XEBERMEN.info
 Valyuta məzənnəsi

Azərbaycan XİN Ukrayna və İrana başsağlığı verdi

Tarix:9-01-2020, 10:32

Azərbaycan XİN Ukrayna və İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan şəxslərlə bağlı Ukrayna və İrana başsağlığı verib.

Xebermen.info xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter səhifəsində məlumat verilib:

“Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədərlə eşitdik. Faciə qurbanlarının ailələri və dostlarına başsağlığı veririk”.

Qeyd edək ki, qəza nəticəsində 167 sərnişin və 9 ekipaj üzvü vəfat edib.

Oxunub: 14



XƏBƏR LENTİ