Hava
booked.net
InvestAZ
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
07 okt 10:57Siyasət

“Putinin Əliyevlə dostluq etməsi təsadüfi deyil” - Arkadi Mamontov

“Putinin Əliyevlə dostluq etməsi təsadüfi deyil” - Arkadi Mamontov

Rusiya və Azərbaycan arasında informasiya əməkdaşlığının səviyyəsi: postsovet məkanında bugünkü reallıqları nəzərə alsaq, Rusiya və Azərbaycan cəmiyyətlərinin ehtiyaclarına nə dərəcədə uyğundur?

Xebermen.info-nun qafqazinfo-ya istindən məlumatına görə, Rusiya Televiziya Akademiyasının üzvü, Rusiyanın ən məşhur jurnalistlərindən biri, televiziya aparıcısı və bir çox sənədli filmin müəllifi Arkadi Mamontov bu mövzuda Media.az-a danışıb.

- Mən hesab edirəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya mübadiləsi son dərəcə vacibdir, amma o ürəkaçan deyil.

- Bundan ötrü nə çatışmır?

- Əlbəttə biz, Rusiyada, müasir Bakının indi necə yaşadığını daha yaxşı bilmək istərdik. Şəxsən mənim üçün indi Azərbaycan kinematoqrafının necə inkişaf etdiyini, indi Azərbaycan haqqında nələr danışdıqlarını (Rusiyada - redaksiya) bilmək maraqlı olardı. Hər şeydən əvvəl, deməliyəm ki, sizin dəyərli Prezidentiniz İlham Əliyev çox güclü şəxsiyyət, böyük siyasətçidir. Təsadüfi deyil ki, bizim prezidentimiz Vladimir Putin İlham Əliyevlə dostluq edir, onunla bərabərhüquqlu ünsiyyət saxlayır. Onlar, necə deyərlər, eyni dalğadadırlar. Daha bir məqam: yayda Bakıda keçirilən “JARA” festivalı hamıya məlumdur. Sizin dadlı meyvələr, tərəvəzlər də öz yerində.

Mənim üçün, məsələn, Bakı haqqında Azərbaycan sənədli kino istehsalçıları tərəfindən çəkilmiş sənədli filmi görmək maraqlı olardı. Müstəqillik illəri ərzində bu şəhərdə nələr baş verib, o necə dəyişib? Deyirlər ki, Bakı Şərqin əsl mirvarisinə çevrilib.

Bizim həmyerlilərimizin necə yaşadıqlarını bilmək maraqlı olardı. Yeri gəlmişkən, mən bilirəm ki, azərbaycanlıların əksəriyyəti rusca aksentsiz danışır. Bu əladır! Bakı - beynəlmiləl şəhərdir, mən keçən əsrin 90-cı illərində sizdə olmuşam. Çox xoş xatirələrim qalıb. Ona görə, əgər Rusiya televiziyasında belə filmlər çıxsaydı, bu çox yaxşı olardı.

Əvvəllər, sovet dövründə sənədli kinonun sistemi vardı, Bakı, Kiyev, Minsk və başqa şəhərlərdə ittifaq kinostudiyaları vardı. Hər respublikanın kinostudiyası həmin respublikanın həyatı haqqında silsilə sənədli filmlər təqdim edirdi. İnsanlar bir-biri ilə bağlı idi. Bu, başqa respublikaların nümayəndələrinə hörmət, beynəlmiləlçilik, bir-birinin adətlərinə və mədəniyyətinə hörmət tərbiyə edirdi. İndiki kimi gərginlik yox idi. Moskvada, Novosibirsk, İrkutsk və başqa şəhərlərdə həyat haqqında rus filmlərini göstərmək də maraqlı olardı.

Azərbaycan və Rusiya televiziya studiyaları arasında mübadilə lazımdır. Deyək ki, Azərbaycan kanalında Rusiya haqqında, Rusiyada isə Azərbaycan haqqında veriliş yayımlanır.

- Müəyyən layihələrin reallaşdırılması üçün sizi Bakıya dəvət etsələr, gələrdinizmi?

- Əlbəttə, məmnuniyyətlə. Məsələ yalnız həmin səfərin tarixinin razılaşdırılmasından asılıdır (gülümsəyir - redaksiya.).

- Bəzən belə fikirlərsəslənir ki, Rusiya ilə Azərbaycan arasında informasiya əməkdaşlığının dərinləşməsi üçün hər iki ölkəni birləşdirənhansısa bir ciddi media qurumu yaratmaq lazımdır...

- Bilirsiniz, belə məsələlər bizim ölkələrimizin rəhbərliyi səviyyəsində həll edilir. Amma, əlbəttə, güclü Rusiya-Azərbaycan informasiya agentliyi yaratmaq maraqlı olardı, həmin agentlik Rusiyadan və Azərbaycandan çox yüksək səviyyədə qarşılıqlı xəbərlər verər, telekörpülər yaradardı.

Rusiya və Azərbaycan - müxtəlif və müstəqil dövlətlərdir. Mən bu dövlətləriyenidən birləşməyə çağırmıram. Amma biz qonşularıq, biz iqtisadi cəhətdən indi də bağlıyıq, yaxın gələcəkdə də bağlı olacağıq. Yaşlı nəsil yaxşı xatırlayır ki, biz vaxtilə bir ölkənin tərkibində olmuşuq. Mədəni əlaqələri, informasiya əlaqələrini kəsmək olmaz. Bu,qarşıdakı illərdə yarana biləcək çətinliklərə bizim hamımızın sinə gərib dayanmığımıza imkan verəcək.
SON XƏBƏRLƏR
Azərbaycan neftinin qiymətindən nə xəbər?11:56Manatın məzənnəsi olacaq?11:53İstirahət günlərində gözlənilən hava proqnozu11:51Mehmet Ali Erbil yenidən xəstəxənaya yerləşdirilib11:39İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı11:36Gəncədə körpə uşaq qızdırmadan öldü11:35Trampla Ərdoğan arasında yeni danışıq oldu - Tvitterdə xəbər etdilər11:34Elmar Məmmədyarov yeni səfirlə görüşüb11:31Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib15:30Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı14:43Quşçuluq fabriklərinin ət istehsalı azalıb, yumurta istehsalı artıb11:17AZN məzənnələri açıqlanıb11:15Türk lirəsi bahalaşıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1218 oktyabrda gözlənilən hava şəraiti11:05Türkiyəli aktyor evlənib10:59Əri Lolitanın pullarını sevgilisinə xərcləyirmiş...10:56Makqreqor rəqibinin adını açıqladı10:46“El Klasiko” təxirə salındı10:37Bu il ölkədə 54 üçəm, 4 dördəm doğulub10:36Əhalinin sayı açıqlandı10:32BMT Baş katibi ABŞ-Türkiyə razılaşmasına münasibət bildirdi10:30Alyaskada zəlzələ qeydə alınıb10:30Siyasətçilər Trampa əsəbiləşib iclası tərk etdilər10:28Türkiyə prezidenti ABŞ-ın Vitse-prezidenti ilə görüşdü10:25Müstəqil dövlətin müstəqil övladları adlı tədbir keçirilib11:30Avtomobil idxalında artım müşahidə edilir10:46Koreya faizi rekord aşağı səviyyəyə saldı10:44AZN məzənnələri açıqlanıb10:43Azərbaycan neftinin qiymətindən nə xəbər?10:4216 oktyabrda gözlənilən hava şəraiti10:38Gənc milyarder yenə ana olmaq istəyir10:36"Playboy" modeli bu ölkədə prezidentliyə namizəd oldu10:34“Bu Trampın, Makronun işidir” - Şenol Günəş10:25Borislav Mixaylov istefa verib10:23Göz üçün faydalı qidalar10:20“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”10:18Putin Ərdoğanı Rusiyaya dəvət etdi10:13Suriyada bir həftəyə 637 terrorçu öldürülüb10:12Türkiyə prezidentinin Azərbaycana səfəri başa çatdı10:08Azərbaycandan Rusiyaya nota!10:06Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:07Qızılın qiyməti barədə növbəti proqnoz11:16Narınginin satış qiyməti düşüb11:15AZN məzənnələri açıqlanıb11:13Azərbaycan neftinin qiyməti ucuzlaşıb11:1211 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu - İranlı qaçqının ibrətamiz hekayəsi10:4115 oktyabrda gözlənilən hava şəraiti10:40Türkiyəli serialın yayımı təxirə salındı10:33Tanınmış müğənni evində ölü tapıldı10:30İngiltərə qələbə qazandı10:28“Spartak”ın yeni baş məşqçisi məlum oldu10:25İtkin düşən balıqçının axtarışları davam etdirilir10:24Sürücülərin diqqətinə!10:18Tunisin yeni prezidenti bəlli olub10:15ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı10:12İlham Əliyevlə Viktor Orban arasında görüş olub10:11