XEBERMEN.info
 Valyuta məzənnəsi

“Ukrayna “Boeng”i İran raketi tərəfindən təsadüfən vurula bilərdi”

Tarix:10-01-2020, 10:54

“Ukrayna “Boeng”i İran raketi tərəfindən təsadüfən vurula bilərdi”

“Ukraynanın “Boeing 737” layneri İranın yer-hava tipli raketi ilə təsadüfən vurula bilərdi”.Xebermen.info-nun qafqazinfo-ya istinadən məlumatına görə, bu sözləri Böyük Britaniyanın Baş Naziri Boris Conson deyib.

“Hazırda təyyarənin İranın “yer-hava” raketi ilə vurulması barədə çox sayda məlumat var. Bu, təsadüfən də ola bilərdi. Biz Kanada və beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik, tam və şəffaf tədqiqat aparmaq zəruridir”, - Britaniyanın Baş Nazirinin yazılı bəyanatında qeyd edilib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın "Boeing 737" təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub.

Tehran qəzanın mühərrikdə yanğının baş verməsi səbəbindən meydana gəldiyini ehtimal edir.

Oxunub: 35



XƏBƏR LENTİ