Hava
booked.net
InvestAZ
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
07 avq 17:00Siyasət

XİN-dən Paşinyanın açıqlaması ilə bağlı bəyanat

XİN-dən Paşinyanın açıqlaması ilə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.Xebermen.info xəbər verir ki bəyanatda qeyd edilir ki, Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.
Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndində etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu.

Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək.

Niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər. Görünür Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur.

Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir.
SON XƏBƏRLƏR
Avropa istehlak mərkəzləri üçün presedent rolunu oynayacaq12:08Azərbaycan neftinin qiyməti ucuzlaşıb12:05Pilotun ŞOK SƏS YAZISI ÜZƏ ÇIXDI: "Aman Tanrım, yaxınlaşmayın"12:03İstirahət günlərində hava necə olacaq?12:02Maykl Cekson keçəl olub?11:59Beşiktaş qələbə qazandı11:56Qax rayonunda it uşağı dişləyib11:55Ərdoğan bu ölkəyə səfər edəcək11:54İlham Əliyev Zelenskiyə məktub göndərdi11:52Yarım il ərzində Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub15:57Azərbaycan neftinin qiyməti ucuzlaşıb15:55"Avropanın sənaye fondu yaradılacaq"15:53İqtisadiyyatımızın 5-də 1-i qədər xaricə borcumuz var15:51“Titanik”in parçaları sürətlə yoxa çıxır15:4924 avqustda gözlənilən hava şəraiti15:45Yubileyi görə açıq-saçıq fotosessiya etdirdi15:43Hülya Avşarın qızından bikinili poz+fotolar15:41Azarkeşlər istədi, istefaya getdi15:38Keçmiş futbolçu vəfat etdi15:37Bərdə rayonunda kanaldan kişi meyiti tapıldı15:35Bakı-Sabunçu qatarından istifadə edənlərin nəzərinə..15:34Türkiyədə balıqçılar nəhəng köpəkbalığı tutdular15:33İran “Oskar”a namizəd filmi təqdim etdi15:29Sara bu televiziyada işə başladı15:27Tofiq Yaqubluya rəsmi xəbərdarlıq edildi15:25XİN-dən Dağlıq Qarabağdakı qondarma seçkilərlə bağlı açıqlama15:23Dəniz kənarı “Bağ evi” təcili satılır09:38Bu rayonda 3 ildə 2 min hektardan çox yeni fındıq bağları salınıb14:27Azərbaycan neftinin qiyməti ucuzlaşıb14:24Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb14:23ABŞ prezidenti:Çin ilə müqavilə bağlamağa hazır deyiləm14:22İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə-İnanmayacaqsınız+fotolar12:5721 avqustda gözlənilən hava şəraiti12:55Ona "fahişə" deyən gənci polisə verdi12:51Adriana Limadan sonra Simge ilə sevgili oldu12:49Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulur12:42Baş məşqçi 20 illik parikini çıxardı12:40Bakı və Gəncənin bir hissəsində qaz yoxdur12:37Quba rayonunda meşə yanğını söndürülüb12:35Uruqvay Prezidentində ağciyər xərçəngi aşkarlandı12:33Türkiyədə zəlzələ baş verib12:31Sudan tarixində bir ilk..12:29Merkel və Ərdoğan telefonla danışıblar12:27Əhalinin gəlirləri 6,6%, qiymətlər 2,7% artıb12:38Azərbaycan neftinin qiymətindən nə xəbər?12:37Ölkədə 5,6 min iş yeri bağlanıb12:36Türkiyədə quru çayın qiyməti artırılıb12:346 ayaqlı doğuldu12:27Belladan ayrılaraq Emili ilə sevgili oldu12:24“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı12:23“Fənərbağça” mövsümə darmadağınla başladı12:22“Mən o adamları azarkeş adlandırmazdım” - Petrov12:2013 yaşlı uşaq zəhərləndi12:12Yardımlı rayonunda meşə zolağı yanıb12:11Suriyada xəstəxana partladılıb12:10Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı12:09Ukrayna prezidenti qubernatoru işdən çıxardı12:08