Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
12 sen 10:32Siyasət

“Paşinyan odla-su arasında qalıb” - Vüqar Rəhimzadə

“Paşinyan odla-su arasında qalıb” - Vüqar Rəhimzadə

"Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb"

“Ermənistan çox ciddi iqtisadi və siyasi böhranla üz-üzədir. Nikol Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb. Buna səbəb isə “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslərin Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığının yaranmasıdır”.

Xebermen.info-nun verdiyi məlumata görə bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, “Amulsar” qızıl mədəni ətrafında yaranmış siyasi xaos və Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna çox ciddi mənfi təsir göstərməkdədir: “Ümumiyyətlə, bu layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi deməkdir. Bu mənada Nikol Paşinyan da layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Çünki layihə baş tutmayacağı təqdirdə baş nazir Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq”.

“Müşahidələrimiz onu göstərir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya kapitalını sıxışdırmaq üçün addımlar atılıb” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Paşinyan antirusiya fəaliyyətini əsaslandırmaq üçün “Amulsar” ətrafında manipulyasiya edir. Guya “Amulsar”ın fəaliyyətə başlaması işsizliyin azalmasına şərait yaradacaq, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin bunun ağ yalan olduğunu həm cəmiyyət, həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri vurğulayırlar. Həmçinin müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühitə və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, “Lydian International” Qərb kapitallı bir şirkətdir və Nikol Paşinyan da bu şirkətə Ermənistanda işləməyə icazə verməklə hakimiyyətini gücləndirmək, Rusiyadan asılılığı azaltmaq üçün Böyük Britaniyaya, ABŞ-a yarınmaq niyyətindədir: “Lakin Paşinyanın hesablaya bilmədiyi bir məqam var idi, o da erməni xalqının rəyidir. Paşinyan öz aləmində siyasi manevr etməyə çalışsa da, odla-su arasında qalıb. Bir tərəfdən, Ermənistan ictimaiyyəti, digər tərəfdən, Rusiya faktoru Paşinyanı çıxılmaz duruma salıb. Hətta, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkətin lehinə qərar verməsi vəziyyəti daha da gərginləşdirib. Bəlkə də elə bu səbəbdəndir ki, Paşinyan vəziyyətdən çıxış yolunu Vaşinqtonda axtarmaqdadır. Ona görə də sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində “Amulsar” qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında Paşinyan hökumətinin “Lydian” şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirməsi nə dərəcədə ciddi olmasının göstəricisi sayıla bilər”.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, “Amulsar” qızıl mədəni ətrafında baş verənlər bu gün Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemə çevrilib: “Çünki mədənlə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Hətta, “Daşnaksütyun” partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Bu kontekstdə layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim “Mənim Addımım” Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Eyni zamanda, müxalif “Çiçəklənən Ermənistan” partiyası da ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə “Amulsar” qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib. Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahatlığını bölüşüb. Radikal “Sasna Tser” partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə “Amulsar” layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib. Bütün bu siyasi diskussiyalar və addımlar onu göstərir ki, Ermənistan növbəti, əgər belə demək mümkündürsə, daha dərin siyasi böhran ərəfəsindədir”.

Vüqar Rəhimzadə söyləyib ki, onsuz da Rusiya ilə siyasi münasibətləri gərgin olan Ermənistanın durumu Paşinyanın verəcəyi qərardan asılı olacaq. İstənilən halda Paşinyan Ermənistanı ya siyasi, ya da sosial-iqtisadi böhrana salacaq.
SON XƏBƏRLƏR
Gənc ifaçı səsi ilə dinləyənləri heyran edir+video12:11"Çin alışlara başladı, daha çox almalarını istəyirəm"11:20AZN məzənnələri açıqlanıb11:18Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:12Bu həftə Azərbaycan faiz qərarını açıqlayacaq11:09Dünyanın ən uzun məsafəli uçuşu həyata keçirildi: 19 saat 16 dəqiqə11:0322 oktyabrda gözlənilən hava şəraiti10:59Cem Yılmaz Defnedən ayrılıb10:57Türkiyəli müğənninin videosu tənqid edildi+video10:56Konor Moskvaya gedir10:51UEFA Serbiya millisini cəzalandırdı10:50Ukrayna prezidenti keçmiş “KVN”çini vəzifəyə gətirdi10:48ABŞ Türkiyəni müharibə ilə hədələdi10:47İlham Əliyev Əli Həsənovu işdən çıxardı10:25ABŞ-ın Azərbaycandakı səfirliyi mitinqlə bağlı bəyanat yaydı10:23Maşın aşdı, sürücü altında qaldı09:58Yaqub Eyyubovun köməkçisi vəfat etdi09:55Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08