Hava
booked.net
InvestAZ
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
12 may 10:33Siyasət

Atəşkəs sazişinin imzalanmasından 24 il ötür

Atəşkəs sazişinin imzalanmasından 24 il ötür

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür.



Xebermen.info-nun apa-ya istinadən məlumatına görə, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.



Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.



Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər.



Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.



Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.



Atəşkəsdən ötən 24 il ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib. Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində strateji Lələ təpə yüksəkliyini və Tərtər istiqamətində Talış kəndi ətrafında mövqeləri işğalçılardan təmizləyib. Döyüşlərdə hər iki tərəf xeyli itki verib.
SON XƏBƏRLƏR
Dəniz kənarı “Bağ evi” təcili satılır09:38Bu rayonda 3 ildə 2 min hektardan çox yeni fındıq bağları salınıb14:27Azərbaycan neftinin qiyməti ucuzlaşıb14:24Neft, ABŞ-da ehtiyatların sürpriz şəkildə azalması ilə bahalaşıb14:23ABŞ prezidenti:Çin ilə müqavilə bağlamağa hazır deyiləm14:22İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə-İnanmayacaqsınız+fotolar12:5721 avqustda gözlənilən hava şəraiti12:55Ona "fahişə" deyən gənci polisə verdi12:51Adriana Limadan sonra Simge ilə sevgili oldu12:49Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulur12:42Baş məşqçi 20 illik parikini çıxardı12:40Bakı və Gəncənin bir hissəsində qaz yoxdur12:37Quba rayonunda meşə yanğını söndürülüb12:35Uruqvay Prezidentində ağciyər xərçəngi aşkarlandı12:33Türkiyədə zəlzələ baş verib12:31Sudan tarixində bir ilk..12:29Merkel və Ərdoğan telefonla danışıblar12:27Əhalinin gəlirləri 6,6%, qiymətlər 2,7% artıb12:38Azərbaycan neftinin qiymətindən nə xəbər?12:37Ölkədə 5,6 min iş yeri bağlanıb12:36Türkiyədə quru çayın qiyməti artırılıb12:346 ayaqlı doğuldu12:27Belladan ayrılaraq Emili ilə sevgili oldu12:24“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı12:23“Fənərbağça” mövsümə darmadağınla başladı12:22“Mən o adamları azarkeş adlandırmazdım” - Petrov12:2013 yaşlı uşaq zəhərləndi12:12Yardımlı rayonunda meşə zolağı yanıb12:11Suriyada xəstəxana partladılıb12:10Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı12:09Ukrayna prezidenti qubernatoru işdən çıxardı12:08Eks-prezidentin həbs müddəti uzadılıb12:07Depozit hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib17:22Yaponiyanın ixracı 8 aydır azalır17:21Ölkədə un istehlakı 0,5% azalıb17:19Azərbaycanın Gürcüstandan siqaret idxalı iki dəfədən çox azalıb17:18Köhnə qəhvə kapsullarından yeni velosiped17:1720 avqustda gözlənilən hava şəraiti17:1538 yaşında karyerasını başa vurdu17:14“Bavariya” Koutinyonu təqdim etdi17:11İstirahət etməklə bərabər sərvət qazanır17:10“Mahnıda seks havası varsa, bunu göstərirəm”17:07Bu yollar 1 həftəlik bağlanır17:04Gələn ildən etibarən vahid məktəbli formalarında yenilik olacaq17:03Hindistanda baş verən qəzada 15 nəfər ölüb17:02Türkiyədə baş verən qəzada 7 nəfər öldü17:00Yunker xəstəxanaya yerləşdirilib16:53Üç HDP-li bələdiyyə başqanı vəzifədən uzaqlaşdırıldı16:46Baramaqurutma məntəqəsi tikiləcək12:18Yaponiya ABŞ-ın dövlət istiqrazlarının əsas saxlayıcısına çevrilib12:1626 il həbsdə qaldı, milyonçu oldu12:0217 avqustda gözlənilən hava şəraiti12:01Adriana Amerika vətəndaşı oldu11:59Qalatasaray məğlub oldu11:57Qadın əməliyyatdan 1 saat sonra öldü11:56Şahzadə Kristina vəfat edib11:55Mehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərib11:53