilə ilə fantastik gəlir qazanacaq14:02"Neftçi"nin sonuncu rəqibi müəyyənləşib13:59“Beşiktaş” Cenk Tosunun yerini onunla dolduracaq13:56ABŞ-ın neft istehsalçıları yeni quyular qazmağa başlayıblar13:52Avro bahalaşıb13:49ABŞ rəsmisindən Bitcoin xəbərdarlığı13:47Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlanıb13:4614 yanvarda gözlənilən hava şəraiti13:44Baykal gölünün valehedici qış mənzərəsi13:43Bu məbləğləri ödəməklə balıq ovu ilə məşğul ola bilərsiniz+siyahı13:39“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi-nin açılışı təxirə salınıb13:34