XEBERMEN.info
 Valyuta məzənnəsi

“Bunun üçün biz məsuliyyət daşımırıq” - İlham Əliyev

Tarix:24-01-2020, 11:02

“Bunun üçün biz məsuliyyət daşımırıq” - İlham Əliyev

“Düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır”.

Xebermen.info qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var: “Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Dövlət başçısı bildirib ki, bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük: “Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.

Oxunub: 33



XƏBƏR LENTİ
Ucqar kənd məktəbində həyata keçirilən layihələr şagirdlərin bilik səviyyəsi və dünyagörüşünün artmasında mühüm rol oynayır
«Cəsurluq Məktəbi» adlı layihə çərçivəsində təlimlər keçirilir
“Cəsurluq məktəbi” adlı layihə icra edilir
İsmayıllı rayonu Gəndov Kənd orta Məktəbində şagirdlərin hərtərəfli inkişafı üçün müxtəlif istiqamətli layihələr həyata keçirilir
Ucqar kənd məktəbi keçirdiyi layihələrlə təhsil ictimaiyyətinin diqqətini cəlb edir
Sevda Bədəlova təbliğat kampaniyasını uğurla həyata keçirir
İsmayıllı rayonunun Gəndov Kənd Orta məktəbində Etwinning layihəsi davam edir
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib
Ceyhun Əsgərov: Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənlikləri ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Azərbaycanın qurudakı yataqlarından neft hasilatının azalacağı gözlənilir
Turizmdə reytinq cədvəli dövrü gəlir
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı
Artıq heç kəs virusa yoluxmayacaq - Yeni İXTİRA
"Bir Zamanlar Çukurova"nın aktrisasına milyonluq təklif
"Zalim İstanbul"a yeni aktyor daxil oldu
“Qarabağ”dan ard-arda 2 məğlubiyyət
Məşhur basketbolçu Kobi Brayant helikopter qəzasında öldü
Mingəçevirdə zəlzələ baş verib
Braziliyada güclü leysan baş verib
Türkiyədə zəlzələ qurbanlarının sayı 38-ə çatıb
Rusiya prezidenti Ərdoğana başsağlığı verdi
Bu gündən seçki bülletenləri çap olunacaq
İsmayıllı rayonunun ucqar kənd məktəbinin müəllimi yeni metodlarla şagirdlərin elmə həvəsini artırır
Gürcüstandan Azərbaycana avtomobil idxalında beşqat artım
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
AZN məzənnələri açıqlanıb
ABŞ-ın xam neft ehtiyatları azalıb
Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI