Hava
booked.net
InvestAZ
Təqvim
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
17 yan 11:51Siyasət

Elmar Məmmədyarov Fransa XİN rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov Fransa XİN rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.



Xebermen.info-nun verdiyi məlumata görə,Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib və siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb.



Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi, mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.



Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib.



Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirib və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini deyib.



Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir ediblər və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğulayıblar.



Söhbət zamanı, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolu və Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi münasibətlərə müsbət təsiri qeyd olunub.



Azərbaycanda Fransanın 50-dən çox şirkətinin fəaliyyət göstərdiyini bildirən Elmar Məmmədyarov Fransanın ölkəmizin neft və qaz sektorunda “Total Fina Elf”, “Total E&P Absheron” və “GDF Suez E&P” şirkətləri ilə təmsil olunduğunu bildirib. Bu xüsusda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələri barəsində məlumat verib.



E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını bildirib, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsinin Azərbaycanın prioritet sahələrinin sırasında, Fransanın isə bu sahədə aparıcı ölkələrdən biri olduğunu nəzərə alaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in Fransanın “Arianespace” şirkətinin “Ariane-5” raketi ilə 2013-cü ilin fevralında Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə çıxarıldığını xatırladıb və “Arianespace” şirkəti ilə imzalanmış müqavilə əsasında, Azərbaycanın “Azerspace-2” telekommunikasiya peykinin 2018-ci ilin əvvəlində orbitə çıxarılmasının nəzərdə tutulduğunu qeyd edib.



Görüşdə həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
SON XƏBƏRLƏR
Azərbaycanda bu yolda tır partladı14:49Rusiyanın bu aviaşirkəti Azərbaycana uçuşlara başlayır11:55Azərbaycan radiator istehsalı müəssisəsi yaradılır11:53Azərbaycan neftinin son qiyməti11:51Avro yenidən ucuzlaşıb11:50Neftin qiyməti bahalaşıb11:48AZN məzənnələri açıqlanıb11:46Əhmədinejat Xameneiyə məktub göndərib11:43Mahmud Abbas xəstəxanaya yerləşdirilib11:40ABŞ-ın dəniz piyadaları rus qışına hazırlaşır11:38“Lokomotiv” 1/8 final mərhələsinə vəsiqə qazandı11:36Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib11:35Cengiz Ünder ÇL-in tarixinə düşüb11:32İnternetdə evlənmək mümkün olacaq11:22Tanınmış model reklama çəkildi+fotolar11:15Türkiyəli müğənni mədəsini kiçiltdi11:03Azərbaycanda bu film yayımdan qaldırıldı+video11:01Qəbələ rayonunda ev yanıb10:42Prezidentin fərdi təqaüdü artırıldı10:38Bu şəxslərin aylıq təqaüdü 100 manat artırıldı10:33ABŞ-dan Şərqi Quta ilə bağlı açıqlama10:312019-cu ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək?10:19Rene van der Linden:“Münaqişənin həlli ilə bağlı nikbin yanaşmalar görürük10:16Tanınmış model gecə klubuna alt paltarsız gəldi+fotolar09:58Neftçala rayonunda istehsal ediləcək avtomobillərin adı nə olacaq?13:24Azərbaycan neftinin son qiyməti13:20Yeni avtomobil yolu ödənişli olacaq13:18Sabaha gözlənilən hava şəraiti13:17Şenol Güneş Bavariya-Beşiktaş oyunu barədə danışıb13:12Azərbaycan idmançısında dopinq aşkar edildi13:10Real səfərdə qələbə qazandı13:07"Çılpaq olanda rahatam" deyib soyundu + fotolar13:06Kök modeldən cəsarətli fotolar13:04Azərbaycanlı aktrisa qarlı havada çılpaq fotosessiya etdirdi13:02Valyuta hərracında dollar bahalaşıb sabit qalıb yoxsa ucuzlaşıb?12:59Şahin Mustafayevdən Misir şirkətlərinə çağırış12:57Fed protokollarının dərc edilməsindən sonra, dollar bahalaşdı12:27Ölümsüzlük mümkün olur?12:23ABŞ prezidenti ABŞ-da müəllimlərə silah verilməsini təklif edib12:19Saakişvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq12:16ABŞ səfirliyinə əl qumbarası atdı, sonra intihar etdi12:14Məzahir Pənahov Yankauskasla görüşüb12:12YAP imzatoplama kompaniyasını yekunlaşdırıb12:09Rusiya prezidenti Azərbaycan nümayəndə heyəti ilə görüşəcək09:27Bakının bu rayonlarında 100 yaşdan yuxarı insan yoxdur09:24Bakının bu ərazisində su olmayacaq09:22Türkiyəyə qatarla gedə biləcəksiniz09:20Neftin qiyməti ucuzlaşıb10:40Qızılın qiyməti xeyli ucuzlaşıb10:38”Qəhrəmanlarımızı Tanıyaq” adlı layihənin açılış tədbiri keçirilmişdir10:34Netanyahu Mahmud Abbası bu məsələdə günahlandırıb10:26Tanınmış aktyor bu videosu ilə sağ olduğunu bir daha sübut edib+video10:23Cazibədar aktrisanın bu fotosu çoxlarını təəccübləndirdi10:20Tanınmış modeldən cazibədar foto10:18Mərkəzi Bank notlarını satır10:16Cari ilin yanvar ayında ölkədə ümumi daxili məhsulun istehsalında artım olub10:14Azərbaycan neftinin qiymətindən nə xəbər?10:12