Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
13 sen 14:21Siyasət

“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”

“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”

“Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-quo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı”.Xebermen.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, Azərbaycan Hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirib və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırılıb.

“AR Xarici İşlər naziri tərəfindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk Qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarda Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə tarixən yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsi ilə nəticələnən Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasətinin bu ölkə rəhbərliyinin son bəyanatlarında açıq şəkildə etiraf edildiyi vurğulandı və hərbi işğalın doğurduğu beynəlxalq hüquqi məsuliyyət məsələlərinə diqqət yönəldilərək, beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməli və həssas danışıqlar prosesində tarazlığın pozulmasına gətirməməli olduğunu bəyan etdi. ABŞ-ın Azərbaycandakı səfiri Ermənistan Baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir ki, aparılan danışıqların mahiyyətini münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir. Bu isə həmsədr ölkələrin bəyanatlarında, o cümlədən 9 mart 2019-cu il tarixli, dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salınmış insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönüşünün təmin edilməsini nəzərdə tutur.

Azərbaycanın ərazilərini hərbi işğal edərək bu ərazilərdəki yerli azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan Ermənistanın, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmə prinsipinin xeyirxah məqsədlərindən öz işğalçı siyasətini gizlətmək üçün sui istifadə etməsi yolverilməzdir. Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusu yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.

Məlumdur ki, Ermənistan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Həmsədrlərin bəyanatlarında qeyd olunduğu kimi münaqişənin sülh yolu ilə həlli BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözdə hər zaman səsləndirdikləri münaqişənin sülh yolu ilə həllinə nəinki xidmət etmir, əksinə münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır. Buna görə də onun ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcəkdir.

Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin”.
SON XƏBƏRLƏR
Gənc ifaçı səsi ilə dinləyənləri heyran edir+video12:11"Çin alışlara başladı, daha çox almalarını istəyirəm"11:20AZN məzənnələri açıqlanıb11:18Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:12Bu həftə Azərbaycan faiz qərarını açıqlayacaq11:09Dünyanın ən uzun məsafəli uçuşu həyata keçirildi: 19 saat 16 dəqiqə11:0322 oktyabrda gözlənilən hava şəraiti10:59Cem Yılmaz Defnedən ayrılıb10:57Türkiyəli müğənninin videosu tənqid edildi+video10:56Konor Moskvaya gedir10:51UEFA Serbiya millisini cəzalandırdı10:50Ukrayna prezidenti keçmiş “KVN”çini vəzifəyə gətirdi10:48ABŞ Türkiyəni müharibə ilə hədələdi10:47İlham Əliyev Əli Həsənovu işdən çıxardı10:25ABŞ-ın Azərbaycandakı səfirliyi mitinqlə bağlı bəyanat yaydı10:23Maşın aşdı, sürücü altında qaldı09:58Yaqub Eyyubovun köməkçisi vəfat etdi09:55Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08