XEBERMEN.info
 Valyuta məzənnəsi

“Bəlkə də İran bu təyyarəni istəmədən vurub”+video

Tarix:10-01-2020, 10:54

“Bəlkə də İran bu təyyarəni istəmədən vurub”+video

Kanada Baş Naziri Castin Tryudo rəsmi Tehranı Ukrayna təyyarəsinin qəzaya düşməsinə səbəbkar olmaqda ittiham edib.

Xebermen.info qafqazinfo-ya istinadən xəbər verir ki, o, İranın “yer-hava” raketi təsadüfən işə salındığından təyyarənin vurulduğunu iddia edib.

“Kanada vətəndaşlarına son müraciətimdən bəri Qərb ölkələrinin Xarici İşlər nazirləri, kəşfiyyat rəhbərləri və hərbçilərlə danışıqlar davam edir. Bu ölümcül fəlakətin mümkün səbəbləri haqqında vacib yeni məlumatları əldə etmişik və kanadalılar da bunları bilməlidirlər. Bu xəbər, şübhəsiz ki, əzab çəkən ailələr üçün daha bir şok olacaq. Müttəfiqlərimizin kəşfiyyat orqanlarına görə, təyyarə İranın “yer-hava” raketi ilə vurulub. Bəlkə də bu, istəmədən həyata keçirilib”, - deyə Tryudo bəyan edib.

Tryudo, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını və Kanadanın qəzanın araşdırılması üçün Ukrayna ilə sıx əməkdaşlıq edəcəyini söyləyib.

Onun sözlərinə görə, qəza yerində tapılan “qara qutular” İranda qalacaq. Lakin Tehran hökuməti Zelenskini Ukrayna müstəntiqlərinin onlara giriş əldə edəcəyinə inandırıb.

https://youtu.be/QNPGki3lxnM

Oxunub: 38



XƏBƏR LENTİ