Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
05 okt 13:25Siyasət

““Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur” - İlham Əliyev

““Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur” - İlham Əliyev

Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. Xebermen.info qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib:

“Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.

Əliyev Ermənistanın təcavüzkar siyasətinin bu gün də davam etdiyini qeyd edib:

“Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib”.
SON XƏBƏRLƏR
Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08Azərbaycandan Rusiyaya nota!10:06Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:07Qızılın qiyməti barədə növbəti proqnoz11:16Narınginin satış qiyməti düşüb11:15AZN məzənnələri açıqlanıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1211 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu - İranlı qaçqının ibrətamiz hekayəsi10:4115 oktyabrda gözlənilən hava şəraiti10:40Türkiyəli serialın yayımı təxirə salındı10:33Tanınmış müğənni evində ölü tapıldı10:30İngiltərə qələbə qazandı10:28“Spartak”ın yeni baş məşqçisi məlum oldu10:25İtkin düşən balıqçının axtarışları davam etdirilir10:24Sürücülərin diqqətinə!10:18Tunisin yeni prezidenti bəlli olub10:15ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı10:12İlham Əliyevlə Viktor Orban arasında görüş olub10:11